MUSİQİLİ KOMEDİYA TEATRINDA
AKTYOR YARADICILIĞI
Birinci dərs
Azərbaycanın ilk milli operettası "Ər və arvad" (Üzeyir bəy Hacıbəyov) tamaşaya qoyulduğu
gündən, yəni 24 may 1910-cu ildən bu janrlı əsərlərdə dramatik aktyorlar çıxış ediblər. Mirzağa
Əliyev, Hüseynqulu Sarabski, Ələkbər Hüseynzadə kimi dramatik aktyorlar musiqili komediyalarda
da böyük uğurlar qazanıblar. Operetta aktyorluğunun bünövrəsi həmin illərdə qoyulsa da, bu sənətin
ifaçılıq məktəbi məhz Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yaranandan sonra formalaşıb.
Formalaşdıqca daha səriştəli sənətkarlar öz yaradıcılıqları ilə musiqili komediya janrının estetik
tələblərinə zənginlik gətiriblər. Bir sıra təcrübəli dram aktyorları da özlərinin sonraki yaradıcılıq
dövrlərini MKT ilə bağlayıblar
* * *
Dostları ilə paylaş: |