Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə263/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   259   260   261   262   263   264   265   266   ...   470
ŞÖVKƏT MƏMMƏDOVA  

(18.4.1897- 8.6.1981

 

Dahi Azərbaycan opera müğənnisidir. Klassik Avropa üslubunda oxuyan və opera partiyaları 



ifa edən ilk peşəkar milli sənətkarımızdır. Görkəmli musiqi xadimi, pedaqoq və  təşkilatçı idi. 

Yüksək səhnə mədəniyyəti vardı. Həssas və zərif musiqi duyumu, səsinin lirik axıcılığı ilə seçilirdi. 

Şövkət xanım Məmmədova 18 aprel 1987-ci ildə Tiflis şəhərində doğulub. Atası  Həsən 

Məmməd oğlu nəslən Borçalı  qəzasının Qoşa kilsə  kəndindən idi. Tiflis şəhərinə 1889-cu il-də 

köçmüşdü və burada kiçik çəkməçi dükanı açıb kustar istehsalla məşğul olurdu. Ailəsinə sadiq 

olduğu general Yadigarovgildə həmyerlisi, imkanlı ailədən olan Xurşud xanım Sultanova ilə tanış 

olmuş və onunla evlənmişdir. Bu izdivacdan Şövkət və Muqbil dünyaya gəlmişlər. 

Musiqi istedadı ona ana südüylə keçmişdir. Dayısı  və xalası qarmon və  dəf çalır, çoxlu 

Azərbacan xalq mahnıları bilirdilər. Anası Xurşud xanım və qardaşı Muqbil də qarmonda çalırdılar. 

Balaca Şövkət, necə deyərlər, gözünü nəğməylə açıb mahnı ilə yuxuya gedirdi və buna görə də 6 

yaşından peşəkar musiqi ilə məşğul olmağa başlayıb. 

Əvvəlcə onu A.Kitesin Ev məktəbinə veriblər. Bir il sonra Müqəddəs Nina məktəbində 

oxuyub. Həmin məktəbin rəhbəri Peterburqda musiqi təhsili almış Yelena Kandelaki idi və bu 

xanım  Şövkətin istedadına, mehribanlığına, diribaşlığına heyranlıqla vurulmuşdu. O, pianoçu 

Levinanın müşayiəti ilə  Şövkətlə özü məşğul olurdu. Qızın bütün tapşırıqları  məharətlə yerinə 

yetirməsi müəllimlərini heyrətə gətirmişdi. Buna görə də onu 1859-cu ildə təşkil edilən Romanovlar 

(İmperiya) Musiqi Cəmiyyətinin nəzdindəki musiqi məktəbinin fortepiano sinifinə veriblər. 

Müəlliməsi Tamara İosifona Stepanovna idi. Dayısı Əmir onun üçün fortepiano almışdı ki, evdə də 

müstəqil məşğul ola bilsin. Qısa müddətdə o, İohan Sebastian Baxın fuqa və prelyüdlərini, Volfqanq 

Amadey Motsartın və Frans Yozev Haydnın sonatalarını sərbəst çalırdı. 




On yaşında olanda Şövkət xanım ilk dəfə opera teatrına gedib və burada italyan müğənnisi 

Aida Qonzalın (Cilda) ifasında Cüzeppe Verdinin "Riqoletta" operasına baxıb. Sonra o, müğəninin 

ifasında Leo Delibin eyniadlı operasında Lakmenin partiyasını dinləyib. Bundan sonra evdə 

"Küçələrə su səpmişəm", "Qalanın dibində", "Ay bəri bax" Azərbaycan və Suliko gürcü xalq 

mahnılarını, Aleksandr Rubinişteynin "Əzra" romansını tez-tez oxuyub. Hətta fortepianoda özü öz 

ifasını müşayiət edib. 

Atası  Həsən kişi 1910-cu ildə  qəfildən vəfat edib. Sarsılmış  qızcığaz anasının və 

müəlliməsinin nəvazişli qayğıları ilə musiqi təhsilindən ayrılmayıb. Həmin ili Novruz bayramında 

Tiflisin Artistlər cəmiyyətində (bugünkü Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Dram 

Teatrının binası) qrafinya Vorontsova-Dalikovanın təşkil etdiyi bayram konsert-mərasimində italyan 

və rus romansları, Azərbaycan xalq mahnısı oxuyub və böyük uğur qazanıb. Elə  bu  il  də musiqi 

məktəbini bitirib. Nənəsi ilə Bakıya gələn  Şövkət xanım yerli maarifçi ziyalıların, ilk növbədə 

Üzeyir bəy Hacıbəyovun, Məmmədhənifə Terequlovun, Hüseynqulu Sarabskinin, Müslüm bəy 

Maqomayevin köməkliyi ilə müəyyən vəsait toplaya bilib və ali vokal təhsili almaq üçün İtaliyanın 

Milan  şəhərinə yola düşüb. Messenat, Bakı milyonçusu Zeynalabdin Tağıyev hər ay ona xüsusi 

təqaüd göndərirdi. Arada bu təqaüd gəlmədiyinə görə  tələbə  qız maddi çətinliklərlə üzləşib və 

təhsilini yarımçıq qoymalı olub. 

Şövkət Məmmədovanın ilk sənət müəlliməsi məşhur opera müğənnisi, uzun illər Milanın "La 

Skala" teatrında işləmiş,  əlli yaşına çatmasına baxmayaraq ifa və  səhnə  təravətini itirməyən Dotti 

Ambrozio olub. O, gənc müğənni ilə  səkkiz ay məşğul olub və  həmin vaxtın tamamında  Şövkət 

xanım XVII və XVIII əsr  İtaliya bəstəkarları Montverdinin, kovallenin, krassiminin, Perqolezinin 

mürəkkəb əsərlərini məharətlə ifa edə bilirdi. 

Belə bir vaxtda Şövkət Məmmədovanın maddi vəsaiti tam tükənib və o, nicat üçün, yenidən 

təhsilini davam etdirmək naminə Bakıya gəlib. 1912-ci ilin 13 aprelində Üzeyir bəyin rəhbərliyi

həkim A.Axundovun qayğısı ilə Tağıyev teatrı binasında "Ər və arvad" operettası oynanılıb və 

yığılan vəsait bütünlüklə  Şövkət xanıma verilib. Hətta tamaşadan sonra verilən konsertdə  Şövkət 

xanım ilk azərbaycanlı qadın müğənni kimi səhnəyə çıxıb (Yakov Lyubarskinin akkomonentliyi ilə). 

Konsert Bakı qoçularını  bərk qəzəbləndirib və  mənzilində yaşadığı  həkim Axundovun riski ilə 

müğənni gizlin yolla teatrdan çıxarılıb və Biləcəri stansiyasından Tiflisə yola salınıb. 

Tiflisdə  Şövkət Məmmədova musiqi təhsilini davam etdirib. 1915-ci ildə müğənninin  əri 

Yakov İsayeviç Lyubarski Tiflisə gəlib. O, Kiyevdə Politexnik institutunda təhsil almaq üçün yola 

düşəndə  gələcəyin qüdrətli opera solisti də onunla gedib. Orada Şövkət xanım böyük musiqi 

xadimləri ilə, o cümlədən Reynqold Qlierlə, opera solistləri Flora Paşkseniya Dzejinskaya, Vorents 

Motvid, gələcəyin yazıçısı, tələbə Yusif Vəzir Çəmənzəminli ilə tanış olub. Kiyev 

konservatoriyasında A.Şperlinqin vokal sinifində oxuyub. Qlierlə birlikdə verdiyi konsertlərdə həm 

kiassik Avropa operalarından ariyalar, həm də Azərbaycan xalq mahnıları ifa edib. 1920-ci ildə 

Kiyevdə  tələbələrin təşkil etdikləri Gürcü dərnəyində hazırlanan Valerian Qunianın "Qardaş  və 

bacı" (Marina), David Eristavinin "Vətən" operalarında,  Şalva Dadianinin "Şeni çiri me" ("Qadan 

alım") komediyasında, Valerian Qunianın "Vəkilin yanında" (Naznani), "Vəba vaxtı" (Eteri) 

məzhəkəİərində çıxış edib. 

1921-ci ildə  Şövkət Məmmədova Bakıya gəlib. Uzeyir bəy Hacıbəyov, Müslüm bəy 

Maqomayev, Zülfüqar bəy Hacıbəyov, Hüseynqulu Sarabski, Mirzağa  Əliyev,  Əbdürrəhim bəy 

Haqverdiyev, Hüseyn Cavid və  Cəfər Cabbarlı ilə yaradıcılıq ünsiyyəti onun geniş  sənət yoluna 

çıxmasına zəmin yaratmışdır. Həmin illərdə Azərbaycan opera truppası Milli Dram Teatrı nəzdində 

fəaliyyət göstərirdi (1925-ci ilin avqustuna qədər). Əvvəlcə Rus Operası, sonra Böyük Dövlət Opera 

Teatrosu adlanan kollektiv indiki Opera və Balet Teatrının binasında fəaliyyət göstərir, yalnız 

Avropa və rus operalarını tamaşaya hazırlayırdı. 1925-ci ildə Azərbaycan truppası da bu kollektivə 

daxil edildi, daha neçə il keçəndən sonra balet truppası  təşkil olundu və  sənət ocağı Azərbaycan 

Dövlət Opera və Balet Teatrı adlandı. 



Şövkət Məmmədova bu teatrın səhnəsində ilk dəfə Cüzeppe Verdinin "Traviata" operasında 

Violeninanın partiyasını oxuyub. 1948-ci ilə  qədər müxtəlif fasilələrlə teatrın solisti olub. 1927-

1929-cu illərdə ikinci dəfə İtaliyaya gedib. Burada həm peşəkarlıq ustalığını təkmilləşdirib, həm də 

Roma, Venetsiya, Neapol, Florensiya, Piza şəhərlərinin musiqi və memarlıq incəsənətini görüb, 

sevib, öyrənib. Dünyanın  ən məşhur kiassik və müasir bəstəkarlarının  əsərlərindən, milli xalq 

mahnılarından ibarət zəngin konsert repertuarı yaradıb. Azərbaycan qadın peşəkar vokal məktəbinin 

bünövrəsmi qoyub, onu inkişaf etdirib, formalaşdırıb. 

Bununla belə, opera teatrının solisti kimi keçdiyi yaradıcılıq yolu öz əzəməti və vüsəti, 

monumental sənət nailiyyətləri ilə dünya səviyyəsində tanınıb, sevilib və şöhrətlənib. Zəmanəsinin 

canlı klassiklərinin incilərindən oxuduğu  əsas partiyalardakı ifa mədəniyyəti günü bu gün də 

çağdaşlıq təravətini, sənət hüsnünü qoruyub saxlayır. Gənclər ondan bir məktəb, bir xəzinə kimi 

bəhrələnirlər. 

Təkcə bu rolların siyahısı bir sənətkar ömrünün cahan-şümul təntənəsi üçün yetərincə görünür: 

Violetta, Cilda ("Traviata" və "Riqoletto", Cüzeppe Verdi), Rozina ("Sevilya bərbəri",  Coakkino  

Rossini),  Lakme  ("Lakme",  Leo Delib), Olimpiya ("Hofmanm nağılları", Jak Offenbax), Qar qız 

("Qar qız",  Nikolay Rimski-Korsakov),  Marqarito ("Qugenotlar" Coakomo Meyerber), Antonida 

("İvan Susanin", Mixail Qlinka),   Nərgiz   ("Nərgiz",   Müslüm   bəy   Maqomayev),   Gülzar 

("Şahsənəm", Reynqold Qlier), Gülçöhrə ("Arşm mal alan" Üzeyir bəy Hacıbəyov). 

Şövkət xanım Məmmədova dahi opera solistliyindən görkəmli vokal ustalığından əlavə, həm 

də məşhur teatr xadimi idi. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakıda Mirzə Fətəli Axundzadə adına 

Türk Dövlət Teatr Məktəbi açılıb. Özü 1923 - 1925-ci illərdə məktəbin direktoru işləyib. 

Azərbaycanın, həmçinin Özbəkistanın, Türkmənistanın və Dağıstanın ən məşhur səhnə ustaları 

məhz bu məktəbin yetirmələri olublar. İyirminci illərin əvvəllərində Şövkət xanım Bakıda iik not 

nəşriyyatını təsis etmişdir. 1939 - 1945-ci illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət 

Opera və Balet Teatrında direktor işləyib. Məhz onun təşəbbüsü ilə Əfrasiyab Bədəlbəylinin ilk 

Azərbaycan baleti "Qız qalası"nın ilk tamaşası 18 aprel 1940-cı ildə bayram təntənəsi ilə keçmişdir. 

Vaxtilə Azərbaycanda müxtəlif teatr cəmiyyəti və ittifaqı fəaliyyət göstərmişdir. 1945-ci ildə 

bu qurumlar Azərbaycan Teatr Cəmiyyəti adı ilə yenidən təsis edilmiş və onun ilk sədri Şövkət 

xanım olmuşdur. O, bu vəzifədə 1952-ci ilə qədər ehtiraslı enerji ilə çalışmışdır. Hazırda həmin 

cəmiyyət Azərbaycan Teatr Xadimləri İttifaqı adlanır. 1945-ci ildə Teatr Cəmiyyətinə sədr seçilən 

Şövkət Məmmədova Üzeyir bəy Hacıbəyovun rektor olduğu Azərbaycan Dövlət 

Konservatoriyasında pedaqoji fəaliyyətə başlayıb. Vokal Kafedrasının müdiri (1946 - 1947) və 

dekanı (1946 - 1950) olub. 

Vokal təhsil sisteminin dünya sənət ölçüləri səviyyəsində qurulmasında böyük işlər görüb və 

2 iyul 1949-cu ildə professor elmi rütbəsinə yiyələnib. SSRİ xalq artistləri Firəngiz Əhmədovanın və 

Müslüm Maqomayevin yetişib formalaşmasında Şövkət xanımın müstəsna rolu var. 

Birincidən başlayaraq dörd çağırış Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin 

deputatı seçilib. Ən müxtəlif Beynəlxalq festivallarda və müsabiqələrdə münsiflər heyətinin üzvü 

seçilib. 

Konservatoriyada işinin çoxluğu və vaxtının azlığı ilə bağlı Şövkət xanım 1948-ci ildə opera 

teatrının solistliyindən çıxıb. O, özünün qu nəğməsi üçün Cüzeppe Verdinin "Traviata" operasını 

seçmişdi. Teatra gəlişi və vidası Violettanın partiyası olan sənətkar böyük Konsetrlərdə müğənni 

kimi nümunəvi çıxışlar etmişdi. 

1938-ci ilin aprelində Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadası keçirilib. 

Orada Üzeyir bəy Hacıbəyovun "Koroğlu", Müslüm bəy Maqomayevin "Nərgiz" və Reynqold 

Qlierin "Şahsənəm" operaları və Üzeyir bəyin "Arşın mal alan" operettası göstərilib. Şövkət xanım 

Şahsənəmin və Nərgizin partiyalarını misilsiz füsunkarlıqla ifa edib. 

Dekadanın böyük nailiyyətlərinə və musiqi yaradıcılığı fəaliyyətlərinə görə 17 aprel 1938-ci 

ildə Şövkət xanım Məmmədova SSRİ xalq artisti fəxri adı ilə təltif olunub. 



Şövkət Məmmədova Tiflisin, Odessanın, Moskvanın, Kiyevin, Peterburqun, Daşkəndin, 

Parisin, Təbrizin ən böyük opera teatrlarında və nəhəng Konsert salonlarında Kamera-vokal 

nümunələri ifa etmiş, opera qəhrəmanlarının partiyalarını oxumuşdur. 

Azərbaycan və Dünya klassik bəstəkarlarının müxtəlif janrlı vokal əsərləri Şövkət xanımın 

ifasında lentə alınmış və vala yazılmışdır. 

Milli səhnə sənətimizin fəxri, həmişə parlaq ulduzu Şövkət xanım Həsən qızı Məmmədova 8 

iyun 1981-ci ildə Bakida vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Adına Bakida Opera studiyası 

və küçə var. 

  

 

  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin