Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə259/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   255   256   257   258   259   260   261   262   ...   470
ÜZEYİR BƏY HACIBƏYOV  

(18.9.1885-23.11.1948) 

 

Azərbaycan milli operasının və operettasının banisidir. İlk peşəkar musiqimizin yaradıcısıdır. 



Görkəmli teatr fədaisi, ictimai xadimdir. "Molla Nəsrəddin"  ədəbi məktəbinin görkəmli 

nümayəndəsidir. Jurnalistika sahəsində böyük işlər görüb, publisistika elmini yeniliklərlə 

zənginləşdirib. Milli dramaturgiyamıza yeni janr və mövzu əlvanlığı  gətırib. Öz komediyalarında 

silsilə xarakterlər, komik personajlar  yaradıb.   Azərbaycan   konservatoriyasının   yaradıcısıdır. 

Musiqişünaslıq elmimizin bünövrəsmi qoyub. Qüdrətli pedaqoq olub və Azərbaycan 

bəstəkarlıq məktəbinin neçə-neçə korifeyini yetişdirib. 

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov Qarabağın bəy nəslindəndir. 1885-ci il sentyabr ayının 

18-də Şuşa qəzasının Ağcabədi kəndində doğulub. Şuşada yaşayan və əsasən mirzəlik edən atasının 

hazırda rayon mərkəzi olan Ağcabədi torpaqlarında böyük əkənək yerləri vardı. Ailə təsərrüfat işləri 



ilə bağlı Ağcabədiyə gələndə Üzeyir bəy orada doğulub. Bir sıra sənədlərdə soyadı "Hacıbəyli" kimi 

göstərilib. 

Üzeyir bəy ilk təhsilini  Şuşa  şəhərindəki ikisinifli türk-rus məktəbində alıb. Uşaqlıqdan 

ecazkar musiqi yaddaşı, iti zehni və çalışqanlığı, mütaliəyə meyili ilə tay-tuşlarından seçilib. Onda 

musiqi sənətinə  məhəbbət və  rəğbəti, coşğun həvəsi dayısı, milli xalq sənətinin səriştəli bilicisi 

Ağalar Əliverdibəyov oyadıb. Şuşa şəhərinin özü həmin illərdə bütün Qafqazın musiqi akademiyası 

sayılıb. Şübhəsiz ki, belə musiqi mühiti Üzeyir bəyin qan və uşaqlıq yaddaşında dərin izlər buraxıb. 

Görkəmli dramaturq və teatr xadimi, milli rejissorluq sənətinin yaradıcılarından olan 

Əbdürrəhim bəy Haqverdiyev 1897-ci ildə  Şuşada Məhəmməd Füzulinin "Leyli və  Məcnun" 

poemasının motivləri  əsasında "Məcnun Leylinin qəbri başında" ("Məcnun Leylinin məzarı 

üstündə") səhnəciyini hazırlayıb. Məcnunun muğam üstündəki oxularını Cabbar Qaryağdı ifa edib. 

Üzeyir bəy həmin səhnəcikdə xorda oxuyub. Dahi sənətkarın özünün yazdığına görə, bu musiqili 

səhnə-tamaşa ona böyük təsir bağışlayıb. Üzeyir bəyin qəlbində opera yaratmağın ilk qığılcımları 

məhz həmin ildən işıq saçıb. 

Şuşada rus dilini öyrənib ilkin təhsil  şərtlərini mənimsəyən Üzeyir bəy 1899-cu ildə Qori 

Müəllimlər Seminariyasına qəbul olunub. Burada Skripka və bariton çalmağı öyrənib. Dünya musiqi 

klassiklərinin yaradıcılıqları ilə yaxından tanış ola bilib. Azərbaycan xalq mahnılarının nəzəri 

əsaslarını elmi sistemə salmağa cəhd göstərib. 

Üzeyir bəy Hacıbəyov 1904-cü ildə seminariyanı bitirib və  Cəbrayıl  qəzasına  müəllimliyə  

göndərilib.   Bir  il  burada kənd məktəbində müəllim işləyəndən sonra Bakıya gəlib. Əv-Vəl fəhlə 

qəsəbəsi olan Bibiheybətdə, sonra isə "Səadət" məktəbində pedaqoji fəaliyyət göstərib. Azərbaycan 

dilində  dərs vəsaitlərinin son dərəcə azlığını  nəzərə alan Üzeyir bəy məktəblilər üçün "Hesab 

məsələləri" dərsliyini yazıb və onu 1907-ci ildə çap etdirib. Həmçinin özünün "Mətbuatda istifadə 

olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi, rusi-türki lüğəti"ni nəşrə hazırlayıb. Bu 

kitabça dilçilik elminin ilk müjdələrindən sayılır. 

