sonra Quba dairə komitəsində təşkilat şöbələrində müdir
işləyib, 1930‑cu ildə Azərbaycan Maarif İşçiləri Həmkarlar
İttifaqı Mərkəzi Komitəsinin məsul katibi kimi fəaliyyət
göstərib.
Sonralar Sabirabad rayon Partiya Komitəsində katib,
Dövlət Plan Komitəsində bölmə rəisi, Azərbaycan K(b)P MK‑
nın sovet ticarət şöbəsi müdirinin müavini, «Partiya işçisi»
jurnalının məsul redaktoru kimi çalışıb. O,
eyni zamanda
pedaqoji işlə məşğul olub, 1932–1934‑cü illərdə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun sosialist təsərrüfatı nəzəriyyəsi
kafedrasına rəhbərlik edib. Sosialist təsərrüfatı və partiya qu ‑
ruculuğu məsələlərindən dərs deyən Məmməd Cuvar linski
1933‑cü ildə dosent elmi adına layiq görülüb.
Məmməd Cuvarlinski həyatı boyu Azərbaycanda ma a ri ‑
fin inkişafına layiqli töhfələr verib. Belə ki, xalq maarifi komis ‑
sarının müavini kimi o, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı
İnstitu tu nun yaradılmasına böyük əmək sərf edib.
Azərdaycanda ictimai mövzuda məqalələrlə dövri mət ‑
buatda mütəmadi çıxış edib, məktəb və maarif haqqında bir
ki tabça, iyirmiyə qədər məqalə yazıb. 1934–1935‑ci illərdə
Azərbaycanın xalq maarifi komissarı işlədiyi zaman Məmməd
Cuvarlinski ümumtəhsil məktəb şəbəkəsinin yaradılması,
pedaqoji kadr hazırlığının yaxşılaşdırılması və s. istiqamət ‑
lərdə tədbirlərin həyata keçirilməsində biliyini, bacarığını,
qüvvə və əməyini əsirgəməyib.
Mədəniyyət və maarifin inkişafında xalq maarifi
komissarı kimi özünəməxsus xidmətləri olan Məmməd Cu ‑
varlinski «Bakinski raboçi» qəzetinin 15 yanvar 1931‑ci il tarixli
nömrəsində dərc edilən məqaləsində kənddə mədəni‑maarif
işlərinin təşkilində, inkişafında kənd müəllimlərinin rolunu
ayrıca qiymətləndirib. O yazırdı ki, kənd müəllimi təbliğat ‑
çıdır, mühazirəçidir,
maliyyə işçisidir, sözün geniş mənasında,
76
Dostları ilə paylaş: