Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə261/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   257   258   259   260   261   262   263   264   ...   470
HÜSEYNQULU SARABSKİ  

(20.3.1879 - 16.2.1945) 

 

Görkəmli teatr xadimi, aktyor, rejissor və pedaqoq olub. Milli operamızın, aktyorluq 



sənətinin yaradıcılarından biridir. Lirik tenor səsi olub və milli muğamlarımızın hamısını məharətlə 

ifa edib. Tarın ən zil pərdələrində də mürəkkəb muğam guşələrini sərbəst, xoş avazla, məftunedici 

nıəlahətlə oxuya bilib. 

Əsil soyadı Rzayev olan Hüseynqulu Məlik oğlu Bakıdakı  İçərişəhərin Yeddilər 

məhəlləsində doğulub. Babası Hacı Rza və atası Məlik gəmi kapitanı olublar. El arasında kapitana 

pişkah deyirdilər. Hüseynqulunun atası  İrana, Hacıtərxana, Xəzər sahilindəki müxtəlif  şəhərlərə 

səfərlərə çıxırdı. Onun gətirdiyi qazanc ailənin gündəlik güzəranına güclə çatırdı. 1881-ci ildə atası 

Türküstanda dəmir yol çəkilişinə inşaat materialı apararkən gəmi bütün heyəti və yükü ilə sulara 

qərq olub. Anası ikinci ərə gedəndən sonra Hüseynqulunun qara günləri başlayıb. 

Hüseynqulu Sarabskinin tərbiyəsi ilə əsasən anası Cəvahir xanım məşğul olub və oğluna ilk 

təhsili də  verməyə  səy göstərib.  Əvvəlcə  İçərişəhərdəki  Şah məscidinin yanında, 9 saylı evdə 

yaşayan Anaqızdan ibtidai dini təhsil alıb, sonra bu işi Məsməxanımın yanında davam etdirib. 

Ancaq mollalığa meyili olmayan Hüseynqulu çərəkəni başa vura bilməyib. Atalığı onu üstüörtülü 

bazarda papaqçı Babanın yanına  şəyirdliyə verib. Sonra o, bənna yanında  şəyird durub, ona 

palçıqdaşıyan olub. Bir müddət isə ağ daş yonana şəyirdlik edib. 

Yaxşı səsi, məlahətli avazı olduğuna görə məhərrəmlik təziyələrində mərsiyələr deyir, şəbih 

tamaşalarında iştirak edirdi. 

1897-ci ildə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin açdırdığı kursda rus dilində 

oxuyub və gələn il Həbib bəy Mahmudbəyovun məktəbinin ikinci sinifinə qəbul olunub. Məktəbdə 

oxuya-oxuya daş anbarlarına marka vuran işləyib və ayda 15 manat zəhməthaqqı alıb. Müəyyən 

müddət "Paşa Dadaşov" gəmisində  bəhriyyə (matros) işləyib, Ağ  şəhərdə elektrik stansiyasında 

mühəndis köməkçisi kimi çalışıb. Onu teatra həvəskar aktyorlar Murad Muradov və Mehdi bəy 

Cabbarlinski cəlb ediblər. 

Hüseynqulu Sarabski (Rzayev) səhnəyə ilk dəfə 1902-ci ildə, iyul ayının 1-də çrxıb. Nəriman 

Nərimanovun "Nadanlıq" dramının tamaşasında Rəsul rolu gələcəyin qüdrətli sənətkarının ilk səhnə 

obrazı olub. "Müsəlman dram cəmiyyət"ində aktyorluq edib. "Şirkət" adlanan və türk sözü qadağan 

olunduğuna görə müsəlman sözü ilə  əvəz olunmuş dram dəstəsi iki-üç ayda bir yerə  cəm olub 

tamaşalar oynayardı. Hüseynqulu Sarabski 1906-cı ildən 1919-cu ilin payızına qədər "Müsəlman 

dram cəmiyyəti"ndə, "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin dram dəstələrində, özüünün 

təşkil etdiyi "Müsəlman opera truppası"nda, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının 

müdiriyyəti"ndə, Abbasmirzə  Şərifzadənin   rəhbərliyində      "Müsəlman   artistləri   ittifaqı"nda 

aktyorluq və rejissorluq edib. 1919-cu ilin 24 oktyabrında bugünkü Akademik Milli Dram Teatrı 

"Hökumət Türk Teatrosu" adı ilə  fəaliyyətə başlayanda Hüseynqulu Sarabski onun truppasının   

aparıcı   aktyorlarından   olub.   1925-ci   ilin   avqustunda opera truppası Akademik teatrın 

nəzdindən ayrılaraq "Rus operası" adlanan kollektivin nəzdinə keçib və  həmin dəstənin 

öncüllərindən biri Hüseynqulu Sarabski olub. Sonralar "Rus operası" Azərbaycan Dövlət Opera və 

Balet Teatrı adlandı  və Sarabski ömrünün sonuna qədər həmin sənət məbədinin  ən qabaqcıl 

aktyorlarından oldu. 

Üzeyir bəy Hacıbəyovun milli operamızın təməl daşı  olan  "Leyli  və  Məcnun"  əsərində 

Məcnunun ilk və  ən görkəmli ifaçısıdır. O, bu rolda 400 dəfədən artıq çıxış edib. Özü həm dram 

əsərlərinə, həm də opera və operettalara dəfələrlə quruluşlar verib. Məcnun roluna Üzeyir bəyin 

tövsiyəsi ilə çağırılıb. Dahi bəstəkar onu Henrix Heynenin "Əl Mənsur" dramının tamaşasında Ərəb 

rolunda "Hicaz" muğamı üstündə oxuyanda görüb bəyənmişdi. 

Milli opera sənətimizin, xüsusən onun ifaçılıq məktəbinin formalaşmasında Hüseynqulu 

Sarabskinin xidmətləri misilsizdir. O, həmçinin dramaturgiya ilə də məşğul olmuşdur. 1906-cı ildən 



başlayaraq yazdığı "Cəhalət", "Axtaran tapar", "Nə tökərsən aşına, o da çıxar qaşığına" pyesləri 

müxtəlif teatr dəstələrində tamaşaya qoyulub. 

Hüseynqulu Sarabskinin hazırladığı tamaşalar, oynadığı opera və dramatik rollar bütün 

Qafqazda, İranda, Orta Asiyada, Volqa çayı boyundakı türkdilli şəhərlərdə böyük şöhrət qazanmışdı. 

Bu dahi sənətkarın yaradıcılığının əsasən dörd qolunu nəzərə çatdırmaq istəyirəm. O, Üzeyir 

bəy Hacıbəyovun və Zülfüqar bəy Hacıbəyovun bütün operalarına və operettalarına müxtəlif illərdə 

quruluşlar verib. 

Oynadığı əsas dramatik rollar: Dursunəli ("Dursunəli və Ballıbadı", Sultanməcid Qənizadə), 

Məstəli  şah,  Əsgər bəy ("Müsyö Cordan və  dərviş  Məstəli  şah" və "Hacı Qara", Mirzə  Fətəli 

Axundzadə),  Əl Mənsur ("Əl Mənsur", Henrix Heyne), Fərhad və Zöhhak ("Dəmirçi Gavə", 

Şəmsəddin Sami), Hacı Qəmbər və Əşrəf bəy, Fəxrəddin ("Hacı Qəmbər" və "Müsibəti-Fəxrəddin", 

Nəcəf bəy Vəzirov), Qurban, Nəcəf bəy, Cəfərqulu xan, Fərhad ("Pəri cadu", "Dağılan tifaq", "Ağa 

Məhəmməd  şah Qacar" və "Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Lyapkin-Tyapkin və 

Şpekin ("Müfəttiş", Nikolay Qoqol), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Ağacavad və 

Qulu, Nadir şah və  Şah Təhmas ("Şamdan bəy" və "Nadir şah", Nəriman Nərimanov),  Şveytser 

("Qaçaqlar", Fridrix Şiller), Dərviş ("Əmir  Əbül Üla", Hüseyn Bədrəddin və  Məhəmməd Rüfət), 

Zəvvar ("Səid ibn Bəqqas", Mirzə Məmməd Axundzadə). 

Hüseynqulu Sarabski dahi Üzeyir bəy Hacıbəyovun "Rüstəm və Söhrab" (12 noyabr 1909) 

operasının "Arşın mal alan" operettasının (25 oktyabr 1913) ilk quruluşçu rejissoru olub. Həmçinin 

Üzeyir bəy və Zülfüqar bəy Hacıbəyovların bütün müsiqi əsərlərinə Bakıda, Tiflisdə,  İrəvanda 

dəfələrlə quruluşlar verib. "Hacıbəyov qardaşlarının müdriyyəti" truppasında tamaşaya hazırlanmış 

və Mayılov Teatrında göstərilən Müslüm Maqomayevin "Şah İsmayıl" operasının birinci tamaşası 7 

mart 1919-cu ildə bəstəkarın və Hüseynqulu Sarabskinin benefisinə oynanılıb. 

Hüseynqulu Sarabski əsasən Bakıda, həmçinin Tiflis, İrəvan, Dərbənd, Batum qastrollarında 

"Ölülər" (Cəlil Məmmədquluzadə), "Əl Mənsur" (Henrix Heyne), "Napoleon muharibəsi və yaxud 

Moskva yanğını" (Baxmetov), "Yezid ibn Müaviyyə" (Mehdi bəy Hacınski), "Əmir  Əbül Üla" 

(Hüseyn Bədrəddin və  Məhəmməd Rüfət), "Cəhalət" (Hüseynqulu Sarabski), "Pəri cadu" 

(Əbdurrəhimbəy Haqverdiyev), "Xan-xan" (Haşım bəy Vəzirov), "Dilin bəlası" ("Şamdan bəy", 

Nəriman Nərimanov), "Molla Nəsrəddin" (Qulamrza Şərifzadə), "Xor-xor", "Axşam səbri xeyir 

olar" (Soltanməcid Qənizadə) tamaşalarına quruluşlar verib. "Ölülər", "Napoleon müharibəsi" və 

"Pəri cadu" onun ən bitkin quruluşları saylır. 

Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun. Bu rolu ilk dəfə 12 yanvar 1908-ci 

ildə, Tağıyev teatrının binasında, Hüseyn Ərəblinskinin quruluşunda oynayıb), "Rüstəm və Söhrab" 

(Rüstəm), "Şah Abbas və Xurşid banu" (Şah Abbas), "Əsli və Kərəm" (Kərəm), "Şeyx Sənan" (Şeyx 

Sənan), "Ər və arvad" (Mərcan bəy), "Məşədi  İbad" (Sərvər), "Arşın mal alan" (Əsgər), Zülfüqar 

bəy Hacıbəyovun "Aşıq Qərib" (Aşıq Qəpib), "Evliykən subay" (Orduxan bəy), "Əlli yaşında 

cavan" (Xosrov və Muxtar bəy), Müslüm bəy Maqomayevin "Şah  İsmayıl" (Şah  İsmayıl), mətni 

Hacıbaba  Şərifovun və musiqi tərtibatı David Slavinskinin "Mehr və Mah" (Mehr) opera və 

operettalarının ən müxtəlif quruluşlarında əsas partiyaları ifa edib. 

1932-ci ildən 1945-ci ilədək Azərbaycan Dövlət konservatoriyasında, Asəf Zeynallı adına 

Bakı Musiqi Məktəbində muğam sənətindən dərs deyib, Hüseynağa Hacıbababəyov, Məmmədtağı 

Bağırov, Əlövsət Sadıqov kimi müğənni aktyorları Məcnun və Kərəm rollarına hazırlayıb. 1917-ci 

ildə Bakıda "Film" aksioner cəmiyyətinin çəkdiyi "Arşın mal alan" filmində Əsgər rolunu oynayıb, 

"Səbuhi" filmində Aşıq roluna çəkilib. 

Hüseynqulu Sarabski Azərbaycan Respublikasının  əməkdar artisti (1926) və xalq artisti 

(1932) fəxri adları ilə təltif olunub. 

Məzarı Bakıdakı Fəxri xiyabandadır. 

 

 





Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin