Kazım Məmmədov (1926 - 1988). Lirik-dramatik tenor səsi olub. Azərbaycan
Respublikasının əməkdar artisti (1958) fəxri adına layiq görülüb. Müharibədə yaralanıb və səsini
itirib. 1945-ci ildə səsi açılıb və iki il musiqi təhsili aldıqdan sonra ADOBT-yə solist götürülüb.
Teatrda oxuduğu əsas partiyalar: Həmzə bəy ("Koroğlu"), Leylinin atası ("Leyli və Məcnun"), Şah
("Əsli və Kərəm"), Əbu Həmzə ("Şah İsmayıl"), Əlyar ("Nərgiz"), Ayaz ("Azad"), Balaş ("Sevil"),
Vəli ("Arşın mal alan"), LikoV ("Çar gəlini"), Arriqo ("Siciliya axşamları"), Vodemon ("İolanta"),
Knyaz ("Su pərisi"), kassio ("Otello").
Dostları ilə paylaş: |