Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə254/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   250   251   252   253   254   255   256   257   ...   470
AŞQABAD TEATRINDA AKTYOR VƏ 

 REJİSSOR YARADICILIĞI 

 

Truppanın fəaliyyəti 1910-cu ildən güclənməyə  və  əhatə dairəsi genişlənməyə başlayıb. 



Bununla bağlı olaraq dəstəyə  təzə-təzə  həvəskarlar daxil olublar, tamaşaların göstərilməsində 

fasilələr qısaldılıb. Sonralar ədəbiyyatşünas kimi şöhrətlənmiş  Salman  Mümtaz  (Əsgərov), 




müəllimlər Yusif Heydərzadə, Məcid bəy Əfəndiyev aktyor və rejissorluğa başlayıblar. 1913-1915-

ci illərdə oynanılan tamaşaların əksəriyyətini Muxtar Vəliyev hazırlayıb. O, Haşım bəy Vəzirovun 

"Adı var, özü yox", Rəşid bəy Əfəndiyevin "Qonşu qonşu olsa kor qız ərə gedər", Əbdürrəhim bəy 

Haqverdiyevin "Ac həriflər", "Bəxtsiz cavan", "Yeyərsən qaz ətini, görərsən ləzzətini", Rza Zaki 

Lətifbəyovu "Köhnə Türkiyə", Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", Sultanməcid 

Qənizadənin "Xor-xor", "Dursunəli və ballıbadı" dram, komediya və  məsxərələrini tamaşaya 

hazırlayıb. 

On ilə yaxın dövrdə (1925-ci ilə qədər) Qulam Məmmədli (Makedonski), dramaturq-aktyor 

Yaqub Nasirli, Əziz Cavadov və  əsasən Rzaqulu Abdullazadə aktyorluqla yanaşı, rejissorluğa da 

xüsusi diqqət veriblər. Həmin dövrdə Bakıdan gəlmiş aktyor Ələkbər Hüseynzadə kollektivdə 

Hüseynqulu Sarabskinin "Cəhalət", Zülfüqar bəy Hacıbəyovun "Əlli yaşında cavan", Əbdürrəhim 

bəy Haqverdiyevin "Ağa Məhəmməd  şah Qacar", Mirzə  Fətəli Axundzadənin "Lənkəran xanının 

vəziri" pyeslərinə səhnə quruluşları verib. 

Rzaqulu Abdullazadənin səhnə  təfsirində göstərilən "Bəhlul Danəndə" (Əhməd Qəmərli), 

"Əsli və  Kərəm" (Üzeyir bəy Hacıbəyov), "Müsyö Jordan və  dərviş  Məstəli  şah" (Mirzə  Fətəli 

Axundzadə), "Aydın" və "Nəsrəddin  şah" (Cəfər Cabbarlı), "Cənab de Parsonyak" (Jan Batist 

Molyer), "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev), "Ölülər" (Cəlil Məmmədquluzadə), "Şeyda", 

"Maral", "Şeyx Sənan", "İblis" (Hüseyn Cavid), "Hacı Qəmbər" ("Nəcəf bəy Vəzirov"), "Leyli və 

Məcnun", "Əsli və  Kərəm", "Məşədi  İbad" (Üzeyir bəy Hacıbəyov) tamaşaları teatr dəstəsinin 

formalaşmasında, peşəkarlıq yönündə inkişafında muühüm rol oynayıb. Onun Şeyda ("Şeyda"), 

İsgəndər ("Ölülər"), Süleyman ("Arşın mal alan"), Fərhad ("Nəsrəddin  şah") rolları yaradıcılıq 

nailiyyətləri sayılıb. 

Teatrın dövlət təsisatına keçməsi ərəfəsindəki beş ildə Əsgər Babayev, Əsgər Əsgərov, Əziz 

Cavadov, Bakıdan gələrək bir müddət Aşqabadda çalışan  Əhməd Səfayi müəyyən rejissorluq 

fəaliyyəti göstərmişlər. 

Teatr həvəskarlarının 1904-1931-ci illərdəki fəaliyyətləri dövründə Rzaqulu Abdullazadə ilə 

yanaşı,  Əziz Cavadov, Cəfər Tahirov, Qulam Məmmədli, Klavdiya Həbibova, Ağabala Həbibov, 

Yədulla Rzayev, Yəhya  İsmayılov, Mirzə  Səmədov, Yaqub Nasirli, Əta Kazımov səmərəli 

yaradıcılıq yolu keçiblər. 

Əziz Cavadov eyniadlı  əsərlərdə  İblis, Aydın, Nəsrəddin  Şah, Hacı  Həsən ağa ("Ölülər"), 

Soltan bəy ("Arşın mal alan"), Turxan ("Maral"), Klavdiya Həbibova Nerina ("Cənab de 

Parsonyak"), Humay ("Maral"), Jakalina ("Zorən təbib", Jan Batist Molyer), Ağabala Həbibov 

Məsud ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), Valer ("Zorən təbib"), Mirzə 

Mülküm xan ("Nəsrəddin  şah"), Cəfər Tahirov Mirzə Sadıq ("Nəsrəddin  şah"),  Şeyx Nəsrulla 

("Ölülər"), Orot ("Cənab de Parsonyak"), Səyyah ("Əmir Əbül Üla"), Tibo ("Zorən təbib"), Qulam 

Məmmədli Rauf ("Şeyda"), Bəypolad ("Maral"), Mirzə Rza ("Nəsrəddin şah"), Müəllim ("Ölülər"), 

Əbu Dəyyab ("Əmir  Əbül Üla", Yədulla Rzayev Məsud ("Şeyda"), Çingiz bəy ("Maral"), Luka 

("Zorən təbib"),  Əbül Üla ("Əmir  Əbül Üla"), daha çox qadın rollarında səhnəyə  çıxan Yəhya 

İsmayılov Kərbəlayı Fatma ("Ölülər"), Telli ("Arşın mal alan"), Səltənət ("Maral"), Martina ("Zorən 

təbib"), Mirzə  Səmədov Cənab de Parsonyak ("Cənab de Personyak") Sqanarel ("Zorən təbib"), 

Səlim və Aydın ("Aydın"), Yaqub Nasirli İblis ("İblis"), Fərhad ("Nəsrəddin  şah"),  Əta Kazımov 

Rəhim xan ("Nəsrəddin şah"), İbn Yəmin ("İblis") rollarını oynayıblar. 

Aşqabad Dövlət Azərbaycan Teatrı kimi fəaliyyəti dövründə teatrda Əziz Cavadov, Əsgər 

Babayev, Rzaqulu Abdullazadə, Rza Əfqanlı, Yusif Yulduz, Əsgər Babayev, Yakov Feldman xeyli 

tamaşaya rejissorluq ediblər. Bakıdan dəvət olunmuş Rza Əfqanlı (1933-1934), Yusif Yulduz (1934-

1935) teatrda baş rejissor kimi çahşıblar. Baş rejissor Kürsüsünü daha çox Yakov Feldman 

(müəyyən fasilələrlə) tutub. 



Əziz Cavadovun əsas quruluşları (1932-1934): "Namus" (Aleksandr Şirvanzadə), "Qaçaq 

Kərəm" (Vano Mçedaşvili), "Arşın mal alan" (Üzeyir Hacıbəyov), "Hacı Qara" (Mirzə  Fətəli 

Axundzadə), "Sevil" (Cəfər Cabbarlı). 

Əsgər Babayevin əsas quruluşları: "Ölülər" (1933), "Qaçaqlar" (Fridrix Şiller. 1933), "Əsli 

və Kərəm" (Cəlil Məmmədquluzadə) (1935), "Anzor" (Sandro Şanşiaşvili. 1938). 

Rza Əfqanlının quruluş verdiyi tamaşalar: "Sevil", "Almaz", "Yaşar", "Şeyx Sənan", "1905-

ci ildə", (Cəfər Cabbarlı) "Otello" (Vilyam Şekspir), "Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın 

mal alan", "Məşədi İbad", (Üzeyir bəy Hacıbəyov) "Aşıq Qərib" (Zülfüqar bəy Hacıbəyov). 

Yusif Yulduzun hazırladığı  səhnə  əsərləri: "Cancur Səməd" ("Vasvası  xəstə". Jan Batist 

Molyer), "Od gəlini", "Hind qızı" (Əbdülhəq Hamid), "Dəmirçi Gavə" (Şəmsəddin Sami), "Leyli və 

Məcnun" (Üzeyir bəy Hacıbəyov). 

Yakov Feldmanın rejissoru olduğu tamaşalar: "Məkr və  məhəbbət" (Fridrix Şiller. 1935), 

"Çiçəklər yolu" (Valentin katayev), "Hücum" (Boris Lavrenyov. 1936), "Həyat" (Mirzə İbrahimov), 

"Meşşan dvoryanlıqda" (Jan Batist Molyer. 1937), "Koroğlu" (Üzeyir bəy Hacıbəyov. 1939). 

ADAT-in fəaliyyəti dövründə kollektivin aktyorları N.Həsənov, Fərəc (Ələsgər) Nağıyev, 

Həsən Qafarov müxtəlif janrlı  əsərlərə  səhnə quruluşları vermişlər. Bakıdan çağırılmış Soltan 

Dadaşov Müslüm Maqomayevin "Şah  İsmayıl" operasını (1938), Ağdam teatrından dəvət edilən 

Heydər  Şəmsizadə "Arşın mal alan" operettasını  və "Leyli və  Məcnun", "Aşıq Qərib" operalarını 

(1939) hazırlayıblar. 

Türkmənistan Respublikasının  əməkdar artisti Əsgər Babayevin əsas rolları: eyniadlı 

əsərlərdə Qaçaq Kərəm,  Şeyx Sənan, Aydın, Otello və Yaqo, Yaşar, Gavə, Anzor, Mirzə Rza 

("Nəsrəddin  şah"), Seyran ("Namus"), Ferdinand ("Məkr və  məhəbbət"), Nofəl ("Leyli və 

Məcnun"), Keşiş ("Əsli və  Kərəm"), Süleyman ("Arşın mal alan"), Elxan ("Od gəlini"), Balaş 

("Sevil"), General Tomson ("Hind qızı"),  Şahvələd ("Aşıq Qərib"), Abbas ("Həyat"), Kleont 

("Meşşan dvoryanlıqda"). 

Həsən Həsənovun oynadığı rollar: Rüstəm ("Namus"), Əbdüləli bəy ("Sevil"), Şərif 

("Almaz"), Simon ("Şeyx Sənan"), Yaqo ("Otello"), Qəhtan ("Dəmirçi Gavə"), Rəbi ("Od gəlini"), 

Qazqolder ("Çiçəklər yolu"). 

Nazənin Rzayevanın (Minayeva) səhnəyə  çıxdığı surətlər: Susanna ("Namus"), Sevil 

("Sevil"), Yaxşı (1905-ci ildə), Elampa ("Hind qızı"), Lautskaya ("Çiçəklər yolu"), Dorimena 

("Meşşan dvoryanlıqda"). 

Əziz Cavadovun ifa etdiyi rollar: Barxudar ("Namus"), Rəhim xan ("Qaçaq Kərəm"), Hacı 

Həsən ağa ("Ölülər"). 

Həsən  Şirinovun uğurlu rolları: Süleyman ("Arşın mal alan"), Baloğlan ("Almaz"), Şeyx 

Hadi ("Şeyx Sənan"), Rodriqo ("Otello"), Tom ("Cancur Səməd"), Altunbay ("Od gəlini"), Marşal 

Fonqalbi ("Məkr və  məhəbbət"), Doktor ("Çiçəklər yolu"), Bersenev ("Hücum"), Qurban kişi 

("Həyat"), Kovmi ("Meşşan dvoryanlıqda"). 

Firuzə  Nəcəfovanın məşhur ifaları: Gülçöhrə ("Arşın mal alan"), Xanımnaz ("Almaz"), 

Mariya Timofeyevna ("1905-ci ildə"), Emiliya ("Otello"), Əsli ("Əsli və Kərəm"), Şahsənəm ("Aşıq 

Qərib"), Belina ("Cancur Səməd"), Mehri ("Dəmirçi Gavə"), Elizabet ("Hind qızı"), Xanəndə  qız 

("Koroğlu"). 

Məhbubə  Həsənovanın səhnədə  uğur qazandığı personajlar: Qəribin bacısı ("Aşıq Qərib"), 

Tilitra ("Hind qızı"), Luiza ("Məkr və məhəbbət"). 

Qulam Məmişovun əsas partiyaları: Əsgər ("Arşın mal alan"), Qərib ("Aşıq Qərib"), Məcnun 

("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Fətulla xan ("Koroğlu"). 

İbrahim Helminin uğurlu rolları: Vəli ("Arşın mal alan"), Məcnun ("Leyli və Məcnun"), Aşıq 

Vəli ("Aşıq Qərib"), Hambal ("Məşədi İbad"). 



Nazənin Rzayevanın məlahətli səhnə surətləri: Sona ("Hacı Qara"), Sitarə ("Nəsrəddin şah"), 

Dezdemona ("Otello"), Sürici ("Hind qızı"), Luiza ("Məkr və məhəbbət"), Bersenevlərin qulluqçusu 

("Hücum"), Atlas ("Həyat"), Leyli ("Leyli və Məcnun"). 

Hüseyn Həsənovun mühüm rolları: Keşiş ("Əsli və  Kərəm"),  Şahvələd ("Aşıq Qərib"), 

Zöhhak ("Dəmirçi Gavə"), Ser Borter ("Hind qızı"). 

Münəvvər Cahanbaxşovanın oynadığı başlıca rollar: Edilya ("Sevil"), Emiliya ("Otello"), 

Çoban qızı ("Əsli və  Kərəm"), Qəribin anası ("Aşıq Qərib"), Anjelika ("Cancur Səməd"), Cahan 

xala ("Arşın mal alan"), Xubçöhr ("Dəmirçi Gavə"), Atlas ("Həyat"). 

Sona Kərimovanın uğurlu səhnə xarakterləri: Gülüş ("Sevil"), Sona ("1905-ci ildə"), 

Dezdemona ("Otello"), Qaraca qız ("Aşıq Qərib"), Telli ("Arşın mal alan" ), Gülgün ("Od gəlini"), 

Elampa və Sürici ("Hind qızı"), Ledi Milford ("Məkr və məhəbbət"), Sofya Petrovna ("Hücum"). 

Yəhya  İsmayılovun peşəkar aktyor kimi rolları: Ocaqqulu ("Almaz"), Babakişi ("Sevil"), 

Aşıq Vəli ("Aşıq Qərib"), Sofi ("Əsli və  Kərəm"), Arqon ("Cancur Səməd"), Vəli ("Arşın mal 

alan"), Baş möbid ("Dəmirçi Gavə"), Oddamdı ("Od gəlini"), Marşal Fonqalbi ("Məkr və 

məhəbbət"), Poruçik Polevoy ("Çiçəklər yolu"), Pardon Qurbanəli ("Həyat"). 

Rəhim Rəhimovun əsas rolları: Montano ("Otello"), Əbdüləli bəy ("Sevil"), Əbu Übeyd ("Od 

gəlini"), Baş vəkil ("Məkr və məhəbbət"), Qusev ("Çiçəklər yolu"). 

Miri Miribəylinin oynadığı rollar: Lodoviqo və Brabansio ("Otello"), Şah ("Aşıq Qərib"), 

Yanardağ ("Od gəlini"), Uspenski ("Hücum"). 

Rəmziyyə Veysəlova (Əfəndiyeva) az müddətdə maraqlı obrazlar ifa edib: Mehriban 

("Dəmirçi Gavə"), Solmaz ("Od gəlini"), Sürici ("Hind qızı"). 

Aşqabad DAT-nin əksər aktyorları teatr bağlanandan sonra xalq teatrında və müxtəlif dram 

dərnəklərində çalışmaqla səhnəyə  məhəbbətlərini davam etdiriblər.  Əsgər Babayev xalq teatrının 

əsas rejissorlarından olub. 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin