Rübabə Xəlil qızı Muradova (22.3.1933-28.8.1983). Cənubi Azərbaycanın Ərdəbil
şəhərində doğulub. Messo-soprano səsi vardı. Azərbaycan Respublikasının xalq artisti (29 aprel
1971) fəxri adını alıb. 1954-cü ildən ADOBT-nin solisti olub. Əsas rolları Leyli ("Leyli və
Məcnun"), Əsli ("Əsli və Kərəm"), Xanəndə qız ("Koroğlu"), Ərəb Zəngi ("Şah İsmayıl"),
Şahsənəm ("Aşıq Qərib"), Sənəm ("Gəlin qayası").
Zeynəb Yəhya qızı Xanlarova (28 dekabr 1936). Bakıda doğulub. BININ-ni bitirib.
Azərbaycan Respublikasının əməkdar artisti (1967), xalq artisti (1975), SSRİ xalq artisti (1980)
fəxri adlarını alıb. Respublika Dövlət mükafatı laureatıdır (1988). 1961-ci ildən teatrın solistidir.
Əsas rolları: Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm"), Şahsənəm ("Aşıq Qərib").
Dostları ilə paylaş: |