Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


KONSTANTİN KNİJNİKOV (20.5.1883-1.11.1952)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə275/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   271   272   273   274   275   276   277   278   ...   470
KONSTANTİN KNİJNİKOV (20.5.1883-1.11.1952) 

 

Dramatik bariton səsli Konstantin Lvoviç Knijnikov Azərbaycan Dövlət Opera və Balet 



Teatrının məşhur solistlərindəndir. O, Voronej quberniyasının Boquçar qəzasında doğulub. Səhnə 

fəaliyyətinə 1912-ci ildə Peterburqda başlayıb və 1922-ci ilin sonlarına kimi Rusiyanın bir sıra opera 

teatrlarında çalışıb. 

1922-ci ildə Bakıya gəlmiş Konstantin Knijnikov ADOBT-yə solist götürülüb. Səhnədə 

1946-cı ilə kimi çıxış edib və ömrünün sonuna qədər pedaqoji fəaliyyət göstərib, elmi əsərlər yazıb, 

Azərbaycan Dövlət konservatoriyasının professoru (1948) olub. Opera müğənnisi 23 fevral 1940-cı 

ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. 

Şaqraq və cingiltili səsindən məharətlə istifadə edən və xarakter yaratmağı ustalıqla bacaran 

Konstantin Knijnikovun əsas uğurlarını Nikolay Rimski-Korsakovun "Çar gəlini" (Qryaznoy), 



Modest Musorqskinin "Boris Qodunov" (Boris Qodunov), Cüzeppe Verdinin "Aida" (Amonsaro), 

"Otello" (Yaqo), "Riqoletto" (Riqoletto), Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Həsən xan), Rixard 

Vaqnerin "Leonqrin" (Telramun), Jorj Bizenin "Karmen" (Eskamilyo), Pyotr Çaykovskinin  

"Qaratoxmaq  qadın"   (Tomski  və  Yeletski),   Eduard  Napravnikin "Dubrovski" (Trojekurov) 

operalarındakı qəhrəmanların partiyalarının ifasında uğurlar qazanıb. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin