Rauf (Rafiq) Atakişiyev (1925 - 1994). Lirik-dramatik tenor səsi olub və həm də
pianoçudur. Respublikanın xalq artisti (1967) fəxri adı ilə təltif olunub. Teatrda Əsgər ("Arşın mal
alan"), Faust ("Faust"), Qraf Almavivo ("Sevilya bərbəri", Coakkino Rossini), Knyaz Sinoda
("Demon", Anton Rubinşteyn), Hofman ("Hofmanın nağılları", Jak Offenbax), Malxaz ("Daisi",
Zaxari Paliaşvili), Alfred ("Traviata", Cüzeppe Verdi), Edmond ("Kornevil zəngləri", Rober Plaket),
Anatoli ("İnsanın taleyi") partiyalarını oxuyub.
Dostları ilə paylaş: |