Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə262/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   258   259   260   261   262   263   264   265   ...   470
FATMA MUXTAROVA 

(26.3.1993- 19.10.1972)  

 

Milli  səhnəmizdə vokal ifaçılığının,   klassik  dünya operalarında lirik-qəhrəman 



partiyalarını oxuyan ilk səhnə qaranquşlarından biri də Fatma xanımdır. Messo-soprano səsi olub və 

bu səs sinədən gəlib, bulaq kimi qaynayıb və bütün not düzümündə  sərbəst gəzişə bilib. Qızğın 

aktyorluq temperamentinə, coşğun daxili ehtirasa, məlahətli, hüsnü-təravətli səhnə görkəminə malik 

idi. Ecazkar zərif plastikası vardı  və  hər obrazın xarakterinin estetik səviyyəsinə uyğun olaraq 

təbiətin bu bəxşişində həssas sənətkar qüdsiyyəti ilə istifadə etməkdə çox bacarıqlıydı. 

Onun qəhrəmanları  səs genişliyində  nə  qədər sərbəst davrana bilirdilərsə, aktyorluq ifası, 

dramatizmın bədii təcəssümü baxımından bir o qədər möhtəşəm görünürdülər. Lirik və  fəci, 

dramatik və emosional duyğuların  ən müxtəlif çalarlarını bir obrazın səhnə  təsvirində heyrətamiz 

şəkildə cəmləşdirirdi. 

Fatma Səttar qızı Muxtarova 26 mart 1893-cü ildə  Cənubi (İran) Azərbaycanın Urmi 

(Urmiya) şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. Əvvəlcə Rostovda yaşayıblar 

və bir neçə ildən sonra Peterburqda məskunlaşıblar. Taleyin gərdişi bu ailəyə  dəhşətli zərbə 

vurmuşdur, Səttar kişi gözlənilmədən vəfat etmişdir. Peterburqda heç bir yaxın qohumu, simsarları 

olmayan ailə az keçməmiş bir qarın çörəyə möhtac qalıb. Gözəl və şirin səsi olan, rus dilində sərbəst 

danışmağı öyrənmiş balaca Fatma evə ruzi gətirmək üçün küçə müğənniliyinə başlayıb. 

Məsum qızcığaz  əvvəlcə özü şarmanka çalıb oxuyub. Sonralar ifaçılığını qarmonun 

müşayiəti ilə davam etdirib. Yeni-yeni sirenadalar, nəğmələr, hətta qədim rus romanlarını özünün 

"Küçə" repertuarına daxil edib. "Katya" təxəllüsü ilə  məşhurlaşan Fatma rus meydan teatrının 

təmsilçiləri skamo-roklara qoşulub, bir müddət küçə oyunbazları ilə  şəhərləri gəzib, "təlxəklər" 

qrupunda solist olub. 

Günlərin bir günündə yeniyetmə yaşına qədəm basan Fatma və xalq teatrı truppası Saratova 

gəliblər.  İstedadlı müğənnini təsadüfən dinləyən "Saratovskaya vedomosti" qəzetinin redaktoru 

A.Arxangelski bu qarabəniz, gözləri nur saçan qızın məlahətli, ecazkar ifasına heyran kəsilib. O, elə 

həmin gün bu barədə Saratov konservatoriyasının professoru M.Medvedyevə danışıb. Bu iki 

ziyalının xeyirxahlığı ilə Fatma Muxtarova 1914-cü il-də Saratov Konservatoriyasının vokal 

şöbəsinə daxil olub. 

İki il bu təhsil ocağında vokal ifaçılığının incəliklərinə yiyələnən Fatma xanım 1917-ci ildə 

Moskvaya köçüb. Dünya şöhrətli Fyodor Şalyapinin köməkiiyi ilə o, Sergey Ziminin şəxsi teatrında 

("Ziminin opera teatrı") oxumağa başlayıb. Bu teatrda debütü Aleksandr Serovun "Yusif" 

operasında Odaliskanın partiyası olub. 

Vətəndaş müharibəsi illərində Fatma Muxtarova təbliğat-konsert briqadalarına qoşulub. 

Onlarla birgə Qırmızı ordunun döyüş bölgələrində konsertlər verib. İstənilən dinləyici auditoriyası 

üçün çevik və  dəyişkən repertuarla çıxış etməyi böyük məharətlə bacaran gənc müğənni 1920-ci 

ildən başlayaraq Kazanın, Leninqradın (Peterburqun), Kiyevin, Xarkovun, Odessanın, Tiflisin opera 

teatrlarında oxuyub. Həmin teatrlarda əsasən Qərbi Avropa və rus klassik sənətkarlarının  əsas 

sevgili partiyalarının füsünkar ifaçısı kimi şöhrətlənib. Buna görə  də onu vaxtaşırı bir teatrdan 

digərinə dəvət ediblər. 

Sənətin kamillik zirvəsinə çatan, vokal ifaçılığının  ən zərif və emosional incəliklərini 

mənimsəyən Fatma xanım həm yaşının, həm də sənətkarlığının müdrik çağında, 1938-ci ildə Bakıya 

dəvət alıb. Həmin ildən 1953-cü ilə qədər Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera 

və Balet Teatrında solist işləyib. 

Fatma Muxtarovanın yaradıcılığını zinətləndirən, səs diapazonunun genişliyinə vüsət açan, 

yaradıcılıq  əlvanlığına təravət gətirən  əsas partiyaları belə düzümdə  sıralamaq olar: Marfa və 

Marina, ("Xovanşina", Modest Musorqski), Lyubaşa, Bahar ("Çar gəlini" və "Qar qız", Nikolay 

Rimski-Korsakov), Amneris, Auzçena, Madalena ("Aida", "Trubadur" və "Riqoletto", Cüzeppe 



Verdi), Dalila ("Samson və Dalila", Kamal Sen Sans), Aksİnya ("Sakit Don", İvan Dzerjinski), 

karmen ("Karmen", Jorj Bize. Tərcümə edəni Nigar Rəfibəyli), Qrunya ("Potyomkin zirehli gəmisi", 

Oles (Aleksandro) Çişko), Zibel ("Faust", Şarl Quno), Lyubov ("Mazepa", Pyotr Çaykovski), 

Qrafinya Polina "Qaratoxmaq qadın", Pyotr Çaykovski), Vanya ("İvan Susanin", Mixail Qlinka), 

Ortruda ("Loenqrin", Rixard Vaqner), Puqaçovun arvadı ("Qartal qiyamı" və ya "Puqaçovçular", 

Andrey Paşşenko), konçakovna ("Knyaz İqor", Aleksandr Borodin), Əzra ("Nizami", Əfrasiyab 

Bədəlbəyli). 

Görkəmli opera solistinin yaradıcılığının zirvəsi Karmen partiyası sayılır. Müğənni bu 

partiyanı müxtəlif teatrlarda zəfərlə ifa etmişdir. Fatma Muxtarovanın karmenin ifasında əldə etdiyi 

nailiyyət dünyanın  ən qüdrətli ifaçılarının həmin partiyada qazandıqları  qələbələrlə bir cərgədə 

dəyərləndirilir. O, bu partiyanı həm Azərbaycan, həm də rus dillərində oxumuşdur. 

Fatma Muxtarova müxtəlif opera teatrlarının səhnəsində klassik ifaçılardan Fyodor Şalyapin, 

Bülbül, Sergey Lemeşev ilə birgə çıxış etmişdir. 

Onun son dərəcə zəngin fəlsəfi, estetik, psixoloji cəhətdən dərin, ifa baxımından səs əlvanlığı 

və genişliyini özündə təcəssüm etdirən konsert proqramı var idi. Solist-vokalçı kimi bir sıra dünya 

şöhrətli konsert salonlarında möhtəşəm çıxişları olub. 

Tiflis opera teatrının səhnəsində qazandığı nailiyyətlərə, milli opera sənətimizin 

tərəqqisindəki böyük xidmətlərinə görə vokal ustası, opera solisti 1936-cı ildə Gürcüstan 

Respublikasının  əməkdar artisti və 23 fevral 1940-cı ildə Azərbaycan Respublikasının xalq artisti 

fəxri adları ilə təltif olunub. 

Fatma xanım Səttar qızı Muxtarova 19 oktyabr 1972-ci ildə Bakıda vəfat edib və ikinci Fəxri 

xiyabanda dəfn olunub. 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin