Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


MÜNƏVVƏR KƏLƏNTƏRLİ (1912 - 5.2.1963)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə346/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   342   343   344   345   346   347   348   349   ...   470
MÜNƏVVƏR KƏLƏNTƏRLİ (1912 - 5.2.1963) 

 

Respublikada 1945-ci ildən populyar kino aktrisası kimi tanınıb, sevilib, rəğbət bəslənib və 



yalnız bundan sonra teatr aləmində  məşhurlaşıb.  İlk ekran obrazı "Arşın mal alan" bədii filmində 

Cahan xala rolu olub. 1945-ci ildə ekranlara buraxılan filmin yaradıcı heyətinin bir qrupuna bir il 

sonra Stalin mükafatı verildi. Laureatlar arasında Münəvvər xanım da vardı. 

Yaradıcılığı ilk növbədə və geniş miqyasda xalq oyun-tamaşalarının poetika şəhdindən, milli 

gülüş  mədəniyyətinin, geniş  mənada karnaval estetikasının yumor məziyyətlərindən, məsxərə 

göstərmələrinin dinamik, canlı, coşğun həyati ruhundan, məzhəkəli qaravəllilərin məzəli 

təravətindən şirələnib, bəhrələnib, estetik zəmin tapıb. 

Münəvvər Səməd qızı Kələntərli 1912-ci ilin yazında Lənkəranda doğulub. Uşaq yaşlarında 

ailəsi Bakıya köçüb. Münəvvər ilk təhsilini Bakıda alıb və 16 yaşında bədii özfəaliyyət 

kollektivlərində  çıxış edib. Həm milli xalq rəqslərinin incəliklərinə yiyələnib, həm də  qədimi el 

nəğmələrini  şirin səslə, ürəkaçan avazla oxuyub. Böyük qardaşı Haşım Kələntərlinin təklifi və 

Müslüm Maqomayevin dəvəti ilə Münəvvər xanımı 1933-cü ildə Azərbaycan Dövlət opera teatrının 

xor qrupuna işə götürüblər. Qısa müddətdə özünün zəngin daxili aləmini, aktyorluq şücaətinin hüsn-

təravətini açıqlaya bilən aktrisa truppanın əsas heyətinə keçirilib. 

Milli komediya və xüsusən musiqili teatr janrı üzrə aktrısaların sayının barmaq hesabı 

olduğu dövrdə Münəvvər Kələntərlinin səhnəyə  gəlişi sənətdə parlaq ziya saçıb. O, opera və 

operetta tamaşalarında müxtəlif rollar oynayıb. 

1938-ci ilin 30 mayında Bakıda Azərbaycan Dövlət Musiqili komediya Teatrı  fəaliyyətə 

başlayıb. Yeni sənət ocağının yaradıcı truppasının  əsasını opera teatrının aktyorları  təşkil ediblər. 

Münəvvər xanım da yeni yaranan teatrın heyətinə daxil olub. Müxtəlif kinolara çəkilişlə  əlaqədar 

müəyyən fasilələrlə uzun müddət Musiqili Komediya Teatrının kollektivində çalışıb. 

Aktrisa bu teatrda Tamam ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Telli və Cahan 

xala ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Pərzad, Mələk xanım ("Evliykən subay" və  "Əlli 

yaşında cavan", Zülfüqar bəy Hacıbəyov), Nisə  və    Şərəf ("Durna",  Süleyman  Rüstəm və    Səid 

Rüstəmov), Gövhər ("Gözün aydın", Məhərrəm  Əlizadə  və Fikrət  Əmirov), Xədicə ("Qızıl 

axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Tavat xala ("Rəisin arvadı", Məhərrəm Əlizadə və 

Səid Rüstəmov), kato ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorova. Tərcümə edəni Adil 

Babayev), Rəxşəndə ("Bir dəqi-qə", Məhərrəm  Əlizadə  və Hacı Xanməmmədov), kəblə Fatma 

("Hacı  Kərimin Aya səyahəti", Qulamrza Cəmşidi ilə  Əbülfəz Hüseyni və Azər Rzayev), Nabat 

("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Mərcan ("Səndən mənə yar olmaz", 

Məhərrəm  Əlizadə  və  Əşrəf Abbasov), Əsınət ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və  Şəfiqə 

Axundova), Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov) rollarını oynayıb. 

Münəvvər Kələntərli "Görüş" (Münəvvər), "Qızmar günəş altında" (Gülbahar), "Bəxtiyar" 

(Gülzar), "O olmasın, bu olsun" (Yengə), (Gülzar) kinolentlərində də çəkilib. 

Sənətdə qazandığı  uğurlarına görə 23 fevral 1940-cı ildə Azərbaycan Respublikasının 

əməkdar artisti fəxri adı ilə təltif olunub. 

Münəvvər Səməd qızı Kələntərli 5 fevral 1963-cü ildə dünyasını dəyişib. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   342   343   344   345   346   347   348   349   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin