Tamaşaya qoyulmuş milli operalar
1971, 14 mart. "Söyüdlər ağlamaz", Əfrasiyab Bədəlbəyli. Libretto müəllifi Rəfiq Zəka
Xəndan. Quruluşçu rejissor Şəmsi Bədəlbəyli, rəssam Ənvər Almaszadə, dirijor Rauf Abdullayev.
Əsas ifaçılar: Lütfiyar İmanov (Vüqar) və Dilarə Babayeva (Lalə).
1973, 28 yanvar. "Aygün", Zakir Bağırov (Səməd Vurgunun eyniadlı poeması əsasında).
Rejissorlar Əli Usubov və Fikrət Sultanov, rəssam Əyyub Fətəliyev. Dirijor Rauf Abdullayev. Əsas
rollarda: Dilarə Babayeva, Gülnarə Əhmədova və Xədicə Babayeva (Aygün), Faiq Mustafayev və
Əli Haqverdiyev (Əmirxan), Valeri Kərimov və Adil Məlikov (Elyar), İbrahim Məmmədov və
Kazım Məmmədov (Məti).
1974, 27 aprel. "Gəlin qayası", Şəfiqə Axundova. Libretto müəllifləri Süleyman Rəhimov
və İsgəndər Coşqun. Rejissor Ağakişi Kazımov, rəssam Ənvər Almaszadə, dirijor Rauf Abdullayev.
Əsas rollarda: Nəzakət Məmmədova (Gülbahar), Arif Babayev və Baba Mirzəyev (Camal), Firudin
Mehdiyev və Adil Məlikov (Xan), Rübabə Muradova və Safurə Əzimi (Sənəm), Gülxar Həsənova
və Simuzər Hətəmova (Ana).
Dostları ilə paylaş: |