AZƏRBAYCAN DÖVLƏT
OPERA VƏ BALET TEATRI (1971-2004)
Haqqında söhbət gedən dövrdə Azərbaycan bəstəkarları bir neçə opera və balet əsərləri
yazıblar. Teatr, demək olar, bu musiqi əsərlərinin hamısını tamaşaya hazırlayıb. Repertuarda yer
tutan əsərlərin uğurlusu da olub, nailiyyət qazanmayanı da. Məsələ ondadır ki, bəstəkarlarımız və
teatr mövzu axtarışlarını həmişə genişləndirməyə, rejissorlarımız üslub və forma əlvanlığını
artırmağa cəhd göstəriblər.
Şəfiqə Axundova "Gəlin qayası" əsəri ilə opera bəstələyən ilk qadın bəstəkarı kimi tarixə
düşüb. Fikrət Əmirovun "Min bir gecə" baleti qısa bir zamanda dünya şöhrəti qazanıb.
* * *
Dostları ilə paylaş: |