Gələcəyin dahi bəstəkarı  bədii yaradıcılığa publisistika ilə başlayıb. Cəmiyyətin sosial 

ədalətsizliyinə, dövrün ictimai-siyasi bəlalarına, savadsızlığa, mənəvi-əxlaqi rəzalətlərə qarşı, 

maarifçiliyə çağıran tənqidi və nəzəri məqalələr, kəskin felyetonlar yazıb. O, öz yazılarını "Ordan-

burdan", "O yan-bu yan", "Filankəs", "Behmənkəs", "Ü" imzaları ilə çapa verib. Ədibin çoxsaylı və 

müxtəlif janrlı yazıları Bakıda çıxan "Tərəqqi", "Həqiqət", "Kaspi" (rus dilində), "İqbal" "Yeni 

iqbal", "İrşad" qəzetlərində, Tiflisdə nəşr olunan "Molla Nəsrəddin" jurnalında oxuculara çatdırılıb. 

Onun felyetonları və satirik miniatürləri, kiçik hekayələri kəskinliyi, aktuallığı və dilinin ifadəliliyi, 

rəvanlığı ilə  dəyərlidir. Bu illərdə Üzeyir bəy rus yazıçısı Nikolay Qoqolun məşhur "Şinel" nəsr 

əsərini azərbaycancaya tərcümə edib. 

Belə gərgin şəkildə yaradıcılıqla məşğul olan Üzeyir bəy Hacıbəyov 1907-ci ilin sonlarında 

ilk milli operamız olan "Leyli və Məcnun" əsərini tamamlayıb. Operanın librettosunu bəstəkar özü 

qardaşı Ceyhun Hacıbəyli ilə birlikdə yazıb. Mətn üçün Məhəmməd Füzulinin "Leyli və Məcnun" 

məhəbbət poeması götürülüb. "Leyli və Məcnun" operası direksion üslubda yazılıb. Onun tamaşaya 

hazırlanmasını 1906-cı ildən fəaliyyətə başlayan "Nicat" mədəni-maarif cəmiyyətinin teatr truppası 

öz üzərinə götürüb. Tamaşanın quruluşunu dövrünün məşhur tragik aktyoru və rejissoru Hüseyn 

Ərəblinski verib. 

"Leyli və Məcnun" operasının ilk tamaşası 1908-ci il yanvar ayının 12-də Tağıyev teatrında 

(Şəhər teatrı da deyilib) göstərilib. Tamaşaya dirijorluğu Əbdürrəhim bəy Haqverdiyev edib. Üzeyir 

bəy özü Skripıkada çalıb. Məcnun rolunu dram aktyoru kimi tanınan Hüseynqulu Sarabski ifa edib. 

Üzeyir bəy Hacıbəyov "Leyli və  Məcnun" operasını milli muğamlar  əsasında işləyib. 

Operada hadisələrin psixoloji xarakterinə, konfliktin mahiyyətinə  və süjet xəttinin kəskin 

dönüşlərinə, lirik-dramatik ricətlərin səciyyəsinə uyğun ola-raq "Mahur Hindi", "Çahargah", 

"Segah", "Fars şlkəstəsi" ("Şlkəsteyi-fars"), "Şur", "Şiraz bayatısı" ("Bayatı Şiraz"), "Rast", "Kürd 




bayatısı" ("Bayatı Kürd"), "Qacar bayatısı" ("Bayatı Qacar") muğamlarından, "Kabili", "Müxalif" 

muğam şöbələrindən, təsniflərdən istifadə edib. 

"Leyli və  Məcnun" operası böyük sənət hadisəsinə çevrilib. Milli mədəniyyətimizdə yeni 

sənətin və yeni səhnə janrınınbünövrəsi qoyulub. Bundan sonra Üzeyir bəy Hacıbəyov xalq rəvayəti 

əsasında 1909-cu ildə  "Şeyx Sənan" (ük tamaşası 1909-cu il noyabrın 30-da olub), Əbdülqasim 

Firdovsinin "Şahnamə" poemasının motivləri üzrə 1910-cu ildə "Rüstəm və Söhrab" (operanın 

premyerası 1910-cu il noyabrın 12-də göstərilib) operalarını yazıb. 

