Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə268/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   264   265   266   267   268   269   270   271   ...   470
1967, 29 dekabr. "Xəzər balladası" (xoreoqrafik süita), Tofiq Bakıxanov. Baletmeyster 

Maqsud Məmmədov, rəssam  İzzət Seyidova, dirijor Kazım  Əliverdibəyov. Neft, Dəniz, Alov... 

rəmzi obrazlarında Tamilla Şirəliyeva, Tofiq Məmmədov, Ramazan Arifulin, Rüfət Zeynalov, Sima 

Feyzullayeva, Pyotr Yusupov çıxış edirdilər. 



1968, 27 dekabr. "Şur" (xoreoqrafik novella), Fikrət  Əmirov. Baletmeyster Qəmər 

Almaszadə, rəssam Simon Virsaladze, dirijor Kazım Əliverdibəyov. Əsas rollarda: Leyla Vəkilova, 

Çimnaz Babayeva və Tamella Şirəliyeva (Qız), Zaur Zeynalov və Vladimir Pletnyov (Gənc oğlan), 

Konstantin Bataşov və Volodya Stryukov (Əhriman). 



1969, 6 fevral. "Yallı" və "Azərbaycan süitası" (xoreoqrafik miniatürlər), Rauf Hacıyev. 

Baletmeyster Rəfiqə Axundova və Maqsud Məmmədov, geyim rəssamı Tahir Tahirov. Soloları 

Rüfət Zeynalov və Tamella Məmmədova, Çimnaz Babayeva və Vladimir Pletnyov oynayırdılar. 

1969, 15 may. "Leyli və  Məcnun" (Qara Qarayev) və "Qobustan kölgələri" (Fərəc 

Qarayev). Birpərdəli xoreoqrafik poemalar. Baletmeyster Nailə  Nəzirova, rəssamlar  Ənvər 

Almaszadə və Toğrul Nərimanbəyov, dirijor Rauf Abdullayev. 

1970. "Kaleydoskop", Fərəc Qarayev. Premyera Paris şəhərində oynanılıb. Bakıda ilk 

tamaşa 1971-ci ildə göstərilib. 

Teatr 1959-cu ildə may ayının 22-dən 31-ə  qədər Moskvada Azərbaycan  Ədəbiyyatı  və 

İncəsənəti dekadasında olub. Kollektiv burada "Sevil", "Koroğlu" operalarını  və "Gülşən", "Qız 

qalası", "Yeddi gözəl" baletlərini göstərib. Qazanılan uğurlara görə  Qəmər Almaszadə, Rəşid 

Behbudov, Qara Qarayev, Niyazi və rejissor Ədil İsgəndərov SSRİ xalq artisti fəxri adları ilə təltif 

olunublar. 

ADOBT haqqında söhbət gedən dövrün son 25 ilində dünya klassiklərindən və müasir 

bəstəkarlardan Boris Zeydmanın "Ağıldan bəla", Jorj  Bizenin  "Karmen"  (1949), Pyotr 

Çaykovskinin "Mazepa", Cak Offenbaxın "Perikola" (1950), Pyotr Çaykovskinin "İolanta" (1955), 

Zaxari Paliaşvilinin "Daisi", Cakomo Puççininin "Manon Lesko", Rixard Vaqnerin "Leonqrin" 

(1956), Sergey Raxmaninovun "Aleko", Cüzeppe Verdinin "Traviata"   (1957),   Rucero   

Leonkovallonun   "Məzhəkəçilər" (1959), Cakomo Puççininin "Toska" (1960), Cüzeppe Verdinin 

"Aida",   Şarl   Qunonun   "Faust"   (1961),   Cüzeppe   Verdinin "Trubadur" (1962), Aleksandr 

Borodinin "Knyaz İqor", Coakkino Rossininin "Sevilya bərbəri" (1964. Fiqaro-Müslüm 

Maqomayev),  Pyotr Çaykovskinin   "Qaratoxmaq qadın"  (1968), Sergey  Prokofyevin   "Monastrda 

nikah"   (1969)  operalarını, Reynqold Qlierin "Qırmızı lalə" (1954), "Şopeniana" (Frederik Şopenin 

musiqisi  əsasında. 1955), Aleksandr Kreynin "Laurensiya" (1956), Boris Zeydmanın "Qızıl açar" 

(1957),  Şarl Adolf Adanın "Jizel" (1961), Dmitri Şostakoviçin "Xanım və xuliqan" (1965) 

baletlərini tamaşaçılara göstərib. 

  

  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin