HÜSEYNAĞA HACIBABABƏYOV
(195.1898-10.11.1972)
Milli opera sənətimizin yapışıqlı və gözəl aktyorluq qabiliyyəti olan müğənni solistlərindən
biri idi. Ürəklərə sirayət edən, füsunkar məlahəti və ecazkar cazibəsi olan lirik tenor səsi vardı.
Yaradıcılığında xanəndəlik, müğənnilik, aşıq musiqismə xas ifaçılıq elementləri birləşmişdi.
Mürəkkəb rollarında da cəsarətli improvizələr edirdi. Nadir səs tembri ilə yanaşı gözəl vokal
texnikasına, yüksək aktyorluq məharətinə, lətafətli səhnə cazibəsinə qabil idi.
Hüseynağa Soltan oğlu Hacıbababəyov 19 may 1898-ci ildə Şamaxıda toxucu ailəsində
doğulub. Ailəsi 1902-ci ildə Bakıya köçüb. Hüseynağa burada əvvəlcə "Alekseyski" məktəbində,
sonra görkəmli ziyalı, məşhur teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi təhsil ocağında
oxumağa başlayıb. 1910-cu ildə "Nicat" mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul
olunub. 1913-cü ildən başlayaraq "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında,
Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və
Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə dramatik və musiqili teatr aktyoru kimi çalışıb.
1919-cu ildən 1925-ci ilin avqustuna qədər Milli Dram Teatrının truppasında olub. 1925-ci ilin
payız mövsümündən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist işləyib.
Müxtəlif truppalarda çoxlu dramatik obrazlarla yanaşı, opera və operettalarda qadın
obrazlarından Leylinin, Əslinin, Xurşid banunun, Gülçöhrə və Cahan xalanın, Gülnazın ("Leyli və
Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Arşın mal alan" və "O olmasın, bu
olsun", Üzeyir bəy Hacıbəyov), Qəribin anasının ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Gülzarın
("Şah İsmayıl", Müslüm Maqomayev) partiya-larını oxuyub.
Hüseynağa Hacıbababəyov dövlət teatrında zəngin yaradıcılıq yolu keçib. Müğənni-aktyor
milli və dünya klassik bəstəkarlarının ölməz operalarında eyni məharətlə çıxış edib. 1925-ci ildən
1972-ci ilə qədər çıxış etdiyi əsas tamaşalar onun sənətkar böyükiüyünü açıqca göstərir: Çar
Brendey, Hindli qonaq ("Qar qız" və "Sadko", Nikolay Rimski-Korsakov), Qərib ("Aşıq Qərib",
Zülfüqar bəy Hacıbəyov), Sərvər, Əsgər, Məcnun, Kərəm ("Məşədi İbad", "Arşın mal alan",
"Leyli və Məcnun" və "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyov), Lenski ("Yevgeni Onegin", Pyotr
Çaykovski), Əlyar, Şah İsmayıl ("Nərgiz" və "Şah İsmayıl", Müslüm Maqomayev), Xosrov
("Xosrov və Şirin", Niyazi), Qraf Almavivo ("Sevilya bərbəri", Coakkino Rossini).
Opera aktyoru 1934-cü ildə Azərbaycan Respublikasının ənıəkdar artisti, 4 dekabr 1938-ci
ildə xalq artisti fəxri adlarl ilə təltif olunub. Ömrünün sonlarında teatrda gənclərin sənət vərdişlərinə
yiyələnmələri üçün böyük əmək sərf edib. 10 noyabr 1972-ci ildə Bakıda vəfat edib və ikinci Fəxri
xiyabanda dəfn olunub.
Dostları ilə paylaş: |