Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə288/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   284   285   286   287   288   289   290   291   ...   470
GÜLXAR HƏSƏNOVA (10 DEKABR 1918) 

 

Uca boyu, səhnədən yaraşıqlı görünən qədd-qaməti, soprano səsinin sanki nəhayətsiz 

zəngulələri ilə opera solistləri arasında layiqli yer tutub. 

Gülxar  İbrahim qızı  Həsənova (Sultanova) Şəmkir rayonunun Bayramlı  kəndində doğulub. 

Oxumağa məktəb yaşlarından başlayıb. Bakı Tibb Məktəbində (1934) təhsil alıb və oranın dram 

dərnəyində çalışıb. Bakı Teatr Məktəbində aktyorluq ixtisasma yiyələnib (1936-1939). Bir müddət 

GTT-də aktrisalıq edib. Tamaşalarda müğənnilik məharətini nümayiş etdirən aktrisa 1942-ci ildə 

ADOBT-ə  dəvət alıb. Uzun illər teatrın solisti olan sənətkar 1980-ci ildən kollektivin opera 

truppasında məşqçi-pedaqoqdur. 

Gülxar Həsənova müxtəlif rejissorların üslub baxımından ayrı-ayrı quruluşlarında "Leyli və 

Məcnun" (Leyli və Leylinin anası), "Əsli və Kərəm" (Əsli), "Koroğlu" (Xanəndə qız), "Aşıq Qərib" 

(Şahsənəm), "Şah İsmayıl" (Ərəb Zəngi), "Bahadır və Sona" (Təravət xanım), "Azad" (İranlı qız), 

"Gəlin qayası" (Camalın anası) operalarında, "Arşın mal alan" (Gülçöhrə, Telli və Cahan xala), 

"Durna" (Lalə) operettalarında çıxış edib. 

Azərbaycan Respublikasının əməkdar artisti (30 aprel 1955) və xalq artisti (1 dekabr 1982) 

fəxri adları ilə təltif olunub. 

 

*  *  * 


 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin