Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə300/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   296   297   298   299   300   301   302   303   ...   470
1979, 15 iyun. "Min bir gecə", Fikrət Əmirov. Balet-meyster Nailə Nəzirova, tərtibat rəssamı 

Toğrul Nərimanbəyov, geyim rəssamı Tahir Tahirov, dirijorlar Nazim Rzayev və Kazım 

Əliverdibəyov. Əsas partiyaların ifaçıları: Tamilla Şirəliyeva, Olqa Arifulina və Lüdmila Petyaqina 

(Şəhrizad), Ramazan Arifulin və Aleksandr Kurkov (Şəhriyar), Valentina Zeynalova, Tamara 

Məmmədova və İrina Nizaməddinova (Nuridə). 

1981, 6 denabr. "Humay", Nəriman Məmmədov. Səməd Vurğunun "Komsomol poeması" 

əsasında. Baletmeyster A. Asaturov, rəssam  Ənvər Almaszadə, dirijor Rauf Abdullayev. Əsas 

partiyaların ifaçıları: Ramazan Arifulin (Gəray bəy), Va-lentina Zeynalova və Lüdmila Petyaqina 

(Humay), Rüfət Zeynalov (Cəlal), Vitali Axundov (Bəxtiyar). 



1986, 20 may. "Babək", Aqşin  Əlizadə. Libretto müəllifləri və baletmeysterlər Rəfiqə 

Axundova və Maqsud Məmmədov, rəssam Tahir Salahov, dirijor Rauf Abdullayev. Babəkin 

partiyasını Ramazan Arifulin və Valeri Axundov ifa ediblər. 

2000, 7 iyun. "Ağ və qara", Xəyyam Mirzəzadə. Balet-meyster Pulumb Aqaliu, rəssam Tahir 

Tahirov, dirijor Cavanşir Cəfərov. 

 

*  *  * 


 

Uşaqlar üçün "Zoluşka" (Leonid Vaynşteyn) operası yazılıb və tamaşaya qoyulub. Teatr 

Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (1974. Rejissor Firudin Səfərov, rəssam Tahir Salahov; 2004. 

Rejissor Hafiz Quliyev), "Leyli və Məcnun" (1976. Quruluşçu rejissor Mehdi Məmmədov, rejissor 

Əflatun Nemətzadə, rəssam Elçin Aslanov), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (1995. 

Rejissor Hafiz Quliyev), Fikrət  Əmirovun "Sevil" (1998. Rejissor Hafiz Quliyev) operalarını, 

Əfrasiyab Bədəlbəylinin "Qız qalası" (1977. Baletmeyster Qəmər Almaszadə), Qara Qarayevin 

"Yeddi gözəl" (1978. Baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov), Pyotr 

Çaykovskinin "Sonalar gölü" (1980. Baletmeyster Qəmər Almaszadə), Fikrət  Əmirovun "Nizami" 

(1990. Baletmeyster Vadim Budirin) baletlərini təkrar, lakin maraqlı quruluşlarda öz repertuarına 

daxil edib. Əvvəllər oynanılmış "Karmen", "Traviata", "Toska", "Trubadur", "Riqoletto", 

"Monastırda nigah", "Knyaz İqor", "Çio Çio San", "Qaratoxmaq qadın", "Şelkunçik"  operaları,   

"Motsart və Salyeri",   "Xanım və xuliqan" "Jizel", "Məhəbbət əfsanəsi" baletləri yeni işləmələrdə 

və bərpa-əlavələrdə, təzə-təzə ifaçılar daxil edilməklə göstərilib. 




Teatr Aleksandr Xolminovun "Nikbin faciə" (1977. Rejissor Firudin Səfərov) operasını  və 

Nevit kodallının "Van Qoq" baletini (1992. Rejissor Firudin Səfərov, rəssam Vladimir Voiski, 

baletmeyster Tamilla Şirəliyeva) ilk dəfə oynayıb. 

1985-ci il aprel ayının 17-də teatrın binası yanıb. Kollektiv üç il öz tamaşalarını  Şövkət 

Məmmədova adına Opera Studiyasında göstərib. Binanın təmir-bərpası 1988-ci ildə başa çatıb. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin