Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


MƏMMƏDTAĞI  BAĞIROV (5.8.1890-16.4.1961)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə271/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   267   268   269   270   271   272   273   274   ...   470
MƏMMƏDTAĞI  BAĞIROV (5.8.1890-16.4.1961) 

 

Şaqraq və cingiltili, axıcı  və  məftunedici güclü bariton səsi olub. Fitrətən dramatik aktyor 

keyfiyyətlərinə qadir idi. İfa etdiyi partiyalarda obrazın səs təcəssümünü yaratmaqla bərabər, onun 

psixoloji bədii xarakterini canlandırmağı, keçirdiyi sarsıntıları, sevincləri, iztirabları, kədərləri, 

üzləşdiyi çətinlikləri və  tərəddüdləri sifət ifadələrində, plastik hərəkətlərində  təcəssüm etdirməyi 

bacarırdı. Səhnədə  cəld, canlı, dinamik və emosional idi. Milli opera qəhrəmanlarımızın ifasında 

lirizmə, kövrək zərifliyə üstünlük verirdi. 

Məmmədtağı Abbas oğlu Bağırov 5 avqust 1890-cı ildə Bakıda doğulub.  İki il mollaxana 

təhsili alıb. Sonra mütərəqqi üsulla dərs keçirilən türk-rus (rus-tatar) məktəbində beş il oxuyub. 

Səhnəyə ilk dəfə 1909-cu ildə, "Nicat" teatr truppasında göstərilən Üzeyir bəy Hacıbəyovun "Leyli 

və Məcnun" operasında xorun tərkibində çıxıb. Burada həmçinin dram və komediya tamaşalarında 

epizod rollar oynayıb. 1913-cü ildən başlayaraq Məmmədtağı Bağırov opera və operetta 

tamaşalarında solist kimi çıxış edib. "Səfa", Hüseynqulu Sarabskinin "Müsəlman opera artistləri", 

"Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr truppalarında fəaliyyət 

göstərib. Yeniyetmə yaşlarından tamaşaçı  rəğbəti qazanan aktyor özünə  "Əraqi"ləqəbini götürüb. 

Bəzi proqram afişalarda aktyorun təxəllüsü "İraqi" kimi də verilib. 

1920-1925-ci illərdə Azərbaycan Dövlət Dram Teatrının (bugünkü Akademik Milli Dram 

Teatrı) opera truppasında işləyib. 1925-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının 

kollektivində çalışıb. Həm milli operalarımızda, həm tərcümə edilmiş  əsərlərdə, həm də rus 

truppasında oynanılan Dünya klassiklərinin məşhur sənət nümunələrində mürəkkəb və müxtəlif 

obrazların partiyalarını oxuyub. 

Məmmədtağı Bağırovun Azərbaycan Dövlət Opera və Balet Teatrında yaratdığı əsas opera 

partiyaları və bir neçə operetta surəti bunlardır: Şahvələd, Aşıq Səlim və Bəhram bəy ("Şahsənəm", 

Reynqold Qlier), Mərdan ("Vətən", Qara Qarayev və Cövdət Hacıyev), Onegin ("Yevgeni Onegin", 

Pyotr Çaykovski. Librettonu tərcümə edən Əsəd Tahirov), Aslan şah, Ağalar bəy ("Şah İsmayıl" və 

"Nərgiz", Müslüm Maqomayev), Doktor Bartolo ("Sevilya bərbəri", Coakkino Rossini. Librettonun 

tərcüməçiləri Məmməd Səid Ordubadi və  Əfrasiyab Bədəlbəyli), Süleyman, Əsgər və Soltan bəy, 

Rüstəm bəy ("Arşın mal alan" və "Məşədi  İbad", Üzeyir bəy Hacıbəyov), Kərəm kişi ("Durna", 

Süleyman Rüstəm və Səid Rüstəmov). 

Aktyor-müğənni səhnəmizdə milli aktrisaların olmadığı 1915-1919-cu illərdə "Leyli və 

Məcnun", "Əsli və  Kərəm", "Şah  İsmayıl" operalarında Leylinin, Əslinin və  Ərəb Zənginin 

partiyalarını oxuyub. 

Məmmədtağı Abbas oğlu Bağırov milli opera müğənniliyi sənətinin formalaşmasında 

göstərdiyi müstəsna xidmətlərə görə 25 aprel 1933-cü ildə Azərbaycan Respublikasının  əməkdar 

artisti və 4 dekabr 1938-ci ildə xalq artisti fəxri adları ilə təltiflənib. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin