Rauf Abdullayev (29 ontyabr 1937). ADK-nı (1959) və Moskva Dövlət konservatoriyasını
(1965) bitirib. ADOBT-də dirijor (1965-1968) və baş dirijor (1968-1988) kimi fəaliyyət göstərib.
Azərbaycan Dövlət Simfonik Omestrinin bədii rəhbəri və baş dirijoru olub. Ankara Dövlət Opera və
Balet Teatrında baş rejissor vəzifəsində çalışıb (1990-1995). Azərbaycan dövlət mükafatı laureatıdır
(1988), respublikanın xalq artistidir (1992) və ADK-nın professorudur (1982).
Rauf Cahanbəxş oğlu Abdullayev ADOBT-də "Koroğlu" (Uzeyir bəy Hacıbəyov), "Şah
İsmayıl" (Müslüm Maqomayev), Aldanmış ulduzlar" (Məmməd Quliyev), "Söyüdlər ağlamaz"
(Əfrasiyab Bədəlbəyli), "Aygün" (Zakir Bağırov), "Nikbin faciə" (Aleksandr Xolminov)
operalarının, "Gülşən" (Soltan Hacıbəyov), "Leyli və Məcnun" (Qara Qarayev), "Kaleydoskop"
(Fərəc Qarayev), "Babək" (Aqşin Əlizadə), "Humay" (Nəriman Məmmədov) baletlərinin
tamaşalarına dirijorluq edib.
* * *
Opera və Balet Teatrında 1925-1950-ci illər arasında dirijorlardan Müslüm Maqomayev,
Vladimir Traximoviç, Aleksandr Alevladov, A.Korzovski, V.Piradov, A.Lyudmilin, K.Braueç,
A.Klibson, İ.Ratner, 1950-2005-ci illər arasında Əhəd İsrafilzadə, Henri Risman, Ramiz
Məlikaslanov, Soltan Hacıbəyov, Nazim Rzayev, Tale Qəniyev çalışıblar. Onlar opera və balet
tamaşalarına dirijorluq etməklə bu sənətin inkişafında öz əməklərini sərf etmişlər. Adları çəkilən
sənətkarların bəziləri teatrda uzun illər və bir qismi qısa müddətlərdə işləyiblər.
Hazırda teatrın baş dirijoru əməkdar artist (2000) Cavanşir Cəfərovdur.
Dostları ilə paylaş: |