Üzeyir bəy Hacıbəyov eyni zamanda milli operettamızın banisi sayılır. Bəstəkar özünün 

librettosu  əsasında "Ər və arvad" operettasını  işləyib və bu əsəri 1909-cu ildə tamamlayıb. 

Operettanı tamaşaya "Nicat" truppasının aktyorları ilə rejissor Hüseyn Ərəblinski hazırlayıb. "Ər və 

arvad"ın ilk tamaşası 1910-cu il may ayının 24-də Nikitin qardaşlarının sirein-də göstərilib. 

Bugünkü Azərbaycan Dövlət Musiqili Komediya Teatrının tarixi məhz həmin gündən hesablanır. 

Tamaşada baş rolları truppanın qabaqcıl opera aktyolrları Hüseynqulu Sarabski (Mərcan bəy) və 

Əhməd Ağdamski (Minnət xanım) oynayıblar. 

"Ər və arvad" operettasının ardınca Üzeyir bəy "O olmasın, bu olsun" ("Məşədi  İbad") 

musiqili komediyasını yazıb. Əsər üç pərdədən ibarət olub və ilk tamaşası 1911-ci il sentyabrın 12-

də Nikitin qardaşları sirkində tamaşaçılara göstərilib. Baş rolları Mirzağa Əliyev (Məşədi İbad) və 

Hüseynqulu Sarabski (Sərvər), Əhməd Ağdamski (Gülnaz), Əhməd Anatollu (Hambal) ifa ediblər. 

Beş ildən sonra bəstəkar operettaya daha bir pərdə əlavə edib. Bu, hamam səhnəsidir. 1918-ci ildə 

əsər məhz dörd pərdədə çapdan çıxıb. 

Üzeyir bəy Hacıbəyov ali musiqi təhsili almaq üçün 1911-ci ildə Moskvaya gedib. 1913-cu 

ildən isə Peterburq konservatoriyasında sənətin incəliklərinə yiyələnib. Musiqinin peşəkarlıq 

incəliklərinə  dərindən yiyələnməklə yanaşı, yaradıcılıqla da ciddi məşğul olub. Təhsil illərində 

Üzeyir bəy Hacıbəyov el rəvayəti  əsasında "Şah Abbas və Xurşid banu" (1911), xalq dastanının 

motivlərindən istifadə etməklə  "Əsli və  Kərəm" (1912) operalarını  və dünya şöhrətli "Arşın mal 

alan" (1913) operettasını bəstələyib. 

"Şah Abbas və Xurşid banu" operası ilk dəfə 1912-ci il martın 10-da oynanılıb. Əsas rolları 

Hüseynqulu Sarabski (Şah Abbas) və  Əhməd Ağdamski ilə  Cəlil Bağdadbəyov (Xurşid banu) ifa 

ediblər. "Əsli və  Kərəm" operasının premyerası isə 1912-ci il mayın 18-də Mayılov teatrında 

göstərilib. Müslüm Maqomayev tamaşaya dirijorluq edib. 

İlk tamaşası 1913-cü il oktyabr ayının 25-də Hüseynqulu Sarabskinin rejissorluğu ilə 

Tağıyev teatrında göstərilən "Arşın mal alan" operettası böyük şöhrət qazanıb. Avropa operetta 

janrının prinsiplərində yazılmış əsər tez bir zamanda rus, gürcü, fransız, alman, ingilis, türk, özbək, 

ərəb, çin, polyak, Ukrayna, fars dillərinə  tərcümə edilib. Operetta dəfələrlə ekranlaşdırılıb.  Ən 

Kamal ekran quruluşları 1945-ci ildə Rza Təhmasibin və 1965-ci ildə Tofiq Tağızadənin 

"Azərbaycanfilm"də  çəkdikləri ekran əsərləri sayılır. Rejissor Hüseyn Seyidzadə 1956-cı ildə 

bəstəkarın "Məşədi İbad" operettasını ekranlaşdırıb. 

Üzeyir bəy Hacıbəyovun şah əsəri "Koroğlu" operası sayılır. Operanın librettosunu Heydər 

İsmayılov, şeir mətnlərini Məmməd Səid Ordubadi yazıblar. Bu operanı hasilə gətirməmişdən əvvəl 

bəstəkar qəhrəmanlıq mövzusunda "Dəmirçi Gavə" (osmanlı  ədibi  Şəmsəddin Saminin eyniadlı 

pyesi əsasında), "İsgəndərnamə" və "Babək" operaları üzərində işləyıb. Lakin həmin əsərlərin heç 

biri tamamlanmayıb və bəstəkar yalnız bir neçə musiqi nömrəsi işləyə bilib. 

1937-ci il aprel ayının 30-da oynanılan "Koroğlu" (quruluşçu rejissor İsmayıl Hidayətzadə, 

tərtibatçı  rəssam Rüstəm Mustafayev) operası milli musiqi mədəniyyətimizin və opera teatrının 

tarixində parlaq nailiyyətə çevrilib. Bülbül baş qəhrəman koroğlunun (əvvəl Rövşən) əvəzsiz ifaçısı 

sayılıb. Klassik opera üslubunda bəstələnmiş "Koroğlu"  əsərində möhtəşəm musiqi xarakterli 

ariyalar, coşğun kütləvi xor səhnələri, bitkin reçitativlər, dinamik balet səhnələri var. Operanın əsas 

musiqi xarakteri monumental kütləviliyə  əsaslanıb. Onun partiturasının aparıcı motivi aşıq 




musiqisinə  əsaslanıb. Üzeyir bəy Hacıbəyov simfonik orkestrin heyətinə milli çalğı alətləri  əlavə 

etməklə ifa rəngarəngliyinə, mürəkkəb və ürəyəyatımlı səs harmoniyasına nail olub. 

Üzeyir bəy Hacıbəyov Azərbaycanda musiqi təhsilinin banilərindən biridir. 1921-ci ildə 

Azərbaycan Dövlət Türk Musiqi   Məktəbini   yaradıb.   Dünya   şöhrətli   "Cəngi"   pyesinin (1941), 

Mirzə  Fətəli Axundzadəyə  həsr edilmiş "Ölməz sənətkar" (1938), "Vətən və  cəbhə" (1942) 

kantatalarının, Nizami Gəncəvinin sözlərinə  bəstələnmiş "Sənsiz" (1941), "Sevgili canan" (1942) 

romanslarının, Azərbaycan himnlərinin (1918 və 1945)   müəllifidir.   "Azərbaycan  xalq  

musiqisinin   əsasları" (1945) fundamental tədqiqat  əsərini yazıb. Bu əsərdə  qədim milli 

musiqimizin lad və  səs qanunauyğunluqları, onun fəlsəfi dəyərləri araşdırılıb. "Firuzə" operası 

tamamlanmayıb. 

Opera və operetta tamaşalarını müntəzəm oynamaq üçün Üzeyir bəy bəstəkar qardaşı 

Zülfüqar bəy Hacıbəyovla birlik-də teatr truppası yaradıb. 1916-cı ildə  fəaliyyətə başlayan truppa 

"Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti " adlanıb. Üzeyir bəy Hacıbəyov 

özü bir müddət truppanın baş rejissoru işləyib.  əksər tamaşalara dirijorluq edib. Dəstə dram və 

komediya tamaşaları da hazırlayıb. 

Dahi bəstəkar Azərbaycan Dövlət konservatoriyasının (1928-1929 və 1939-1948) rektoru, 

Azərbaycan Bəstəkarlar  İttifaqının sədri (1938-1948), respublika Elmlər Akademiyası  İncəsənət 

İnstitutunun direktoru (1945-1948) olub. 1941-ci ("Koroğlu" operasına görə) və 1946-cı illərdə 

("Arşın mal alan" filmi üçün) Stalin mükafatı ilə təltiflənib. Professor (1940) və akademik (1945) 

idi. O, 1938-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb. Birinci və ikinci çağırış SSRİ Ali 

Sovetinin deputatı seçilib. 

Üzeyir bəy Hacıbəyov 23 noyabr 1948-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır. 

Azərbaycan Dövlət Musiqi Akademiyası (əvvəlki konservatoriya) onun adını daşıyır. Bakıda 

adına küçə var. 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin