Kamal Abdullayev (18.1.1927-5.12.1997). Bakıda doğulub ADK-nı (1948) və Moskva
Dövlət konservatoriyasını (1952) bitirib. ADOBT-də dirijor (1952) və baş dirijor (1953 -1959)
işləyib. Sonralar Donetsk OBT-da, Moskva Musiqili Teatrında baş dirijor Kürsüsünü tutub.
Azərbaycanın xalq artis-ti fəxri adına layiq görülüb (1967). Kamal Cahanbəxş oğlu Abdullayev
ADOBT-də "Yevgeni Onegin", "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarına, "Yeddi gözəl",
"Gülşən" baletlərinə dirijorluq edib.
Kazım Əliverdibəyov (27 noyabr 1934). Bakıda doğulub. ADK-da xor dirijorluğu
ixtisasma yiyələnib (1959). ADOBT-də 1961-ci ildən dirijor işləyib. Azərbaycanın əməkdar
incəsənət xadimi (1978) fəxri adına layiq görülüb. Konservatoriyada pedaqoji fəaliyyət göstərib və
oranın professoru (1991) olub.
Kazım Ağalar oğlu Əliverdibəyov "Arşın mal alan", "Məşədi İbad" operettalarına,
"Koroğlu", "Leyli və Məcnun", "Əsli və Kərəm" (Üzeyir bəy Hacıbəyov), "Solğun çiçəklər"
(Süleyman Ələsgərov), "Cırtdan" (Nazim Əliverdibəyov), "Monastırda nikah" (Sergey
Raxmaninov), "Çio Çio San" (Cakomo Puççini), "Sevgi şərbəti" (Qaetano Donisetti) operalarına,
"Don kixot" (Lüdviq Minkus), "Zoluşka" (Sergey Prokofyev), "Xanım və xuliqan" (Dmitri
Şostakoviç), "Jizel" (Adolf Adan), "Doktor Aybolit" (İqor Morozov), "Xəzər fatehləri" (Fikrət
Əmirov), "Xəzər balladası" (Tofiq Bakıxanov) baletlərinə dirijorluq edib.
Dostları ilə paylaş: |