Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


İDRIS  AGALAROV (20.10.1917 - 4.5.1975)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə279/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   275   276   277   278   279   280   281   282   ...   470
İDRIS  AGALAROV (20.10.1917 - 4.5.1975) 

 

Lirik bariton səsi olan İdris Ağalarovun yaradıcılığı milli opera sənətimizin inkişaf tarixinin 



ikinci dövrünə aiddir. Həm dramatik, həm də zərif yumorlu klassik obrazların partiyalarını oxuyub. 

Səhnədə cəld, psixoloji vəziyyətlərdə dramatizmə üstünlük verən, şən komik epizodlarda duzlu ifadə 

vasitələri və  səmimi yumoru, qəltanlı  səsinin lirizmi ilə yadda qalıb.  İfasında vokal və aktyorluq 

sənətlərinin incəliklərindən obrazın xarakterinin canlı, baxımlı, sirayətedici alınması üçün bacarıqla 

istifadə edib. 

Yüksək səhnə zövqü, obrazın psixoloji dramatizmıni canlandırmaqda mənalı aktyorluq ifadə 

vasitələri vardı. Oynadığı obrazın təqdimini məqsədyönlü inkişaf xətti  əsasında, ali ideyaya 

bağlılıqda təcəssüm etdirirdi. Səhnədə yöndaşları ilə ünsiyyətdə, canlı, diqqətcil, səmimi idi. 

Mürəkkəb mizanlarda psixoloji hərəkətləri icra edə-edə  də  çətin partiyaları ustalıqla oxuyur, 

musiqinin məzmun və mahiyyətini tamaşaçıya çatdırırdı. Yüksək səhnə  mədəniyyəti və ifaçılıq 

zövqü ilə seçilirdi. 

İdris Fərhad oğlu Ağalarov 20 oktyabr 1917-ci ildə Tiflisdə doğulub. İbtidai təhsilini orada 

alandan sonra Bakıya gəlib. Azərbaycan Dövlət konservatoriyasının vokal sinifində oxuyub. 

Tələbəlik vaxtlarından, yəni 1937-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 




Otuz səkkiz il bu sənət ocağının səhnəsində çıxış edən müğənni-aktyorun səsinin təravəti, cazibəsi 

və qəltanlı gücü həmişə öz hüsnündə, gözəlliyində qalıb. 

Əsas partiyaları olan Yevgeni Onegin, Burqund hersoqu Rabert, Mazepa, Yeletski ("Yevgeni 

Onegin", "İolanta", "Mazepa" və "Qaratoxmaq qadın", Pyotr Çaykovski), Valentin, ("Faust", Şarl 

Fransua Quno), Jorj Jerion ("Traviata", Cüzeppe Verdi), Yavər ("Azad", Cahangir Cahangirov), 

Şahvələd ("Şahsənəm", Reynqold Qlier), Eldar ("Vaqif", Ramiz Mustafayev), Fiqaro ("Sevilya 

bərbəri", Coakkino Rossini), Eskamilyo və Morales ("Karmen", Jorj Bize), Demon ("Demon", 

Anton Rubinşteyn), Sultan ("Dunaym o sahilindən olan Zaporojyeli", Qulaq-Artamevski), Mizqir 

("Qar qız", Nikolay Rimski-korsakov), Silvio ("Məzhəkəçilər", Ruçero Leonkovallo), Kiazo 

("Daisi", Zaxari Paliaşivli), Sezar Anjelotti ("Toska", Cakomo Puççini), Qraf de Luna ("Trubadur", 

Cü-zeppe Verdi), Qazar ("Nərgiz", Müslüm Maqomayev) Azərbaycan opera sənəti ifaçılığının 

parlaq inciləridir. 

Opera səhnəsində  və vokal yaradıcılığında qazandığı nailiyyətlərə görə  İdris Ağalarov 17 

iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 26 aprel 1958-ci ildə isə xalq artisti 

fəxri adları ilə təltif edilib. 

4 may 1975-ci ildə Bakıda vəfat edib və məzarı ikinci Fəxri xiyabandadır. 

 

*  *  * 


 

1925 - 1950-ci illərdə teatrın truppasında həm muğam, həm də klassik dünya və milli 

operalarda uğurla çıxış edən solistlər və ifaçılar, xarakterik rollar oynayan müğənni-aktyorlar, xor 

artistləri olublar. Onların yaradıcılıqları müxtəlif səviyyələrdə teatrın ifaçılıq mədəniyyətini inkişaf 

etdirib, sənət ocağının poetika özəlliklərinin cilalan asında müəyyən əhəmiyyət daşıyıb. 

Qulam  İsgəndərov,  Əhməd Anatollu, Zülfüqar Sarıyev,  İsmayıl Eloğlu,  Əli və  Qəmbər 

Zülalovlar, Xanlar Haqverdiyev, Böyükağa Mustafayev, Haşım Kələntərli, Nurməhəmməd 

Məhəmmədov, Hacıbaba Hüseynov, Şirzad Hüseynov, Yaqub Rzayev, Hüseyn Rzayev, Rəşid 

Tahirov, Arif Bakıxanov, Abuzər Quluzadə, Sergey Nevedov, Matvey Levin, Pyotr Qoroxov, 

Vladimir Krivoşeyov, Rostislav Lopatkin, Vasili Zvyaqin, Sona Hacıyeva, Elmira Axundova, Sona 

Bağırova, Sona Mustafayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli, Yavər Kələntərli, Məhbubə 

Paşayeva, Səltənət Quliyeva, Fatma Gəncinskaya, Məryəm Babayeva, Valentina Rojnova, Tamara 

Dorfman, Lüsya Laskova, Nina Viatsi repertuarın əksər tamaşalarında iştirak ediblər. 

 

 





Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin