Ağa İsmayıl oğlu Sultanov 1901‑ci ildə Bakı
şəhərində
anadan olub.
Güzəranın ağırlığına görə ibtidai təhsildən sonra dəmirçi
yanında şagird kimi sənət öyrənməyə başlayıb. 1917‑ci ildə
inqilabi
hərəkata qoşulub, 1919‑cu ildə bolşevik partiyası
sıralarına qəbul edilib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
Hacıqabul və Şamxor (indiki Şəmkir) qəza inqilab komitələ ‑
rinin sədri (1920–1933), Azərbaycan diviziyasında
şöbə rəisi və
partiya komissiyasının katibi, Stalin rayon Partiya Komitəsi
təşkilat
şöbəsinin müdiri, Gəncə mahal Partiya Komitəsinin
katibi, AK(b)P MK‑nın ikinci katibi vəzifələrində çalışıb.
1931‑ci ildə Ağa Sultanov Azərbaycan Sovet Sosialist Res ‑
pub likasının xalq maarifi komissarı təyin edilir.
Bu dövr
respublika tarixində çox mürəkkəb bir dövr idi. Ümumtəhsil
məktəblərinin sayı artırılmalı, pedaqoji kadr hazırlığı
kəmiyyət
və keyfiyyətcə yaxşılaş dırılmalı, elmi‑metodik təminat istiqa ‑
mətində köklü işlər görülməli idi. Sələflərinin başladıq ları işi
davam etdirməklə yanaşı, Ağa Sulta nov yeni uğurlar naminə
Xalq Maarifi Komissarlığı əməkdaşlarının imkan larını səfər ‑
bərliyə almış,
məktəb tikintisi, tədris ocaqlarının maddi‑texniki
təchizat sahələ rin də nailiy yətlər qaza nılmasına çalışmışdır.
1933‑cü ildə Gürcüstana göndərilib, Axalsix
rayon Partiya
Komitəsinin katibi vəzifəsində çalışıb. Gürcüstan K(b)P MK və
ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin üzvü olub. Gür cüstan
SSR və ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib.
Ağa Sultanov 1936‑cı ildə dünyasını dəyişib.
71
Dostları ilə paylaş: