Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə285/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   281   282   283   284   285   286   287   288   ...   470
MAQSUD MƏMMƏDOV 

VƏ RƏFİQƏ AXUNDOVA 

 

İlk Azərbaycanlı Balet artistidir. Ecazkar və cazibədar səhnə "uçuşları", coşğun ehtirası, 



hərəkətlərinin dramatizmi və zərifliyi ilə seçilən Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu 

ildə  Gəncədə doğulub. Rəqslə erkən yaşlarından məşğul olub. Moskva Xoreoqrafiya Məktəbini 

bitirdikdən sonra 1951-1961-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti işləyib. 

O, 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1970-ci il mayın 21-də 

xalq artisti fəxri adlarına layiq görülüb. 

Maqsud Məmmədov həm milli baletlərimizdə, həm də dünya klassiklərinin  əsərlərində 

mürəkkəb partiyaları böyük uğur və şərəflə ifa edib. Onun ən məşhur partiyaları bu gün də gənclərə 

örnəkdir. 

Sənətkarın ifa yaradıcılığının  əsasını Polad ("Qız qalası",  Əfrasiyab Bədəlbəyli), Mənzər, 

Lenni ("Yeddi gözəl" və  "İldırımlı yollarla", Qara Qarayev), Fərhad ("Məhəbbət  əfsanəsi", Arif 

Məlikov), Azad ("Gülşən", Soltan Hacıbəyov), Pərviz ("Qaraca qız",  Əşrəf Abbasov), Albert 

("Jizel", Adolf Adan), Dezire, Ziqfrid, Şahzadə ("Yatmış gözəl", "Sonalar gölü" və  "Şelkunçik" 

Pyotr Çaykovski), Xli Şan Fu və Ma Li Çen ("Qırmızı lalə", Reynqold Qlier), Pyero ("Qızıl açar", 

Boris Zeydman), kolen ("Arlekinada", Rikardo Driqo), Vatslav ("Bağçasaray fəvvarəsi", Boris 

Asafyev), Frondoso ("Laurensisa", Aleksandr Kreyn), Qəhrəman ("Şopeniana", Frederik Şopen), 

Bazil ("Don Kixot", Lüdviq Minkus) obrazlarının ifası təşkil edir. 

Arif Məlikovun "Məhəbbət  əfsanəsi" baletindəki Fərhad rolu Maqsud Məmmədovun  ən 

uğurlu işlərindəndir. O, Azərbaycan Opera və Balet Teatrının Monte-Karlo, Fransa, Lüksemburq 

qastrollarında qalib olub. 

Maqsud Məmmədov xalq artisti Rəfiqə Axundovanın əridir. 

 

*  *  * 


 

Rəqslərinin lirizmi zərif plastikası, həssas musiqi duyumu ilə seçilən balerina Rəfiqə Hacı 

qızı Axundova 7 avqust 1931-ci ildə Bakıda doğulub. Dörd yaşından rəqslə  məşğul olan Rəfiqə 

xanım Bakı Xoreoqrafiya Məktəbini yüksək qiymətlərlə bitirib (1950). O, 1951-ci ildən Azərbaycan 

Dövlət Opera və Balet Teatrının solisti işləyib. 

Rəfiqə Axundova Azərbaycan və klassik dünya bəstəkarlarının əsərlərində coşğun ehtirasla, 

lətafətli lirizmlə, emosional təravətlə əsas və mürəkkəb partiyalar ifa edib. 

Zəngin yaradıcılığında xüsusi yer tutan Aişə  və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl" və 

"İldırımlı yollarla", Qara Qarayev), Gülyanaq ("Qız Qalası",  Əfrasiyab Bədəlbəyli), Gülşən 

("Gülşən", Soltan Hacıbəyov),  Şirin ("Məhəbbət  əfsanəsi", Arif Məlikov), Saray rəqqasəsi 

("Koroğlu", Üzeyir bəy Hacıbəyov), Zarema ("Bağçasaray fəvvarəsi" Boris Asafyev), Jizel ("Jizel", 

Adolf Adan), Noktyürn ("Şopeniana", Frederik Şopen), Xasinta ("Laurensiya", Aleksandr Kreyn), 

Şahzadə Florina, Rade Trua ("Yatınış gözəl" və "Sonalar gölü", Pyotr Çaykovski), Malvina ("Qızıl 

açar", Boris Zeydman), Vakxanka ("Valpurqiyeva gecəsi",  Şarl Fransua Qunonun "Faust" 

operasında balet lövhəsi) partiyaları balet aktrisasının böyük sənət uğurlarıdır. 

Bakı Xoreoqrafiya Məktəbini bitirəndən sonra bir il Moskvada təcrübə keçmiş (1951) Rəfiqə 

Axundova 26 aprel 1958-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 21 may 1970-ci ildə 

xalq artisti fəxri adlarına layiq görülüb. 

Rəfiqə xanım Azərbaycan Dövlət Opera və Balet Teatrının bir sıra xarici Öikə səfərlərində 

milli balet sənətimizin yüksək texniki və bədii səviyyəsini ləyaqətlə nümayiş etdirib. 




Rəfiqə xanım l998-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət 

Universitetində plastika və baletmeyster sənəti fənlərindən dərs deyib. Bu ali məktəbdə onun 

təşəbbüsü və rəhbərliyi ilə "rəqs laboratoriyası" yaradılıb. Görkəmli balet ustası 2000-ci ildən Bakı 

Xoreoqrafiya Məktəbinin bədii rəhbəridir. 

 

*  *  * 


 

Ər-arvad olan Maqsud Məmmədov və Rəfiqə Axundova baletmeyster kimi birgə müəyyən 

əsərlərə möhtəşəm və ecazkar səhnə quruluşları veriblər. Azərbaycan Dövlət Opera və Balet 

Teatrında Tofiq Bakıxanovun "Xəzər balladası" (1968), Fərəc Qarayevin "Qobustan kölgələri" 

(1969), "Kaleydoskop" (1972), Qara Qarayevin "İldırımh yollarla" (1974), "Yeddi gözəl" (1978), 

Aqşin  Əlizadənin "Babək" (1986), Pyotr Çaykovskinin "Şelkunçik" (1987) baletlərini tamaşaya 

hazırlayıblar. "Yallı" və Rauf Hacıyevin "Azərbaycan süitası" (1969), Nazim Əliverdibəyovun 

"Muğam" (1972) xoreoqrafik miniatürlərinə quruluşlar veriblər. 

"Azərbaycanfilm"in istehsal etdiyi "Qaynana", "Bəyin oğurlanması", "Qərib cinlər 

diyarında" bədii ekran əsərlərinin rəqs quruluşları Maqsud bəylə Rəfiqə xanıma məxsusdur. 

1973-cü ildə Rauf Hacıyevin "Üç inqilab" baletini hazırlamaqla Əlcəzair milli balet sənətinin 

bünövrəsini qoyublar. 

Hər iki sənətkar Parisdə  və bir sıra xarici ölkələrdə milli balet sənətimizi ləyaqətlə  təmsil 

ediblər. 

İsveçin  Malla  şəhərində  Nazim  Əliverdibəyovun   "Mugam" musiqili xoreoqrafiya əsərini 

tamaşaya hazırlayıblar. Eyni zamanda bu əsəri onların quruluşunda Moskvadakı Böyük Teatrın balet 

ustaları Vladimir Vasilyev və Yekaterina Maksimova 1974-cü ildə Fransanın Ovinyon şəhərində 

keçirilən festivalda ifa ediblər. 

Müqavilə ilə Misirdə,  Əlcəzairdə, Belçikada, Türkiyədə  işləyiblər. 1969-cu ildə Fransa 

qastrolu zamanı Paris Rəqs Akademiyasının diplomu ilə təltif olunublar. 

Fərəc Qarayevin "Kaleydoskop" əsərini Böyük Teatrda (1973), Belçikanın Antverten 

şəhərindəki Opera və Balet Teatrında (1982), Qara Qarayevin "İldırımlı yollarla" baletini 

Novosibirskidə (1976), "Yeddi gözəl"i Misirin paytaxtı Qahirə  şəhərində (1979) yeni və orijnal 

təfsirlərdə səhnədə canlandırıblar. Onlar həmçinin Qahirədə məşqçi-pedaqoq işləyiblər. 

Pedaqoq-məşqçi kimi 1991-ci ildən Türkiyənin  İzmir  şəhərindəki sənət ocağında coşğun 

işgüzarlıqla çahşıblar. 1994-cü ildən Ankara Dövlət Opera və Balet Teatrında böyük uğurla nümayiş 

etdirilən Qara Qarayevin "Yeddi gözəl" baletinin səhnə quruluşunun baletmeysteri olublar. 

Azərbaycan Dövlət Televiziyası 2001-ci ildə qüdrətli balet ustaları Rəfiqə Axundovanın və 

Maqsud Məmmədovun yaradıcılığına həsr olunmuş "iki qəlbin bir dastanı" sənədli filmini çəkib. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin