Tamaşaya qoyulmuş milli baletlər
1972, 22 yanvar. "Muğam", Nazim Əliverdibəyov (Mirzə Şəfi Vazehin şeir və qəzəlləri
əsasında). Baletmeysterlər Maqsud Məmmədov və Rəfiqə Axundova, rəssam Tahir Tahirov, dirijor
müəllif. Şeirləri RDT-nin aktrisası Vera Şirye oxuyub. Əsas partiyaları Vladimir Pletnyov və
Tamilla Şirəliyeva ifa ediblər.
1972, 9 aprel. "Çitra", Niyazi. Baletmeyster Nataliya Danilova, rəssam Mikayıl Abdullayev
və dirijor Niyazi. Yaradıcı heyət 1974-cü ildə Beynəlxalq Nehru mükafatına layiq görülüb. Əsas
partiyaların ifaçıları: Tamilla Şirəliyeva (Çitra), Vladimir Pletnyov (Arçun), Rafael Qriqorov
(Madana).
1977. "İlham", Leonid Vaynşteyn (libretto müəllifləri Nailə Nəzirova və Ramiz Fətəliyev).
Baletmeyster Nailə Nəzirova, rəssam Aleksandr Belov, dirijor Kazım Əliverdibəyov. Əsas rollarda:
Vladimir Pletnyov (Oğlan), Çimnaz Babayeva (Qız) və Ramazan Arifulin (Rəqib).
Dostları ilə paylaş: |