Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə255/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   251   252   253   254   255   256   257   258   ...   470
TƏBRİZ TEATRI 

 

İyirminci  əsrin ilk illərindən başlayaraq  əsasən Bakıdan və az da olsa Tiflisdən  İranın 

müxtəlif şəhərlərinə teatr dəstələri qastrola gəliblər. Bakıdan Sidqi Ruhulla, Mirzağa Əliyev, Cəlil 

Bağdadbəyov, Abbasmirzə  Şərifzadə, Tiflisdən Mirzəli Abbasov, Məmmədtağı  Əsgərov,  İbrahim 

İsfahanlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov,  Əşrəf Yüzbaşov müəyyən dəstələrlə, ayrı-ayrı 

illərdə dəfələrlə Tehranda (əsasən Həsənabad məhəlləsində, şah sarayında), Təbrizdə (Rus klubunda, 

Cəmiyyətixeyriyyə zalında, Cədidül-ehdas xeyriyyə binasında, vəlihəd sarayında), Rəştdə (Xacə 

Avadis teatrında, Füqarə ocağında, Sinemayi Xurşid binasında),  Ənzəlidə  (Əmdiyə teatrında), 

Qəzvində, Xoyda, Makulda, Urmuda (Urmiyada), Culfada, Ərdəbildə, Salmasda, Ənzəlidə yerli 

həvəskarları da cəlb etməklə Azərbaycan dilində tamaşalar oynayıblar. 

Bu binaların içərisində 1927-ci ildə tikilmiş və 700 nəfər tamaşaçı tutan "Şiri Xurşid" ("Şire 

Xorşid") ən böyüyü idi. Binanın parteri, iki yarusu, amfiteatrı, iyirmi lojası vardı, səhnənin dərinliyi 

on üç metr, eni on metr idi. 

Təbriz şəhərində teatr həvəskarlarının oynadıqları ilk tamaşa 1908-ci ildə göstərilib. Mehdi 

xan Şəfizadə və Həsən Çörəkçi, doktor Rəhim xan, Ələkbər Bəradərən, Ələsgər xan və Ələkbər xan 

başda olmaqla on iki nəfər "Xəyanət" adlı tamaşa hazırlayıblar. Bu, Təbriz teatrının təşəkkül tarixi 

sayılır. 

1909-cu ildə Sidqi Ruhulla Təbrizə qastrola gəlib. Onun yerli ziyalılarla birlikdə hazırlayıb 

tamaşaçılara təqdim etdiyi ilk tamaşa Hüseynqulu Sarabskinin "Cəhalət" əsəri olub. Tamaşa fransız 

katoliklərinin klubunda göstərilib.  İkinci tamaşa  Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" 

faciəsi olub və "Bağ-meşə qapısı" adlanan məhəllədə yan-yana sıralanmış dükanların üstündəki 

böyük otaqda oynanılıb. Həmin səfərdə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", Jan Batist 




Molyerin "Zorən təbib"  əsərləri də göstərilib. Bundan sonra Təbrizdə yerli ziyalılar teatr sənətinə 

daha böyük maraq göstəriblər. 

1910-1919-cu illər arasında ayrı-ayrı  sənətkarlar tərəfindən  İrana təşkil olunan qastrollar 

zamanı daha çox Mirzə  Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun,  Əbdürrəhim bəy 

Haqverdiyevin, Nəriman Nərimanovun faciə  və komediyaları, Sultanməcid Qənizadənin, 

Mirmahmud Kazımovskinin, Hüseynqulu Sarabskinin kiçikhəcmli ibrətamiz məzhəkələri, Üzeyir 

bəy Hacıbəyovun, Zülfüqar bəy Hacıbəyovun opera və operettaları, osmanlı yazıçıları  Şəmsəddin 

Saminin,  Əbdülhəq Hamidin qəhrəmanlıq mövzusundakı pyesləri, təbdil edilmiş vodevillər 

oynanılıb. 

İrana tez-tez qastrola gələn Sidqi Ruhulla 1916-cı ildə  Təbrizə  səfəri zamanı aktyorluqla 

qazandığı pula şəhərdə teatr tamaşaları göstərilməsi üçün "Xeyriyyə" binası tikdirib. 

Belə qastrolların sayəsində  İranda azərbaycanlılar arasında teatr sənətinə maraq get-gedə 

artıb. Tədricən azərbaycanlıların yaşadıqları böyük şəhərlərdə teatr dəstələri yaranıb. Həvəskar 

aktyorlardan Mehdixan Şərifzadə,  Şeyx Həsən Çörəkci, doktor Rəhimxan,  Ələsgər xan, Ələkbər 

Bəradərən, Məhəmməd Vahabzadə, İftixar, İsmayıl Vahabzadə, Səid Müvəyyidzadə, Xəlil Bəradəri, 

Hacı xan Çələbi, Hilal Nasiri, İsmayıl Piran, Cabbar Bağçaban, Cəfər  Ədib,  İsmayıl Muzduri, 

Hüseyn  Ərəboğlu, Abbasəli  Əsədi,  Əhməd Vəkili göstərilən tamaşalarda daha uğurla çıxışlar 

ediblər. Teatr tamaşalarının göstərilməsində Mehdixan Şərifzadə aktyor və rejissor kimi böyük 

fədakarlıq göstərib, öz evində məşqlər aparıb. 

Təbrizdə daha səmərəli fəaliyyət göstərmiş əsas teatr truppaları aşağıdakılardır. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin