MİLLİ BALET SƏNƏTİNİN TƏŞƏKKÜLÜ
VƏ ƏSAS YARADICILIQ
MƏRHƏLƏLƏRİ
Bakida opera tamaşaları göstərmək üçün Mayılov qardaşları tərəfindən 1911-ci ildə əzəmətli
teatr binası tikildi. Bir il sonra Modest Musorqskinin "Boris Qodunov" operası ilə ilk pərdələrini
açan teatr binasında əsasən rus truppasının hazırladığı tamaşalar oynanılırdı. Hərdən müəyyən
müsamirələrdə, azərbaycanlı milyonçuların ianə məqsədilə keçirdikləri "Şərq gecələri"ndə bəzi balet
nömrələri də göstərilirdi. Hətta "1001 gecə" nağılları, müxtəlif xalq əfsanələri əsasında da kütləvi
rəqslər təşkil olunurdu və proqramlarda onlar balet epizodları kimi təqdim edilirdi.
1920-ci ilin iyununda bugünkü Opera və Balet Teatrı "Rus Operası", arada "Böyük Rus
Operası" kimi fəaliyyət göstərdiyi dövrdə kollektivdə, zəif də olsa, əcnəbi millətlərdən ibarət balet
truppası vardı. Onlar klassik dünya operaları kimi müntəzəm olmasa da, müəyyən vaxtlarda şöhrətli
Qərb bəstəkarlarının və rus sənətkarlarının balet əsərlərini tamaşaya qoyurdular. 1933-cü ildə milli
kadrların yetişdirilməsi ilə bağlı opera teatrının nəzdində xoreoqrafiya studiyası yaradıldı. Sonralar
müstəqil təhsil ocağına çevrilən bu məktəbin ilk şagirdlərindən biri də Qəmər Almaszadə olub və o,
təhsilini Sankt Peterburq xoreoqrafiya məktəbində davam etdirib. Operanın nəzdindəki xoreoqrafiya
məktəbində Pyotr Çaykovskinin "Sonalar gölü", "Şelkunçik", Lüdviq Minkusun "Don kixot", Adolf
Adanın "Jizel", "Korsar", Boris Asafyevin "Baxçasaray fəvvarəsi" ("Baxçasaray fontanı",
"Bağçasaray çeşməsi" kimi də yazılıb), Sezar (Çezare) Puninin "Esıneralda" baletləri və digər
əsərlər kurs və diplom işləri kimi tamaşaya qoyulurdu.
Xoreoqraf iya məktəbinin növbəti kursunun buraxılış imtahanı üçün Əfrasiyab Bədəlbəyli
birpərdəli "Tərlan" baletini yazdı. 1939-cu ildə məktəbin buraxılış şagirdlərinin iştiraki ilə tamaşaya
qoyulmuş baletin libretto müəllifi bəstəkarın qardaşı Turqut Bədəlbəyli idi. O, bu librettonu
Azərbaycan xalq nağılının motivləri əsasında qələmə almışdı. "Tərlan"ı tamaşaya Bədəlbəylilərin
digər qardaşları, rejissor Şəmsi Bə-dəlbəyli hazırlamışdı və baletmeyster Qəmər xanım Almaszadə
idi. Baletin dirijorluğunu müəllif özü edirdi.
Həmin ərəfədə Əfrasiyab Bədəlbəyli Cəfər Cabbarlının "Qız qalası" əfsanəvi mövzulu
poemasının süjeti əsasında özünün yazdığı eyniadlı balet üzərində işləyirdi. opera teatrına təqdim
olunan "Qız qalası" baletinin premyerası 1940-cı ilin 18 aprelində göstərildi. Quruluşçu
baletmeysterlər Sergey kevorkov və Vaxtanq Voronski (Nadiradze), müəyyən rəqslərin quruluşçusu
Qəmər Almaszadə, rəssam Ənvər Almaszadə, rejissor İsmayıl Hidayətzadə idi. İlk tamaşanın
dirijoru Əfra-siyab Bədəlbəyli idi və əsas rollardan Gülyanağın, Poladm və Cahangir xanın
partiyalarını Qəmər Almaszadə, Konstantin Bataşov və Anatoli Urvantsev ifa edirdilər.
"Qız qalası" baletinin İlk tamaşası böyük təntənə ilə keçdi. Beləliklə də 18 aprel 1940-cı il
tarixi milli baletimizin təşəkkül tarixi kimi əbədiləşdi.
Növbəti milli baletimiz 30 dekabr 1950-ci ildə tamaşaçılara göstərildi. Bu, Soltan
Hacıbəyovun bəstələdiyi 3 pərdəli və 6 Şəkilli "Gülşən" baleti idi. Müasir həyatdan götürülən
baletin librettosunu işləyən Qəmər Almaszadə həm də tamaşa-nm quruluşçu baletmeysteri, rejissoru
Soltan Dadaşov, dirijoru isə Niyazi idi. Tamaşaya bədii tərtibatı Ənvər Almaszadə vermişdi. Qəmər
Almaszadə Gülşən, Konstantin Bataşov Azad və Yuri kuznetsov Əhməd rollarını ifa edirdilər.
Aradakı on il ərzində balet truppası 1941-ci ildə Rikkardo Driqonun "Arlekinada" (quruluşçu
baletmeyster İqor Arbatov, rəssam Ənvər Almaszadə, dirijor Əfrasiyab Bədəlbəyli), 1945-ci ildə
Lüdviq Minkusun "Don kixot" (xoreoqraf Aleksandr Qorski, rəssam Ənvər Almaszadə, dirijor
Əfrasiyab Bədəlbəyli), Pyotr Çaykovskinin "Sonalar gölü" (baletmeyster Sergey Kevorkov, rəssam
Mirra Panadiadi, dirijor Əfrasiyab Bədəlbəyli), 1949-cu ildə Pyotr Çaykovskinin "Şelkunçlk"
(baletmeyster Sergey Kevorkov, rəssam Fyodor Qusak, dirijor Əfrasiyab Bədəlbəyli), İqor
Morozovun "Doktor Aybolit" (baletıneyster Qəmər Almaszadə, rəssam Ənvər Almaszadə, dirijor
Əfrasiyab Bədəlbəyli) baletlərini hazırlayaraq öz repertuarına daxil edib. Əvvəlki dörd tamaşada
Qəmər Almaszadə Paulina, Kitri, Odetta - Odiliya və Maşa obrazlarının partiyalarında məharətlə
çıxış edib. Onun plastik hərəkətlərinin mayasında milli rəqslərimizin zərif, cazibədar elementləri
təcəssüm tapırdı və bu da xoreoqrafik hərəkətlərin zənginləşməsinə səbəb olurdu.
Məşhur bəstəkar Qara Qarayev xeyli vaxt idi ki, dahi Nizaminin eyniadlı poeması əsasında
İsmayıl Hidayətzadənin, Yuri Slonimskinin və Sabit Rəhmanın müştərək yazdıqları "Yeddi gözəl"
librettosuna musiqi bəstələyirdi. Teatr ictimaiyyətinin intizarla gözlədiyi gün gəlib çatdı və 7 noyabr
1952-ci ildə OBT "Yeddi gözəl"in ilk tamaşasını baletmeyster Pyotr Qusevin quruluşunda, Ənvər
Almaszadə ilə Fyodor Qusakin səhnə tərtibatında, Kamal Abdullayevin dirijorluğunda və İs-mayıl
Hidayətzadənin rejissorluğunda tamaşaçılara təqdim etdi. Leyla Vəkilova Aişə, Yuri Kuznetsov
Bəhram şah, konstantin Bataşov Mənzər, Anatoli Urvantsov Vəzir xarakterlərinin partiyalarını ifa
edirdilər. "Yeddi gözəl" baleti bütün məziyyətlərinə və bu janrdakı yeni estetik səciyyələrinə görə
milli səhnə sənəti tariximizdə hadisəyə çevrildi. Balet bu quruluşda uzun müddət teatrın
repertuarında aparıcı tamaşalardan biri kimi yaşadı.
1950-ci illərdə balet sənətinə qüdrətli səhnə ustaları Qəmər Almaszadə və Leyla Vəkilovadan
sonra Rəfiqə Axundova, M[aqsud Məmmədov kimi parlaq istedad sahibləri gəldilər. 1954-cü ildə
Qəmər xanımın quruluşunda göstərilən Reynqold Qlierin "Qırmızı lalə" (rəssam Fyodor Qusak,
dirijor Vladimir Traxmoviç) baletində Maqsud Məmmədov Li Şan Fu, Sergey Keverkovun səhnə
təfsirində oynanılan Boris Asafyevin "Baxçasaray fəvvarəsi"ndə Leyla Vəkilova Zarema, 1955-ci
ildə Qəmər Almaszadənin quruluşunda oynanılan Pyotr Çaykovskinin "Yatınış gözəl" baletində
Rəfiqə Axundova Feya Siren, Leyla Vəkilova Avrora, 1956-cı ildə repertuara daxil edilən Aleksandr
kreynin "Laurensiya" (quruluşçu Qəmər Almaszadə) baletində Leyla Vəkilova Laurensiya, Maqsud
Məmmədov Frondoso, Rəfiqə Axundova Xosinta, 20 yanvar 1957-ci ildə Boris Zeydmanın "Qızıl
açar" əsərində (baletmeyster Qəmər Almaszadə) Leyla Vəkilova Malvina, Maqsud Məmmədov
Pyero, xoreoqrafiya məktəbinin tələbəsi Çimnaz Babayeva Buratino, 1 noyabr 1958-ci ildə "Qız
qalası"nın üçüncü redaksiyasında (quruluşçu baletmeyster Qəmər Almaszadə) Leyla Vəkilova
Gülyanaq, Maqsud Məmmədov Polad, Xumar Zülfüqarova Yengə, 1959-cu ildə Rikkardo Driqonun
"Arlekinada"sının ikinci redaksiyasında Leyla Vəkilova Paulina, Maqsud Məmmədov Kolen, Rəfiqə
Axundova Luiza, "Yeddi gözəl"in ikinci işləməsində Leyla Vəkilova Aişə, Maqsud Məmmədov
Mənzər partiyalarını ifa etdilər.
Teatrı ilk növbədə milli balet əsərləri və milli baletmeysterlərin yetişdirilməsi, balet
aktyorlarının formalaşması maraqlandırırdı. Buna görə də teatr yazıçı Piter Abrahamsın romanının
motivləri əsasında Yuri Slonimskinin "İldırımlı yollarla" librettosuna Qara Qarayevin bəstələdiyi
baletin təqdimini intizarla gözləyirdi. Əsər ifa olunub bəyənildikdən sonra baletmeyster Konstantin
Sergeyevdən, Rəssam Valeri Dorrerdən, dirijor Niyazidən ibarət yaradıcı heyət əsər üzərində uzun
müddət işlədi. İlk tamaşası 25 dekabr 1960-cı ildə göstərilən baletdə əsas ifaçılar Leyla Vəkilova
(Sari), Maqsud Məmmədov (Lenni), Rəfiqə Axundova (Fanni), Anatoli Urvantsov (Qert) və
Konstantin Bataşov (Mako) idi.
Opera və Balet Teatrı 27 aprel 1961-ci ildə Adolf Şarl Adanın "Jizel" baletini Qəmər
Almaszadənin və Nadejda Fyodorovanın quruluşunda göstərəndən sonra (Jizel - Leyla Vəkilova,
Albert - Maqsud Məmmədov) yenidən milli bəstəkarın əsərinə müraciət etdi. Gənc bəstəkar Arif
Məlikov türe ədibi Nazim Hikmətin "Məhəbbət əfsanəsi" pyesinin librettosu əsasında eyniadlı balet
bəstələmişdi. Onu tamaşaya baletmeyster Yuri Qriqoroviç, rəssam Simon Virsaladze və dirijor
Niyazi hazırlamışdılar. Böyük uğur qazanan baletdə əsas partiyalar Leyla Vəkilovaya (Şirin),
Dönməz Hacıyevə (Fərhad), Raisa İzmayılovaya (Məhmənə banu) və Konstantin Bataşova (Vəzir)
tapşırılmışdı. Tamaşa repertuarda möhkəmləndikcə aparıcı rolların ifaçıları da dəyişirdilər.
1960-cı illərin ikinci yarısından sonra, Qara Qarayevlə Arif Məlikovun əsərlərinin Dünya
miqyasında şöhrətlənməsi ilə bağlı bəstəkarlarımız balet janrına xüsusi maraq göstərdilər. Teatr
Süleyman Sani Axundovun hekayəsi əsasında Əfrasiyab Bədəlbəylinin yazdığı librettoya Əşrəf
Abbasovun bəstələdiyi "Qaraca qız" (15 sentyabr 1965), Tofiq Bakıxanovun birpərdəli "Xəzər
balladası" (librettosu Səyavuş Məmmədzadənindir. 12 yanvar 1968), Fikrət Əmirovun "Şur"
xoreoqrafik novellasına (librettosu Qəmər Almaszadənindir. 27 dekabr 1968), Rauf Hacıyevin
"Yallı" xoreoqrafik miniatürünə və "Azərbaycan süitası"na (1969), Qara Qarayevin "Leyli və
Məcnun" xoreoqrafik poemasma və Fərəc Qarayevin "Qobustan kölgələri" baletinə (15 may 1969),
Fərəc Qarayevin "Kaleydoskop" xoreoqrafik miniatürünə (1971), Niyazinin "Çitra" baletinə (9 aprel
1972), Nazim Əliverdibəyovun "Muğam" xoreoqrafik miniatürünə (22 yanvar 1972), Fikrət
Əmirovun "Nəsimi dastanı" (13 sentyabr 1973) və "1001 gecə" (15 iyul 1979) baletlərinə, "Xəzəri
fəth edənlər" xoreoqrafik miniatürünə (1975), Nəriman Məmmədovun "Humay" balet poemasına (6
dekabr 1981), Aqşin Əlizadənin "Babək" (29 may 1986), Musa Mirzəyevin "Nizami" (1991),
Xəyyam Mirzəzadənin "Ağ və Qara" (7 iyun 2000) baletlərinə quruluşlar verib. Bəzi baletlər bir
neçə redaksiyada tamaşaya hazırlanıb.
Son otuz ildə teatr Dünya klassiklərindən Pyotr Çaykovskinin "Sonalar gölü", "Romeo və
Cülyetta", "Şelkunçin", Dmitri Şostokoviçin "Xanım və xuliqan", Friderik Şopenin "Şopeniana",
Sergey Prokofyevin "Zoluşka", Lüdviq Minkusun "Don Kixot" və "Paxita", Qaetano Donisettinin
"Arlekinada", Jorj Bizenin eyniadlı opera musiqisi əsasında Rodion Şedrinin "Karmen", Moris
Ravelin "Bolero" baletlərini repertuarına daxil edib. Teatrda Çimnaz Babayeva, Tamilla Şirəliyeva,
Vladimir Pletnyov, Mədinə Əliyeva kimi balet ustaları yetişiblər.
Göründüyü kimi, azərbaycanlı bəstəkarlar həm 1 pərdəli, həm 2 hissəli, həm də klassik
üslubda baletlər bəstələməklə yanaşı, xoreoqrafik lövhələr, miniatürlər sahəsində də sənət
nailiyyətləri qazana bilmişlər.
Qəmər xanım Almaszadə coşğun temperamenti, emosional cazibədarlığı, Leyla Vəkilova
poetik lirizmi, hərəkət plastikasının zərifliyi, Maqsud Məmmədov Şərq ehtirası ilə Avropa rəqs
dinamizmıni birləşdirməsi, havadakı ecazkar uçuşları, Rəfiqə xanım ritm ahəngdarlığını
hərəkətlərdə məharətlə musiqi dilinə çevirməsi, Tamilla Şirəliyeva milli rəqs elementlərindən
ustalıqla barına bilməsi, Çimnaz Babayeva kövrək hərəkətlərlə psixoloji mətləblərə lirizm çalarları
aşılaması, Mədinə Əliyeva ənənəyə sədaqəti və işgüzarlığı ilə milli balet sənəti ifaçılığımızın estetik
çalarlarını zənginləşdirmişlər.
Maqsud Məmmədov, Rəfiqə Axundova, Tamilla Şirəliyeva bu gün quruluşçu baletmeyster
kimi Qəmər Almaszadənin və Leyla Vəkilovanın yaratdıqları milli məktəb ənənələrini ləyaqətlə
davam etdirirlər.
* * *
Dostları ilə paylaş: |