Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ALEKSANDR DROZDOV (11.6.1892-15.8.1968)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə276/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   272   273   274   275   276   277   278   279   ...   470
ALEKSANDR DROZDOV (11.6.1892-15.8.1968) 

 

Məşhur opera artisti Aleksandr Aleksandroviç Drozdov Omsk şəhərində doğulub. Lirik-



dramatik tenor idi. 1918-ci il-də Saratov opera studiyasını bitirib və  həmin ildən Tiflis, Sankt-

Peterburq, Odessa opera teatrlarında işləyib. Azərbaycan Dövlət Opera və Balet Teatrına 1935-ci 

ildə solist götürülüb və iyirmi il səhnə yaradıcılığı ilə məşğul olub. 1947-ci il-dən teatrda işləməklə 

yanaşı, Azərbaycan Dövlət konservatoriyasının vokal sinifində pedaqoci fəaliyyət göstərib. 

RSFSR-in (Rusiya Sovet Federativ Sosialist Respublikası)  əməkdar artisti Aleksandr 

Drozdov 23 fevral 1940-cı ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. 

1943-cü ildə rus dilində tamaşaya qoyulmuş Üzeyir bəy Hacıbəyovun "Koroğlu" operasında 

Koroğlunun partiyasını oxuyub. 

Onun yaradıcılığında Cüzeppe Verdinin "Otello" (Otello), "Aida" (Radames), "Balmaskarad" 

(Riçard), "Trubadur" (Manriko), Şarl Kamal Sen-Sansın "Samson və Dalila" (Samson), Cakomo 

Meyerberin "Quqenotlar" (Raul), Pyotr Çaykovskinin "Qaratoxmaq qadın" (German), Cakomo 

Puççininin "Toska" (Kavaradossi), "Çio Çio San" (Pinkerton), Boris Zeydmanın "Ağıldan bəla" 

(Çatski), "Maskarad" (Arbenin), Eduard Napravnikin "Dubrovski" (Vladimir), Mixail Qlinkanın 

"Ivan Susanin" (Sobinin), İvan Dzerjinskinin "Sakit Don" (Qriqori Melexov) operalarında oxuduğu 

partiyalar daha parlaq sənət nailiyyətləri sayılır. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin