Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə264/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   260   261   262   263   264   265   266   267   ...   470
AZƏRBAYCAN DÖVLƏT  

OPERA VƏ BALET TEATRI 

(1938 - 1970) 

 

Teatrın 1938-ci ildə  ən böyük uğuru Moskvada keçirilən Azərbaycan  Ədəbiyyatı  və 



İncəsənəti dekadasında olub. Kollektiv Böyük Teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (9 

və 15 aprel) operettasını, "Koroğlu" (5 və 6 aprel), Müslüm Maqomayevin "Nərgiz" (11 aprel), 

Reynqold Qlierin "Şahsənəm" (7, 8 və 13 aprel) operalarını nümayiş etdirib. Bülbül dekada 

tamaşalrında koroğlu, Qərib, Əlyar və Əsgərin, Şövkət Məmmədova Nərgiz və Şahsənəmin, Gülarə 

fsgəndərova Nigarın, Səltənət Quliyeva Gülçöhrənin, Məmmədtağı Bağırov Həsən xanın 

partiyalarını uğurla ifa ediblər. Dekadada milli incəsənətimizin qazandığı nailiyyətlərə görə Üzeyir 

bəy Hacıbəyov, Şövkət Məmmədova, Bülbül, Reynqold Qlier SSRİ xalq artisti fəxri adları ilə təltif 

olunublar (17 aprel 1938). Kollektiv Bakıya qayıtdıqdan sonra musiqili komediya truppası teatrdan 

ayrılıb və may ayının 30 -da müstəqil sənət ocağı kimi fəaliyyət göstərib. 

Azərbaycan opera teatrının 30 illk yubileyi dekada ilə əlaqədar bir il sonraya keçirilib. Teatr 

1939-cu ilin fevral və mart aylarında özünün yeni quruluşda və üzərində  əsaslı  işlənilmiş yubiley 

tamaşalarını teatrsevərlərə təqdim edib. Mərasimin proqramına "Leyli və Məcnun" (rejissor Soltan 

Dadaşov, rəssam N.Naydışev, dirijor Əhəd  İsrafilzadə), "Arşın mal alan" (rejissor İsmayıl 

Hidayətzadə, rəssam  Ədhəm Sultanov, dirijor Əhəd  İsrafilzadə), "Şah  İsçmayıl" (rejissor Soltan 

Dadaşov, rəssam Həsən Mustafayev, dirijor Əhəd  İsrafilzadə), "Şahsənəm" (rejissor Ədil 

İsgəndərov, dirijor Əfrasiyab Bədəlbəyli), "Nərgiz" (rejissor Soltan Dadaşov, rəssam Həsən 

Mustafayev, dirijor Vladimir Traximoviç) və "Koroğlu" (rəssam Həsən Mustafayevin yeni tərtibat 

işləməsində) tamaşaları daxil idi. 

Bu il teatr Şarl Qunonun "Faust" (5 iyun. Mefistofel-Vasili Nikolski) operasını, Sezar 

Puninin "Esıneralda" (30 may. Esmeralda-Qəmər Almaszadə, Qvazimoda-Konstantin Bataşov) 

baletini repertuarına daxil edib. 

1940-cı ildə teatrın tarixində  sənət hadisəsi olub, səhnədə ilk Azərbaycan baleti göstərilib. 

Bu,  Əfrasiyab Bədəlbəylinin "Qız qalası"  əsəri idi və onun quruluşunu baletmeysterlər Sergey 

Kevorkov və Vaxtanq Voronski, rejissor İsmayıl Hidayətzadə veriblər.  Əsas partiyaları  Qəmər 

Almaszadə (Gülyanaq), Konstantin Bataşov (Polad) və Anatoli Urvantsev (Cahangir xan) ifa 

ediblər. 

Bu il opera truppasının daha uğurlu işi Mixail Qlinkanın "İvan Susanin" (24 fevral. Dirijor 

Əşrəf Həsənov, rəssam Mirra Panadiadi) və Cüzeppe Verdinin "Otello" (2 oktyabr. Dirijor Vladimir 

Traximoviç, rəssam Mirra Panadiadi) operalarının tamaşaları olub. Hər iki əsər teatrın repertuarında 

çoxdan vardı, lakin baş rejissor Viktor Rappoportun əsaslı  bərpa-işləməsində premyera kimi 

göstərilib. 

1941-1945-ci il Böyük Vətən müharibəsində teatr yaradıcılığını  səfərbər edərək 

vətənpərvərlik mövzularına üstünlük verməyə çalışıb. Kollektiv müəyyən briqadalara bölünüb 



əsgərlər qarşısında çıxışlar ediblər. Müharibə yeni başlayanda teatr İranda qastrolda olub. Dörd il 

ərzində teatrın repertuarı müəyyən təzə quruluşlarla və orijinal operalarla əlvanlaşıb. Opera truppası 

Vladimir Kryukovun "Stansiya nəzarətçisi" (29 yanvar 1941. Rejissor Viktor Rappoport. Rəssam 

Həsən Mustafayev, dirijor Əfrasiyab Bədəlbəyli), Niyazinin "Xosrov və  Şirin" (7 may 1942. 

Rejissor  İsmayıl Hidayətzadə, rəssam Aleksandr Filippov, dirijor Niyazi), Qara Qarayevlə Cövdət 

Hacıyevin "Vətən" (4 may 1945. Rejissor İsmayıl Hidyətzadə, rəssam  İzzət Seyidova, dirijor 

Niyazi)  əsərlərini tamaşaya hazırlayıb. Uşaqlar üçün Marian Kovalın "Canavar və yeddi çəpiş" 

(1941. Rejissor Viktor Roppoport, rəssam Mirra Panadiadi, dirijor Vladimir Traximoviç) operası 

oynanılıb. 

Bu müddətdə balet truppasının da müəyyən uğurlu işləri olub.  Rikardo Driqonun  

"Arlekinada"  (baletmeyster İqor Arbatov, rəssam Ənvər Almaszadə, dirijor Əfrasiyab Bədəlbəyli və 

Vladimir Traximoviç), Boris Zeydmanın "Maskarad" (rejissor Pyotr Tveretski, rəssam  İzzət 

Seyidova, dirijor Əfrasiyab Bədəlbəyli), Pyotr Çaykovskinin "Sonalar gölü" (balet-meyster Georgi 

Kevorkov, rəssam Mirra Panadiadi, dirijor Əfrasiyab Bədəlbəyli) baletləri tamaşaya hazırlanıb. 

Beş il ərzində teatrın premyeraları içərisində  əvvəllər başqa quruluşlarda göstərilmiş Pyotr 

Çaykovskinin "Qaratoxmaq qadın" (6 mart 1941. Rejissor Pyotr Tveretski, rəssam İzzət Seyidova, 

dirijor Niyazi), Aleksandr Borodinin "Knyaz İqor" (21 sentyabr 1941. Rejissor Viktor Ropoport, 

rəssam Aleksandr Filippov, dirijor Əşrəf Həsənov), Eduard Napravnikin "Dubrovski" (12 fevral 

1942. Rejissor Pyotr Tveretski, rəssam Aleksandr Filippov, dirijor Vladimir Traximoviç) 

operalarının səhnə təfsirləri maraq doğurub. Coakkino Rossininin "Sevilya bərbəri" (7 noyabr 1943. 

Rejissor Viktor Rpoport. Tərcüməçilər Məmməd Səid Ordubadi və  Əfrasiyab Bədəlbəyli) 

Azərbaycan dilində oynanılıb.  Əsas partiyaları  Ağababa Bünyadzadə  və  İdris Ağalarov (Fiqaro), 

Hüseynağa Hacıbababəyov (Qraf Almaviva), Böyükağa Mustafayev (Don Bazilio), Şövkət 

Məmmədova, Gülarə  İsgəndərova və Elmira Axundova (Rozina), Məmmədtağı Bağırov (Don 

Bartolo) ifa ediblər. 

Rejissor  İsmayıl Hidayətzadə "Koroğlu" operasını 1943-cü ildə rus truppası ilə tamaşaya 

hazırlayıb.  Əsas partiyaları Aleksandr Drozdov (Koroğlu), Konstantin Knijnikov (Həsən xan), 

Mariya Titarenko (Nigar), Vasili Nikolski (İbrahim xan) oxuyublar. 

1948-1970-ci illər ərzində ADOBT-də "Leyli və Məcnun", "Əsli və Kərəm" "Şah İsmayıl" 

operaları yeni quruluşlarda və müəyyən əsaslı bərpalarda daim repertuarda qalıb. Lakin əsas rolların 

ifaçılar sırası  həmişə yeni-yeni istedadların hesabına zənginləşib. Məcnunun və  Kərəmin  Əlövsət 

Sadıqov,  Şirzad Hüseynov, Xanlar Haqverdiyev, Əbülfət  Əliyev, Qulu Əsgərov, Bakır Haşımov, 

Arif Babayev, Mais Salmanov, Əli Mehdiyev, Hüsnü Qubadov, Leylinin və  Əslininin Yavər 

Kələntərli, Məhbubə Paşayeva, Gülxar Həsənova, Sima Haşımlı, Sara Qədimova, Rübabə 

Muradova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova kimi maraqlı ifaçıları yetişib. Teatrda 

azərbaycanlı bəstəkarların yeni opera və balet əsərləri tamaşaya hazırlanıb. Bu tamaşaların bəziləri 

müəyyən musiqi zəifliklərinə, rejissor qüsurlarına və ifa nöqsanlarına baxmayaraq, milli 

mədəniyyətimizin təkamülü istiqamətində dəyərli addımlar kimi yadda qalıb. 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin