MÜRSƏL BƏDİROV (27.10.1931-26.2.2003)
Gözəl, gur və məlahətli bariton səsi, yaraşıqlı səhnə görkəmli olub. Mürsəl Tağı oğlu
Bədirov Dağıstanda doğulub. 1951-ci ildə Azərbaycan Dövlət konservatoriyasının vokal şöbəsinə
daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizod rollar oynayıb. 1956-cı ildə təhsilini başa vurub
və Opera və Balet Teatrına solist götürülüb.
Mürsəl Bədirov teatrda işlədiyi illərdə xeyli tamaşada oynayıb. Onun Jorj Bizenin "Karmen"
(Eskamilo və Morales), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puç-çininin
"Toska" (Sezar Anjelotti), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko"
(Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsamn taleyi" (Andrey SOkoIOV),
Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər), milli
bəstəkarlarımızdan Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm
bəy Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və Həcir),
Fikrət Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun
"Bahadır və Sona" (Soltan) operalarında ifa etdiyi partiyalar uğurlu sənət nailiyyətləridir.
Səhnə sənətində və vokalçı kimi qazandığı uğurlara görə Mürsəl Bədirov 29 iyun 1964-cü
ildə Azərbaycan Respublikasının əməkdar artisti və 29 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə
təltif olunub. 26 fevral 2003-cü ildə Bakıda vəfat edib.
* * *
Dostları ilə paylaş: |