Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ƏHMƏD AGDAMSKİ(5.1.1884-1.4.1954)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə270/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   266   267   268   269   270   271   272   273   ...   470
ƏHMƏD AGDAMSKİ(5.1.1884-1.4.1954) 

 

Ağdamda ziyalı  və musiqi səriştəli ailədə doğulub. Soyadı  Bədəlbəylidir və "Ağdamski" 

ləqəbini səhnəyə  çıxandan sonra götürüb. Atası  Bəşir kişi Qarabağın sayılıb seçilən kişilərindən 

olub. Nəsilləri Qacarlar sülaləsinin bir qoludur. Lirik tenor səsi olub və öz məlahəti, xoş avazı ilə 

seçilib. İlk təhsilini Ağdamda alan və yeniyetmə yaşlarından Bakıya gələn Əhməd Ağdamski burada 

realni məktəbi bitirib. İlk milli operamız "Leyli və  Məcnun" 12 yanvar 1908-ci ildə "Nicat" 

cəmiyyətinin teatr truppası tərəfindən tamaşaya qoyulanda Əhməd Ağdamski qardaşı Bədəl bəyin və 

qohumları Üzeyir bəyin təklifi ilə xorda oxuuyub. İkinci tamaşada isə Leylinin partiyasını oxuyub 

və böyuk uğur qazanıb. Onun həm gözəl səsi, həm də zərif səhnə plastikası Leylinin, eləcə də digər 

qadın obrazlarının cazibədar, baxımlı və təravətli çıxmasına möhkəm təməl yaradırdı. Səhnəmizdə 

aktrisalar olmayanda Əhməd Ağdamskinin yaradıcılığı mövcud boşluğu xeyli aradan qaldırıb. 

Əhməd Ağdamskinin səhnədə  ən gözəl yöndaşı  məşhur opera aktyoru Hüseynqulu Sarabski olub. 

Onların Leyli və Məcnun, Əsli və Kərəm, Sərvər və Gülnaz, Minnət xanım və Mərcan bəy duetləri 

milli müsiqili teatr sənətimizin parlaq səhifələrini təşkil edir. 

Qafqazda, Orta Asiyada qastrol tamaşaları ilə böyük rəğbət qazanan Əhməd Ağdamski 

Bakıda, "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, Hüseynqulu Sarabskinin 

"Müsəlman opera dəstəsi"ndə  və "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının 

müdiriyyəti"ndə aktyorluq edib. Az müddət Milli Dram Teatrının opera truppasında işləyib. Xeyli 

dramatik rollar da oynayıb. 

Əhməd Ağdamskinin yaradıcılığında Leyli, Əsli, Təhminə, Xurşid banu, Gülnaz, Minnət 

xanım ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid banu", "O 

olmasın, bu olsun" və "Ər və arvad", Üzeyir bəy Hacıbəyov), "Şahsənəm" ("Aşıq Qərib", Zülfüqar 

bəy Hacıbəyov), Mah ("Mehr və Mah", librettosu Hacıbaba  Şərifovun və musiqi tərtibatı David 

Slavinskinindir) opera və operetta rolları xüsusi yer tutur. 

1916-cı ildə "Arşın mal alan"operettasının ilk ekran həyatlarından birində Əhməd Ağdamski 

Gülçöhrə roluna çəkilib. 1923-cü ildə  Ağdama gələrək burada dram truppasının fəallaşmasında 

yorulmadan çalışıb. İstedadlı tarzən və musiqi müəllimi kimi Ağdam və Ağdaş rayonlarında işləyib. 



Əhməd Ağdamski 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının  əməkdar incəsənət xadimi 

fəxri adı ilə təltif olunub. 

 

  


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin