QƏMƏR ALMASZADƏ (10 Mart 1915)
İlk Azərbaycan balerinası, milli balet sənətimizin ulduzu, böyük yaradıcılıq irsinə malik,
onlarla istedadlı gəncin formalaşmasında pedaqoq kimi çalışan Qəmər Hacıağa qızı Almaszadə 10
mart 1915-ci ildə Bakıda incəsənətə rəğbəti olan ailədə doğulub. 7 illik təhsilini burada alıb.
Uşaqlıqda Şəkil çəkməyi xoşlayıb.
1925-ci ildə Opera və Balet Teatrı nəzdində baletmeyster Sergey Kevorkov balet studiyası
açıb. Ora daxil olanlar arasında on yaşlı Qəmər də vardı. Həmin studiya 1929-cu ildə Azərbaycan
Xalq Maarif komissarlığının sərəncamına keçib və bugünədək Bakı Xoreoqrafiya Məktəbi kimi
fəaliyyət göstərir. 1929-cu ildə studiyanı qurtaran səkkiz nəfərdən biri olan Qəmər xanım Opera və
Balet Teatrında işləyib. Teatrda bir neçə kiçik rol oynayıb. Müəyyən sənət təcrübəsi toplamağa
çalışıb.
Sonra Peterburqa gedərək oranın xoreoqrafiya məktəbində şöhrətli sənətkar M. Romanova -
Ulyanovanın sinifində təhsil alıb, peşəsinin klassik incəliklərinə yiyələnib.
1936-cı ildə Bakıya qayıdan Qəmər Almaszadə bir-birinin ardınca yaradıcılıq nailiyyətləri
qazanmağa başlayıb.
Səhnə debütü 1931-ci ildə "Qırmızı lalə"də Tao Xoa obrazı olan Qəmər xanım teatrın balet
truppasının oynadığı tamaşaların əsas partiyalarını ifa edib. Həmin tamaşaların əksəriyyətində bir
neçə quruluşda oynayıb.
Ustad sənətkarın Tao Xoa ("Qırmızı lalə", Boris Zeydman), Medora ("Korsar", Adolf Adan),
Mariya və Zarema ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Raymonda ("Raymonda", Aleksandr
Qlazunov), Esıneralda ("Esıneralda", (Sezar Puni), Malia, Odetta-Odilliya ("Şelkunçik" və "Sonalar
gölü", Pyotr Çaykovski), kitri ("Don kixot", Lüdviq Minkus), Rəqqasə ("Koroğlu", Üzeyir Bəy
Hacıbəyov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Aişə ("Yeddi gözəl", Qara
Qarayev), Rəqqasə ("Xosrov və Şirin", Niyazi), Laurensiya ("Laurensiya", Aleksandr Kreyn),
Rəqqasə qız ("Nərgiz", Müslüm Maqomayev) rolları milli balet sənətimizin inciləri sayılır.
1952-ci ildə Soltan Hacıbəyovun "Gülşən" baletinin yaradıcı qrupu, o cümlədən baş
partiyanın ifaçısı Qəmər xanım Almaszadə Stalin mükafatına layiq görülüb.
Qəmər Almaszadə 1953-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında baş
baletmeyster işləyir. 1972-1988-ci illərdə teatrın balet truppasının bədii rəhbəri işləyib.
Opera və Balet Teatrında Qəmər Almaszadə 1949-cu ildən başlayaraq İqor Morozovun
"Doktor Aybolit", Soltan Hacıbəyovun "Gülşən", Boris Zeydmanın "Qırmızı lalə", "Qızıl açar",
Pyotr Çaykovskinin "Yatınış gözəl", Aleksandr Kreynin "Laurensiya", Əfrasiyab Bədəlbəylinin
"Qız qalası", Rikardo Driqonun "Arlekinada", Əşrəf Abbasovun "Qaraca qız", Fikrət Əmirovun
"Şur", Frederik Şopenin "Şopeniana", Lüdviq Minkusun "Don kixot" baletlərinə orijinal və
monumental kompozisiyalı quruluşlar verib.
O, bəzi başqa balet əsərlərini də tamaşaya hazhırlayıb. Onun hazırladığı tamaşalar
kompozisiya bütövlüyü, mövzunun musiqi dili ilə kiassik həlli, psixoloji lirizmi, rəqslərinin
cazibədar quruluşu ilə dəqqətəlayiqdir.
Balet aktrisası Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", Müslüm Maqomayevin "Şah
İsmayıl" operalarında rəqs səhnələrini qurub.
"Qırmızı lalə", "Yatmış gözəl", "Laurensiya", "Arlekinada", "Sonalar gölü", "Şopeniana",
"Don Kixot" baletləri məhz Qəmər xanımın özünün səhnə redaksiyasında oynanılıb.
Balet sənətimizin qadın qaranquşu Qəmər xanım 1936-cı ildən Bakı Xoreoqrafiya
məktəbində pedaqoji fəaliyyət göstərir. SSRİ xalq artisti Leyla Vəkilova, Azərbaycan
Respublikasının xalq artistləri Rəfiqə Axundova, Tamilla Şirəliyeva, Çimnaz Babayeva, Gürcüstan
Respublikasının xalq artisti V.Siqnadze və neçə-neçə bu kimi balet ustaları Qəmər xanımın
yetirmələridir.
Qəmər Almaszadə 1970-1972-ci illərdə İraq Respublikasının paytaxtı Bağdadda işləyib. O,
böyük zəhmət bahasına burada ilk İraq professional xalq rəqs ansamblını yaradıb, onu zəngin
repertuarla şöhrətləndirib.
Balet sənətində qazandığı nailiyyətlərə və milli mədəniyyətimizdəki xidmətlərinə görə
Qəmər Almaszadə 4 may 1940-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 17 iyun 1943-cü
ildə xalq artisti, 9 iyun 1959-cu ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.
Qəmər Almaszadə Azərbaycan balet sənətində məktəb yaradıb. Həmin məktəbin
özünəməxsus estetik və bədii səciyyələri var.
Qəmər xanım balet jestinin və rəqs hərəkətlərinin emosioal politrasının ifadəliliyinə təsir
gücünə nail olub.
Ən dramatik məqamlarda texniki mürəkkəbliyə cəsarətli meyil göstərib.
İfa etdiyi partiyalarda xarakterin hiss və həyəcanlarını rəqsin mürəkkəb və çoxmənalı dili ilə
təcəssüm etdirib. Onun balet xoreoqrafiyası daha çox milli xalq rəqslərinin arxitektonikasına, onun
çoxçalarlı semantikasına əsaslanır. Koloriti və cazibədarlığı ilə seçilir.
Klassik baletin estetikləşmiş formalarından çıxış etməklə süjetli rəqslərə üstünlük verib. Bu
isə yeni balet estetikasını formalaşdırıb. Belə təfsirdə Aişənin, Gülyanağın, Gülşənin emosional
dramatizmi, rəqs dilinin psixoloji ifadəliliyi daha çevik qavranılır.
Daxili enerjini və coşğun ehtirasını axıradək obrazın psixoloji musiqi ritminə uyğun
ahəngdarlıqla realizə edib.
Pedaqoji fəaliyyətində klassik balet kanonları ilə milli rəqslərin mürəkkəb formalarının
poetik harmoniyasına müvəffəq olub. Bu isə ilk növbədə Azərbaycan baletinin özünəməxsusluğunu
formalaşdırıb.
Qəmər Almaszadə emosional lirizmdən psixoloji lirizmə, Psixoloji lirizmdən dramatik və
fəci lirizmə keçməkdə rəqs hərəkətlər kompleksinə yeni-yeni ifadə çalarları gətirib.
|