1965, 6 yanvar. "Ev bizim, sirr bizim", dramaturq Novruz Gəncəli və bəstəkar Şəfiqə
Axundova. Rejissor Niyaz Şərifov, rəssam Əsgər Abbasov, dirijorlar Kamal Abbasov və Kamal
Məmmədov.
1965, 29 dekabr. "Qaynana", libretto müəllifi Məcid Şamxalov və bəstəkar Zakir Bağırov.
Rejissor Niyaz Şərifov, rəssam Böyükağa Mirzəzadə, dirijorlar Kamal Abbasov və Kamal
Məmmədov.
1966, 20 may. "Milyonçunun dilənçi oğlu", dramaturq Şıxəli Qurbanov və bəstəkar
Süleyman Ələsgərov. Rejissor Əliheydər Ələkbərov, rəssam Böyükağa Mirzəzadə, dirijor müəllif.
"Milyonçunun dilənçi oğlu" tamaşasının yaradıcı heyətindən dramaturq Şıxəli Qurbanov,
bəstəkar Süleyman Ələsgərov, rejissor Əliheydər Ələkbərov və rəssam Böyükağa Mirzəzadə 1967-
ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət mükafatına layiq görüldülər.
Dostları ilə paylaş: |