KġtabxanaġÜnasliq



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə60/111
tarix25.12.2016
ölçüsü2,53 Mb.
#2845
1   ...   56   57   58   59   60   61   62   63   ...   111
 
 
 
 
 
 
 
 
 
 
 
 


119 
 
 
Elçin   GULALĠYEV 
 “Kitabxana resursları və informasiya axtarış sistemləri”                     
                                       kafedrasının magistri 
 
AZƏRBAYCANDA ELMĠ KĠTABXANALARIN YARANMASI
ĠNKIġAFI, KĠTABXANA 
ġƏBƏKƏLƏRĠ SISTEMINDƏ YERĠ VƏ ƏHƏMĠYYƏTĠ  
 
Açar    sözlər:  kitabxana    tarixi,  fondun    formalaşması,  kitabxananın 
formalaşması, qədim kitabxanalar 
Ключевые    слова:    История  библиотек,  формирование    фонда, 
формирование библиотек,  древние библиотеки 
Keywords:  library history, forming of the fund, forming of the library, ancient 
libraries   
 
Dünyanın  ən  qədim  xalqlarından  biri  olan  Azərbaycan  xalqının  çox 
qədim  kitab  və  kitabxana  tarixi  vardır.  Azərbaycan  kitabının  tarixi  izləri 
tarixin çox qədim qatlarına gedib çıxır. Hələ V əsrin əvvəllərində Albaniyada 
52  hərfdən  ibarət  olan  alban  əlifbası  olmuşdur.  Alban  əlifbasının  yaranması 
böyük tarixi və mədəni əhəmiyyətə malik idi. Belə ki, bu, kitabçılıq işini xeyli 
genişləndirmişdir.  
Albaniyada  əlifba  tərtib  edildikdən  sonra  kilsələrin  yanında  əyan  və 
ruhani uşaqları üçün məktəblər təşkil edilmişdir. 
VII əsrdən başlayaraq Albaniyanın tarixi yazılmağa başladı. Bu dövrdə 
meydana çıxan Musa Kalankatlunun ―Alban tarixi‖ kitabında IV – VII əsrlərə 
dair  Azərbaycan  tarixi  haqqında  qiymətli  məlumatlar  verilir.  Müəllifin 
məlumatına görə o zaman Albaniyada bəzi antik müəlliflərin əsərləri: Homerin 
― İliada‖sı, Vergilinin ―Eneida‖sı məlum idi. 
Eramızın  əvvəllərində  digər  Azərbaycan  dövləti  olan  Atropatenada 
mədəniyyət xeyli inkişaf etmiş, yazı və kitabçılıq işi genişlənmişdir. Bu zaman 
Atropatenada  İran  –  Aromey  əlifbası  əsasında  inkişaf  edən  pəhləvi  yazısı 
işlənirdi.  
Qədim Midiya dövlətinin ən qiymətli nümunəsi, fəlsəfi – tarixi, həm də 
ədbi  –  bədii  dəyərə  malik  olan  əsəri  ―Avesta‖  pəhləvi  dilində  yazıya 
köçürülmüşdür.  Lakin  VII  əsrin  ortalarında  ərəblərin  Azərbaycana  hücum 
etməsi onun kitab mədəniyyətinə ciddi zərbə vurdu. 
Ərəb  işğalı  zamanı  Azərbaycanda  əhaliyə  islam  dininin  zorla  qəbul 
etdirilməsi  gedişində  bu  dinin  əsas  ehkamlarını  yaymaq  üçün  ərəb  əlifbası 
tətbiq  olunmağa  başlandı.  Məscidlər  yarandı  və  bu  məscidlərdə  müqəddəs 


120 
 
―Qurani  –  Kərim‖i  və  ərəb  əlifbasını  öyrənmək  üçün  məktəblər  meydana 
gəldi.  Bununla  əlaqədar  olaraq  məktəblərin  yanında  kitablar  toplanmağa 
başlandı və belliklə məktəb (məscid ) kitabxanaları meydana gəlmişdir. 
Şəhərlərdə  mədəniyyət  xeyli  inkişaf  etmiş,  mədrəsələr  yaranmışdır. 
Bərdədəki Cümə məscidində əlyazma materialları və kitablar toplanmışdı. Bu 
dövrdə  eyni  zamanda  şəxsi  kitabxanalar  da  var  idi.  Bu  haqda  ilk  məlumatı 
Ərəb şairi ƏbuTəmmaminin  ―Divan‖ kitabından alırıq.  
XII  əsrin  ortalarında  Azərbaycanda  qüdrətli  Atabəylər  dövlətinin 
yaranması elm və mədəniyyətin inkişafına böyük təkan verdi . Azərbaycanda 
böyük  alimlər,  şairlər,  memarlar  yetişdi.  Elm  sahəsində  şərqdə  böyük  şöhrət 
qazanmış  İbn  Əhməd  Məkki  əl-Bərdən,  Bəhmənyar  ibn  Mərzban,  Xətib 
Təbrizi  və  s.  kimi  şəxsiyyətlər  yetişmişdir.  Azərbaycan  ədəbiyyatı  misilsiz 
inkişaf etmiş, dünya şöhrəti qazanan  şəxsiyyətlər yetişmişdir.  
XI  –  XII  əsrlərdə  Pir  Hüseyin  Şirvani,  Qətran  Təbrizi,  Əbül  –  üla 
Gəncəvi, Məshəti,  Fələki  Şirvani,  Əfzələddin  Xaqani,  Mücirəddin Beyləqani, 
Nizami Gəncəvi  kimi dahi sənətkarlar və şairlər yaşayıb yaratmışlar .  
Azərbaycanda bu dövrdə kitabxana əsasən 3 istiqamətdə inkişaf edirdi: 
1. Hökmdarlar tərəfindən təşkil edilən saray kitabxanaları 
2.  Məscidlərin  kitabxanaları  və  ya  onların  yanında  təşkil  olunmuş 
məktəb və mədrəsə kitabxanaları 
3. Böyük şairlərin, filosofların, alimlərin, feodalların və vəzirlərin şəxsi 
kitabxanaları 
Tarixi  mənbələrdən  məlumdur  ki,  XI  əsrdə  Gəncədə  zəngin  saray 
kitabxanası olmuşdur. Dahi Nizamidən öyrənirik ki, XII yüzillikdə Bərdədə də 
əlyazmalar saxlanılan kitabxanalar var imiş. Tarixdən məlumdur ki, XII əsrin 
II  yarısında  Şirvanşahlar  sarayında  böyük  saray  kitabxanası  da  mövcud 
olmuşdur.  Bu  kitabxana  əsasən  Şirvan  hakimi  Məniçöhrün  zamanında  xeyli 
inkişaf etmişdir.  
XIII  əsrdə  Azərbaycanın  Hülaki  dövlətinin    tərkibinə  qatılması  və 
monqolların  islam  dinini  qəbul  etməsi  kitab  və  kitabxana  işinin  inkişafına 
güclü  təsir  göstərdi.  Elm,  mədəniyyət,  ədəbiyyat  güclü  inkişaf  etmiş  Hülaki 
sarayı ətrafında toplanan ədiblər yeni əsərlər yaratmışlar. 
Azərbaycan xalqının böyük oğlu, böyük alim, ictimai xadim N. Tusinin 
rəhbərliyi  ilə  yaradılan  (1259)  Marağa  Rəsədxanasının  elmi  şöhrəti  bütün 
dünyaya yayılmışdır. Rəsədxananın ətrafında böyük alimlər ordusu toplanmış 
və burada Şərqin ən inkişaf  etmiş ölkələrindən alimlər fəaliyyət göstərmişlər . 
Məmmədbəyli öz tədqiqatında 20 nəfərdən artıq görkəmli alim Marağa 
Rəsədxanasındasında işlədiyini  demiş, onlar haqqında məlumat vermişdir.  
Əməkdar  elm  xadimi,  professor  A.  A  Xələfov  yazır  ki,  XIII  əsrdə 
Azərbaycanda  Şərqdə  tayı  –  bərabəri  olmayan,  öz  fondunun  nadirliyinə  və 
zənginliyinə görə dünyanın ən böyük kitabxanaları ilə yarışa girə bilən Marağa 


121 
 
Rəsədxanasının  Elmi  Kitabxanası  fəaliyyətə  başlamışdır.  Professor  Xələfov 
qeyd  edir  ki,  bu  kitabxana  Azərbaycanda  kitabxana  işinin  tarixində  öz 
məqsədi, vəzifələri və yaranma tarixi dəqiq məlum olan ilk elmi kitabxanadır. 
Bu  kitabxananın  yaranması  da  100-dən  artıq  elmi  əsərin  müəllifi  olan  N. 
Tusinin  adı  ilə  bağlıdır.  Tusinin  səyi  nəticəsində  rəsədxanada  Şərqdə  əsaslı 
elmi kitabxana kimi məşhur olan və o dövrdə ağıla gəlməyən dərəcədə böyük 
fonda  malik  olan  bir  kitabxana  yaranmışdı.  Kitabxanada  400 000  kitab 
(əlyazması) toplanmışdı .  
Əməkdar  elm  xadimi,  tarix  elmləri  doktoru,  professoru  Abuzər  Alı 
oğlu Xələfov çoxillik tədqiqatları əsasında göstərir ki, kitabxananın işinə Tusi 
özü  rəhbərlik    edirdi.  Kitabxanada  digər  işlərlə  yanaşı    kitab  üzü  köçürən 
xəttatlar  da  fəaliyyət  göstərirdilər  ki,  bu  da  xəttatlıq  sənətinin  inkişafında 
böyük rol oynamışdır .Bu məsələlərlə bağlı pedoqoji elmlər namizədi , dosent 
Knyaz Aslanın da tədqiqatları  maraqlıdır.  
Azərbaycan kitabxanaşünaslıq elminin banisi, professor A. A. Xələfov 
―Azərbaycanda  kitabxana  işinin  tarixi    (ən  qədim  dövrlərdən  XXI  əsrin 
əvvələrinə qədər )‖kitabından məlum olur ki, XIII əsrin Iin yarısında Təbrizin  
Qərb  səmtində  Şəm  adlı  yerdə  Arquniyyə  adlı  şəhər  salınmış  ,  böyük 
Azərbaycan  alimi,  dövlət  xadimi,  Qazan  xanın  vəziri  Fəzlullah  Rəşidəddin 
tərəfindən  burada  öz  fondunun  zənginliyinə  görə  Marağa  Rəsədxanası 
Kitabxanasındansonra  ikinci  olan  böyük  bir  elmi  kitabxana  yaradılmışdı. 
Fəzlullah Rəşidəddin  öz dövrünün görkəmli  alimi kimi  60 mindən çox fondu 
olan  kitabxananın  təşkilinə,  onun  ədəbiyyatla  təşkil  olunmasına, 
komplektləşdirilməsinə xüsusi diqqət yetirirdi.  
XVI  əsri  əvvələrində  Azərbaycan  Səfəvi  dövlətinin  yaranması 
Azərbaycan tarixində mühüm rol oynayır. Bu dövlətin başında duran görkəmli 
dövlət xadimi, şair Şah İsmayıl Xətai ölkədə kitabxana işinin inkişafına ciddi 
fikir vermiş, bu sahə ilə bağlı ilk dövlət fərmanı vermişdir . Onun fərmanı ilə 
Şərqin  böyük  rəssamı,  kitabçılıq  işinin  dərin  bilicisi  Kəmaləddin  Behzad 
Təbriz saray kitabxanasının rəisi təyin edilir.  
Tədqiqatçı Ə.Məmmədov göstərir ki, Şah İsmayıl Xətayi 1514-cü ildə 
Sultan  Səlimlə  başlanan  müharibədən  əvvəl  Kəmaləddin  Behzadın  və  xəttat 
Mahmud  Nişapurinin  düşmən  əlinə  keçməsindən  ehtiyyat  edərək  onların 
salamat qalması üçün tədbir görmüşdür.  
Akademik  H.Araslı  yazır  ki,  ―  Hələ  XVI  əsrin  əvvəllərindən  siyasi 
fəaliyyətə başlayan Xətai Ağqoyunlu sarayının bütün mədəni irsinə sahib olub 
,  Təbrizdə  öz  sarayında  və  Ərdəbildə  Şeyx  Səfi  məqbərəsində  böyük 
kitabxanalar təşkil etməyə nail olmuşdur.‖  
Şah  İsmayıl  hakimiyyəti  dövründə  yaranmış  kitabxanalardan  biri  də 
onun  Ərdəbildə  babası  Şeyx  Səfinin  tikdirdiyi  Şeyx  Səfi  məqbərəsindəki 
kitabxana  idi.  Şah  İsmayıldan  başlayaraq  bütün  Səfəvi  hökmdarları  bu 


122 
 
kitabxanaya  hədiyyələr  verirdi  .  Kitabxananın  fondu  vəqt  hesabına 
zənginləşmiş  və  dövrünün  böyük  kitabxanasına  çevrilmişdir.  Lakin  çox 
təəssüflər olsun ki  , XIX  əsrin əvvəllərində Rusiya  –  İran müharibəsi  zamanı 
Şeyx  Səfi  Kitabxanası  ruslar  tərəfindən  Tiflisə  ,  oradan  da  Rusiyaya 
aparılmışdır.  Həmin  nadir  kitablar  bu  gün  də  Rusiya  kitabxanalarını, 
muzeylərini bəzəyir.  
Beləliklə , sonrakı tarixi dövrlərdə  də hər zaman bu və ya digər şəkildə 
kitabxanaların  inkişafına  qayğı  göstərmiş,  XIX  əsrdən  başlayaraq  kitabxana 
işinin  təşkili  prosesində  mühüm  dönüş  yaranmışdır.  Belə  ki,  bu  dövrdə 
Azərbaycanın iqtisadi – ictimai və mədəni həyatında yeni bir dövr başlayır. Bu 
dövr  Azərbaycanda  elmi  -  ədəbi  və  fəlsəfi  fikrin  sürətlə  yeni  istiqamətdə 
inkişafı ilə səciyyələnir. Rus və Avropa ictimai fikri ilə əlaqə yaratmağa imkan 
tapan  Azərbaycan  mədəniyyətinin  qabaqcıl  nümayəndəsi  milli  ənənələrin 
əsasında yeni dövrün yeni ədəbiyyatını, elm və fəlsəfəsini meydana gətirirlər.  
Bu dövrdə A. Bakıxanov, Mirzə  Fətəli Axundzadə, Həsən bəy Zərdabi 
,Qasım  Bəy  Zakir,  Seyid  Əzim  Şirvani,  Nəcəf  bəy  Vəzirov,  Ömər  Faiq 
Nemanzadə,  Rəşid  bəy  Əfəndiyev,  Firudin  bəy  Köçərli,  Nəriman  Nərimanov 
və  başqa  şəxsiyyətlərxalqın  ümummədəni    və  elmi  inkişafında  mühüm  rol 
oynadılar, gələcək inkişafımıza misilsiz töhvələr vermişlər .  
XIX  əsrin  II  yarısından  başlayaraq  Bakıda  neft  sənayesinin  sürətlə 
inkişafı  ilə  əlaqədar  olaraq  bir  sıra  cəmiyyətlər  və  qabaqcıl  ziyalıların  təsiri 
altında mədəni müəssisələrin təşkilinə başlandı.  
1997  –  ci  ildə  Bakıda  görkəmli  yazıçı  və  dövlət  xadimi  Nəriman 
Nərimanov  ilk  ümumaçıq    Azərbaycan  kitabxana  –  qiraətxanasının  əsasını 
qoydu.  Onu    zənginləşdirmək  üçün    jurnallarla  və  digər  nəşrlərlə  təmin 
edilmək  üçün Nəriman Nərimanov və  Əlisgəndər Cəfərov və  b. Çox zəhmət 
çəkməli oldular . 
1918  –  ci  il  28  –  i  tariximizin  şanlı  səhifəsinə  qızıl  hərflərlə  yazıldı  . 
Müstəqil  Azərbaycan    Demokratik  Cumhuriyyəti  yarandı.  23  ay  yaşamasına 
baxmayaraq ADR az müddətdə tarixi əhəmiyyətə malik işlər görə bilmişdir . 
Müstəqil  ADR  mədəniyyət  və  xalq  maarifi  sahəsində  də  lazimi  tədbirlər 
həyata keçirdi. Xalq maarifinin  milliləşdirilməsi və inkişafı üçün nəşriyyat – 
tərcümə  komissiyası  yaradılmış,  mövcud  məktəblər  az  bir  zamanda 
milliləşdirilmiş,  yeni  məktəblər  açılmış,  Türkiyədən  müəllimlər  dəvət 
olunmuş, dövlət kitabxanaları üçün xeyli kitab alınmışdır.  
1919 – 1920 – ci illərin ictimai – siyasi vəziyyəti nə qədər ağır olsa da , 
Azərbaycan  dövləti  kitab  və  kitabxana  sahəsinin  inkişafı  üçün  bütün 
imkanlardan  istifadə  etməyəçalışmışdır.  Kitab  çap  etmək  məqsədilə  ADR 
hökuməti Xalq Maarif Nazirliyi yanında ―Təltif – Tərcümə - Əncümənin ‖ adlı 
xüsusi  bir  komitə  təşkil  etmişdir.  Həmin  komitə  10  adda  kitab  tərtib  edib 
Maarif Nazirliyinə vermişdir . Nəşr olunan kitablar əsasən dərs vəsaitləri idi.  


123 
 
Azərbaycan  Xalq  Cumhuriyyəti    hökuməti  ilk  günlərdən  başlayaraq 
həyata  keçirdiyi  mədəni  –  maarif    tədbirləri  kitabxana  işinin  inkişafı  üçün 
əsaslı zəmin yaradır. Kitabxana iş bu dövrdə həyata keçirilən sosial – mədəni 
və maarifçilik işlərinin mühüm tərkib hissəsinə çevrilmişdir .  
1919-1920-ci  illərdə  ADR  –in  kitabxana  quruculuğu  sahəsindəki  ana 
xətti  yeni  təşkil  edilən  və  əvvəlcədən  fəaliyyətdə  olan  təhsil  ocaqlarında 
kitabxanaların yaradılmasından ibarət idi . 
ADR  –  in  kitabxana  işi  sahəsində  həyata  keçirdiyi  tədbirlər  içərisində 
hökumətin  Bakı  dövlət  Universitetinin  Elmi  kitabxanasının  təşkili  və 
formalaşması  ilə  əlaqədar  fəaliyyəti  xüsusi  əhəmiyyət  kəsb  edir.  Universitet 
yaranarkən, onun elmi  kitabxanasının təşkili  təxirə salınmaz vəzifələrdən biri 
idi.  Deməli,  Azərbaycanın  çoxəsrlik  tarixində  müsəlman  şərqinin  ilk  ali 
Avropa tipli təhsil ocağı Bakı Dövlət Universitetinin yaranması həm də böyük 
bir elmi kitabxananın yaranması ilə səciyyələndirilir .  
Universitetdə  əsaslı  elmi  kitabxananın  yaradılmasını  mütəşəkkil 
surətdə  həyata  keçirmək  üçün  Xalq  Maarif  Nazirliyi  Universitetin  görkəmli 
alimlərindən ibarət komissiya yaratdı. Komissiya öz fəaliyyətinə Universitetin 
açılışından  əvvəl  başlanmışdı.  Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  Kitabxana 
komissiyası  Universitet  elmi  kitabxanasının  formalaşmasını  bir  neçə 
istiqamətdə  aparırdı.  Belə  ki,  Universitetin  nəzdində  Tibb  fakultəsinin 
olmasını  nəzərə  alaraq  tibb  kitabxanalarının  Universitetə  keçilməsini  şəhər 
hakimiyyət  orqanlarından  xahiş  etmişdi  .  Beləliklə  ,  eyni  zamanda  bununla 
elmi  tibb  kitabxanasının  əsası  qoyulmuşdur  .  Kitabxananın  ilk  oxucuları 
arasında  M.Ə.Rəsulzadə,  Yusif  Vəzir  Çəmənzəminli,  Tağı  Şahbazi, 
Əbdülrəhim  bəy  Haqverdiyev,  Mirəsadulla  Mirqasımov  və  digərləri   
olmuşdur . 
1919-1920-ci  illərdə  BDU-nun  Elmi  Kitabxanası  artıq  respublikada 
həm  aparıcı  kitabxana  ,  həm  də  elmi-metodiki    mərkəz  funksiyasını  yerinə 
yetirməyə başlamışdı .  
1920-ci  il  yanvarın  16-da  BDU-nun  kitabxanasında  Xalq  Maarif 
Nazirliyyinin  Kitabxana  işçilərinin  seminar    müşavirəsinin  təşkili  haqqında 
məlumat  olduqca  maraqlıdır  .  Burada  24  nəfər  kitabxana  işçisi  iştirak  etmiş, 
Seyidzadənin  ―kitabxanalarda  kitablar  necə  yazılmalı‖,  Rzaquluzadənin  
―Onluq  klassifikasiya‖,  Heydərlinin  ―Kitabxana  işini  necə  aramalı‖, 
Ağalarovun  ―Kitabxanaların  komplektləşdirilməsi‖  və  s.  mövzularda 
məruzələri dinlənmiş və müzakirə edilmişdir. Bütün bunlar doğrudan da BDU 
nun  Elmi  Kitabxanası  Respublikada  qabaqcıl  kitabxana  kimi  bir  çox 
funksiyaları layiqincə yerinə yetirdiyini sübut edir .  
Məlum  olduğu  kimi    1920-ci  ilin  aprelin  28-də  Bolşevik  Rusiyası 
Azərbaycan Xalq Cumhuriyyətini devirdi . Azərbaycan ərazisində Azərbaycan 
Sovet  Sosialist  Respublikası  yaradıldı.  Ümumiyyətlə,  sovet  cəmiyyətinin 


124 
 
yaradılmasında  təhsil  mühüm  yer  tuturdu.  Savadlı  adamlara  çox  ehtiyyac 
duyulurdu . Ali təhsilın inkişaf etməsi də diqqət mərkəzində idi.  
1921-ci  ildən  Azərbaycan  Dövlət  Pedoqoji  İnistitutu,  Azərbaycan 
Politexnik İnistitutu, 1930-cu ildə Azərbaycan Tibb İnistitutu açıldı. 1934 -cü 
ildə  Sənaye  İnistitutu  və  Xalq  Təsərrüfatı  İnistitutları  yaradıldı.  Təbii  ki 
,həmin  İnistitutlar  yaranarkən  onların  elmi  kitabxanaları  da  formalaşmışdı. 
Ölkəmizdə  elmi  kitabxanalar  şəbəkəsinin  mütəşəkkil  surətdə  formalaşması 
həmin dövrlərdən başlayır.  
Respublikamızın elmi kitabxanaları içərisində Azərbaycan Milli Elmlər 
Akademiyyası  (AMEA)  Mərkəzi  Elmi  Kitabxanası    (MEK)  xüsusi  yerlərdən 
birini  tutur.  Eyni  zamanda    AMEA-nın  nəzdində  fəaliyyət  göstərən  çoxsaylı  
elmi-tədqiqat  inistitutlarının  kitabxanaları  elmi  kitabxanalar  şəbəkəsinin 
əsasını təşkil edir .  
AMEA  –  nın  tarixi  XX  əsrin  20  –  ci  illərdən  başlamış    1923-cü  ildə 
―Azərbaycanı öyrənən cəmiyyət ‖ yaradılmış, bu cəmiyyət sonra Azərbaycan 
Tədqiq və Tətəbbö Cəmiyyətinə çevrilmişdir . Azərbaycan Tətqiq və Tətəbbö 
Cəmiyyəti  1929-cu  ildə  yenidən  təşkil  edilərək  Azərbaycan  Dövlət  Elmi  – 
Tədqiqat İnistitutuna ( DETİ ) çevrildi.   
1932-ci  ildə  Azərbaycan  DETİ  əsasında  SSRİ  Elmlər  Akademiyası 
Zaqafqaziya filialının Azərbaycan şöbəsi təşkil edildi. 1935-ci ilin oktyabrında 
şöbə SSRİ Elmlər Akademiyyasının Azərbaycan Filialına çevrildi. SSRİ Xalq 
komisarları  sovetinin  1945-ci  il  23  yanvar  tarixli  qərarı  ilə  filial  Azərbaycan 
Elmlər Akademiyasına çevrildi .  
1991  –  ci  ilin  oktyabrinda  Azərbaycan  öz  siyasi  müstəqilliyini  əldə 
etdikdən  sonra  Azərbaycan  Elmlər  Akademiyası  Azərbaycan  Milli  Elmlər 
Akademiyası (AMEA ) adlandırıldı.  
Azərbaycan  MEA  MEK-sının  tarixi  –  kitabxana  Azərbaycanın 
görkəmli ziyalıları N.Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi, A.Zeynallı və b. 
təşəbbüsü  ilə  1923-cü  ildə  təşkil  edilmiş  ―  Azərbaycan  Tədqiq  və  Tətəbbö 
Cəmiyyəti  ‖nin  əsasında  1924-cü  ildə  yaradılmışdır  .  Cəmiyyətin  nəzdində 
görkəmli ədəbiyyatşünas – biblioqraf A.V.Baqrinin rəhbərliyi ilə təsis edilmiş 
―Biblioqrafiya bürosu ‖ (1924) MEK-nın təşəkkülü üçün ilkin baza olmuşdur. 
Cəmiyyətin  ilk  iclaslarının  birində  kitabxananın  yaradılması  haqqında  qərar 
qəbul  edilir və  cəmiyyətin nəzdində  elmi  kitabxana fəaliyyətə  başlayır .  Elmi 
tədqiqat  işlərinin  aparılması  üçün  zəruri  olan  informasiya  bazası  tədricən 
formalaşmağa başlayır . 1926-cı ildə kitabxanada ilk oxu zalı istifadəyə verilir. 
1935-ci  ildə  SSRİ  EA  Zaqafqaziya  Filialının  Azərbaycan  bölməsi  SSRİ  EA- 
nın  Azərbaycan  Filialına  çevrildi  .  Bu  dövrdən  elmi  işlərin  artması  Elmi- 
tədqiqat inistitutları nəzdində də Xüsusi Elmi Kitabxanaların təşkil edilməsini 
zəruri etdi .  
1945  –ci  ildən  kitabxana  özünün  yeni  inkişaf  mərhələsinə  qədəm 


125 
 
qoyur. SSRİ EA-nın Azərbaycan filialı müstəqil Azərbaycan EA-sına çevrilir. 
MEK-ya  bütün  Sovet  məkanında  çap  olunmuş  ədəbiyyatın  pullu  məcburi 
nüsxəsini almaq səlahiyyəti verilir.  
1956-cı  ildən  etibarən  kitabxana  özünün  beynəlxalq  əlaqələrini 
genişləndirir.  O,  dünyanın  50  ölkəsinin  570-dən  çox  elmi  müəssisə  və 
kitabxanası ilə ədəbiyyatın mübadiləsini aparırdı.  
MEK  biblioqrafik  nəşriyyat  fəaliyyətini  də  genişləndirir.  1964-cü  ildə 
―Azərbaycanın  elm  və  mədəniyyət  xadimləri  ‖    seriyasından  respublikanın 
görkəmli alim və sənət adamlarının həyatına , elmi fəaliyyətinə həsr olunmuş 
şəxsi biblioqrafik göstəricilər çap olunmağa başlanmışdır .  
1967-ci  ilin  əvvələrində  Akademiya  şəhərciyinin  yeni  binasına 
köçürülmüş  kitabxananın  açılışı  oldu  .  MEK  1993-cü  ildən  İFLA-nın 
Beynəlxalq Kitabxana Assosiyasiyaları Federasiyasının üzvüdür . Azərbaycan 
Respublikası  prezidentinin  4  yanvar  2003-cü  il  tarixli  fərmanı  ilə  təstiq 
olunmuş  AMEA-nın  nizamnaməsinin  5-ci  maddəsinin  54-cü  bəndinə  əsasən 
MEK elmi status almışdır . Kitabxanada bu yöndə əsaslı struktur dəyişiklikləri 
olmuş, bilavasitə elmi tədqiqatlarla məşğul olan yeni şöbələr yaradılmışdır .  
Respublika 
Elmi 
–  Texniki  Kitabxanası  –  İkinci  Dünya 
müharibəsindən  sonrakı  beşilliklər  dövründə  respublikamızda  sənayenin 
surətlə  inkişafı  nəticəsındə  texniki  ədəbiyyata  olduqca  böyük  təlabat 
yaranmışdır.  Bu böyük təlabatı ödəmək üçün ayrı  – ayrı nazirliklər, idarə və 
müəssisələr, fabrik və zavodlar texniki kitabxanalar təşkil edirdilər. Ayri – ayri 
sənaye  müəssisələri  texniki  kitabxanaları  ştatla  təmin  edir,  binalar  ayırır  və 
kitab fondunu komplektləşdirmək üçün vəsaiti artırırdılar.  
1967-ci ilin iyulunda Azərbaycan SSR Nazirlər Sovetinnin göstərişi ilə 
Azərbaycan  Neft  Sənayesi  Nazirliyinin  Mərkəzi  Elmi-Texniki  Kitabxanası 
Respublika Elmi-Texniki Kitabxanasına çevrildi və Azərbaycan SSR Nazirlər 
Sovetinin  Elm  və  Texnika  Komitəsinə  verildi  .  Respublikadakı  bütün  texniki 
kitabxana şəbəkəsinə metodik rəhbərlik bu kitabxanaya tapşırıldı. 1958-ci ildə 
Respublika ETK-sına 62 elmi-texniki kitabxana daxil idi .  
1960-cı  illər  Respublika  Elmi-Texniki  Kitabxanasının  fəaliyyətində 
yeni  mərhələnin  başlanğıcı  oldu.  1966-cı  il  noyabrın  29-da  SSRİ  Nazirlər 
Soveti  ―Elmi-texniki  informasiyanın  ümumi  dövlət  sistemi  haqqında  ‖  qərar 
qəbul  etdi.  Həmin  dövrdən  başlayaraq  kitabxananın  fəaliyyəti  informasiya 
inistitutu  ilə inteqrasiya edilməyəbaşladı. 1969-cu ildə kitabxanada yaradılmış  
Respublika  Standartlar  və  normativ  Texniki    Sənədlər  Fondu  böyük  elmi 
təsərrüfat əhəmiyyətə malik idi.  
  
1970–1980-ci  illərdə  Respublika  ETK-sı  böyük  inkişaf  yolu 
keçdi.  90-cı  illərdə  Elm  və  Texnika    komitəsinə  görkəmli  alim,  akademik 
Azad 
Mirzəcanzadənin 
rəhbərlik 
etməsi 
Elmi-Texniki 
kitabxananın 
inkişafında  böyük  rol  oynamışdır.  Böyük  alim,  Azərbaycan  Elminin 


126 
 
karifeylərindən biri olan dünya şöhrətli akademik A.Mirzəcanzadə Respublika 
ETK  qocaman  oxucusu,  onun  inkişafı  üçün  mühüm  tədbirlər  həyata 
keçirmişdir. 
2000-ci  il  dekabrın  12-də  Azərbaycan  Elm  və  Texnika  Komitəsinin 
qərarı  ilə  1930-cu  ildən  əsası  qoyulmuş  kitabxananın  70  illik  yubileyinin 
keçirilməsi barədə qəra verdi .  
2002  –  ci  ildə  Elm  və  Texnika  komitəsinin  ləğv  edilməsi  ilə  əlaqədar 
RETK  Nazirlər  Kabinetinin  sərəncamı  ilə  Azərbaycan  Respublikası 
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət  Agentliyinin tabeliliyinə 
verildi  .    Kitabxananın  işinə  müsbət  təsir  göstərən  bu  qərar  onun  inkişafını 
daha da surətləndirdi və bu hal bu gün də davam etməkdədir .  
Respublika Elmi Texniki Tibb Kitabxanası – 1940-cı ildə SSSRİ Xalq 
Komisarları Sovetinin qərarı əsasında Respublika Elmi Tibb Kitabxanası təşkil 
edildi. Kitabxana işinə rəhbərlik Azərbaycan SSR Səhiyə Nazirliyi tərəfindən 
həyata  keçirilirdi.  Kitabxana  açılarkən  onun  fondunda  16552  nüsxə  kitab  var 
idi .  
Respublika  Səhiyyə  Nazirliyi  Kitabxananın  işinə  xüsusi  qayğı  ilə 
yanaşırdı.  1943-cü  ildə  Azərbaycan  Elmi  Tibb  Kitabxanasının  yeni  bina  ilə 
təmin olunması ona öz fəaliyyətini xeyli genişləndirmək imkanı verdi.  
Kitabxana  öz  oxucularının  təlabatını  ödəmək  üçün  kitabxanalararası 
abonomentdən  də  istifadə  edir,  Moskva,  Tbilisi,  Yerevan,  Daşkənd  və  s  . 
şəhərlərin  tibb  kitabxanaları  ilə  əlaqə  saxlayırdı.  Müharibə  dövründə 
Respublika Elmi Tibb Kitabxanası olduğundan Tibb İnistitutunun və 4 elmi – 
tədqiqat  tibb inistitutunun kitabxanasına metodik köməklik göstərirdi .  
Respublika  Elmi  Tibb  Kitabxanası  öz  işini  60-cı  illərdə  daha  da 
genişləndirilmiş, ona ayrılmış  yeni  binada  yeni  oxu zalları açmağa müvəffəq 
olmuşdur.  
Kitabxana  Azərbaycan  Kitabxana  Kollektoru  ilə  yanaşı  Moskva 
kitabxana kollektorundan və ittifaqın digər böyük şəhərlərindən kitablar alırdı. 
Təkcə  1960-cı  ildə  kitabxana  bu  yolla  4460  nüsxə  qiymətli  kitablar  almağa 
müvəffəq olmuşdur .  
1970-1980-ci  illərdə  kitabxana  uzun  bir  inkişaf  yolu  keçmiş,  lakin 
1990-cı  ildə  kitabxananın  binası  alındığından  uzun  müddət  öz  fəaliyyətini 
zəiflətmişdir .  
 

Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin