Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə342/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   338   339   340   341   342   343   344   345   ...   470
1967, 29 dekabr. "Ləpələr", dramaturq Əliağa Kürçaylı və bəstəkar Arif Məlikov. Rejissor 

Şəmsi Bədəlbəyli, rəssam Asəf Cəfərov.  Əsas rollarda Zemfira Quliyeva və Lütfiyyə  Səfərova 

(Ceyran), Mobil Əhmədov və Qasım Zeynalov (Sahib) (Bəşir Səfəroğlu və Hacıbaba Bağırov 

(Əsgər Nəcəfoviç), Səyavuş Aslan (Ağabala). 

1967-ci il mayın 25-də  Əliheydər  Ələkbərov Musiqili ko mediya Teatrında baş rejissor 

Kürsüsünü tərk etdi. Bir neçə il sonra Şəmsi Bədəlbəyli də kollektivdən uzaqlaşdı. Demək olar 

1970-ci ildən başlayaraq teatrın repertuarında zəiflik duyul mağa başlayıb, truppada qüdrətli 

sənətkarların sayı azalıb. 

Bununla belə, 1968 - 2004-cü illər ərzində MKT-nin repertuarında səriştəli bəstəkarların təzə 

musiqili komediyalar və bu janrda ilk addımlarını atan bəstəkarların  əsərləri özün yer tapıb. 

Oynanılan tamaşaların xeyli qisıni həm mətncə  həm də musiqi işlənMəsmə görə  və rejissor 

quruluşu, aktyo ifaları baxımından qüsurlu olub. Lakin bədii cəhətdən maraı doğuran, müəyyən 

sənətkarlıq xüsusiyyətləri ilə diqqəti Çəkən tamaşalar da olub. Bu qəbildən "Haradasan, ay 

subaylıq? (Salam Qədirzadə  və Süleyman Ələsgərov. 1968), "Nənəmin  şahlıq quşu" (Əliağa 

Kürçaylı  və Vasif Adıgözəlov. 1971) "Həmişəxanım" (Salam Qədirzadə  və Süleyman Ələsgərov 

1971), "Hicran" (Sabit Rəhman və Emin Sabitoğlu. 1973) "Şəngülüm, Şüngülüm, Məngülüm" (uşaq 

tamaşası. Nağı  əsasında Ramiz Heydərin librettosu. Bəstəkar Oqtay Zülfüqa rov. 1974), "Təzə 

gəlin" (Seyfəddin Dağlı və Cahangir Cahan girov. 1975), "Boşanaq, evlənərik" (Əliağa Kürçaylı və 

Vasi Adıgözəlov. 1976), "Qız görüşə  tələsir" (Adil Babayev və  bəstəkarlar Tofiq Bakıxanovla 



Nəriman Məmmədov. 1978), "Qızıl toy" (Ramiz Heydər və Oqtay Kazımov. 1980), "Danabaş 

kəndinin  əhvalatları" (Cəlil Məmmədquluzadənin eyniadlı  əsəri  əsasında Cənnət Səlimovanın 

librettosu. Bəstəkar Oqtay Kazımov. 1982), "Tü1kü Həccə gedir" (İsgəndər Coşqun və Rəşid Şəfəq. 

Uşaq tamaşası. 1982), "Nəğməli könül" (Xalidə Hasilova və Emin Sabitoğlu. 1983), "92 dəqiqə 

gülüş" (Rüfət Əhmədzadə və Emin Sabitoğlu. 1987), "Bəbirlinin kələkləri" (Rauf Hacıyev. 1989), 

"Subaylarınızdan görəsiniz" (İsi Məlikzadə  və Süleyman Ələsgərov. 1992), "Lotereya" (Vaqif 

Səmədoğlu və Aydın Əzimov. 1992), "Bankir adaxlı" (Tamara Vəliyeva və Emin Sabitoğlu. 2000) 

musiqili komediyalarını qeyd etmək olar. 

Gürcü dramaturqu Levon Cubabiriyanın və bəstəkar Şota Miloravanın "Tiflis nəğməsi" (11 

may 1961. Mətnin tərcüməçisi  şair-dramaturq Adil Babayev. Rejissorlar Şota Mesxi və Rauf 

Kazımovski, rəssam Əsgər Abbasov, dirijor Şəmsəddin Fətullayev), Vladimir Dolidzenin "Keto və 

kote" operettasına (20 yanvar 1973. Tərcüməçi Tələt  Əyyubov. Quruluşçu rejissor Şəmsi 

Bədəlbəyli, rejissor Vaqif Ağayev, rəssam Nikolay Kazbeki) operettaları teatrın uğurlu 

tamaşalarından sayılır. 

Azərbaycanda müəyyən uğurlar qazanan MkT-nm 1965-ci ildə Moskva şəhərinə  dəvət 

alması o dövr üçün böyük hadisə  və ciddi sənət imtahanı qarşısında  əsil sınaq idi. Kollektiv bu 

məsul səfərə ilin əvvəlindən hazırlaşdı və aprelin 7-dən 12-nə qədər Moskvanın Kreml teatrında üç 

dəfə "Məşədi İbad" (7, 9 və 12 aprel), iki dəfə "Ulduz" (8 və 11 aprel), iki dəfə "Bir dəqiqə" (10 və 

11 aprel, gündüz) operettalarını oynayıb. "Arşın mal alan", "Əlli yaşında cavan", "Evliykən subay", 

"Beş manatlıq gəlin", "Qızılgül", "Ulduz", "Durna", "Gözün aydın", "Özümüz bilərik", "Toy 

kimindir?", "Hicran" musiqili komediyalarını teatr vaxtaşırı müxtəlif quruluşlarda oynayıb. Bunların 

arasında o vaxtı teatrın baş rejissoru işləyən Vaqif İbrahimoğlunun 20 oktyabr 1985-ci ildə quruluş 

verdiyi "Məşədi İbad" (rəssam Nazim Bəykişiyev, dirijor Cavanşir Cəfərov. Məşədi İbad - Hacıbaba 

Bağırov) forma yeniliyinə və əsərin müasir finir yozumuna görə uğur qazanıb. 

AMDT Tağıyev teatrı adlanan binada 1960-cı ilin avqus-tuna qədər fəaliyyət göstərib. Binası 

təmirdə olan Opera və Balet Teatrı 1961-ci ildə orada öz tamaşalarını oynayıb. 1962-1963-cü il teatr 

mövsümündə bina Musiqili Komediya Teatrına verilib. 1989 - 1998-ci illərdə bu bina sökülərək 

yerində  təzəsi tikilib. Həmin illərdə teatr öz tamaşalarını  Xətai və 26-lar mədəniyyət saraylarında 

oynayıb. 

"Arşın mal alan", "Ulduz", Rauf Hacıyevin "Qonşular", "Kuba, mənim məhəbbətim", "Ana, 

mən evlənirəm" ("Anacan, evlənirəm"), "Qafqazlı Qardaşqızı", "Yol ayrıcı", Hacı Xanməmmədovun 

"İki bəxtiyar" ("Bütün qızlar yaxşıdır"), Tofiq Quliyevin "Sabahm xeyir, Ella", Emin Sabitoğlunun 

"Günlərin birində Bağdadda", İmre Kalmanın "Sirk şahzadəsi" ("Sirk Kraliçası"), "Maritsa", "Silva", 

"Bayadera", İo-han Ştrausun "Zadəgan qaraçı", "Yarasa", Tixon Xrennikovun "Yüz şeytan, bir qız", 

Konstantin Listovun "Sevastopol valsı", Ferents Leqarın "Mavi mazurka", "Şən dul qadın", 

D.Lerner və A.Lounun "Mənim gözəl ledim", Boris Aleksandrovun "Malinovkada toy", İsaak 

Dunayevskinin "Ağ yasəmən", Yuri Milyutinin "Trembita", Nikolay Boqoslavskinin "Toy səyahəti", 

Oskar Sandlerin "Santa ROk", Domeniko Modunonun "Qara əjdaha", Vano Muradelinin "Mavi 

gözlü qız", Stotqard və Frimlin "Roz Mari", Jan Puaronun "Həftənin axırında şən şam yeməyi", Li 

Mitçenin "Lamançlı adam", Leonid Vaynşteynin "Səhranın bəyaz günəşi", uşaqlar üçün Yevgeni 

Şvartsın "Qırmızıpapaq", Roman Sefin "İki küpəgirən qarı". Oqtay Zülfüqarovun "Dəcəl çəpişlər" 

operettaları son 48 ildə MKT-nin rus bölməsinin repertuarında xüsusi yer tutub. 

1956 - 2004-cü illər ərzində Şəmsi Bədəlbəyli teatrda bədii rəhbər (1956-1974. Qısa fasilə 

ilə),  Əliheydər  Ələkbərov (1960-1967), Ağakişi Kazımov (1974 - 1975), Vaqif Abbasov (1979 - 

1981), Vaqif İbrahimoğlu (1982-1989), Cahangir Novruzov (1989-1990) baş rejissor, Səyavuş 

Aslan (1994 -1996) bədii rəhbər işləyiblər. 1 oktyabr 1996-cı ildən teatrın bədii rəhbəri Hacıbaba 

Bağırovdur. 

 

       





Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   338   339   340   341   342   343   344   345   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin