Daha çox dramatik xarakterli aktyor kimi formalaşmış İmamverdi Salman oğlu Bağırov 23
gənc teatr həvəskarı 1929-cu ildə yeni yaradılan İşçi Uşaq Teatrının (bugünkü GTT) truppasına
Müxtəlif vaxtlarda İrəvan Dövlət Azərbaycan Teatrında (1930 - 1932), Milli Dram Teatrında
(1934 və 1942 - 1954) aktyorluq edib. Burada Paris ("Romeo və Cülyetta", Vilyam Şekspir), Kərim,
Təlxək ("Dağılan tifaq" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Toğrul ("Od gəlini", Cəfər
Cabbarlı), İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), Əli bəy ("Vaqif", Səməd Vurğun) kimi
maraqlı rollarda səhnəyə çıxıb. İmamverdi Bağırov daxilən rahatsız idi və müxtəlif yeni
kollektivlərdə işləməyi xoşlayıb. O, Qazax (1938) və Quba (1939) Kolxoz və Sovxoz Teatrında
aktyor və rejissor kimi çalışıb. 1954-1956-cı illərdə Soltan Dadaşovun yaratdığı və dövlət statusu
olmayan Musiqili Komediya Teatrında rollar oynayıb. 1956-cı ildə teatr dövlət müəssisəsi kimi
yenidən fəaliyyətə başlayanda onun truppasının aparıcı aktyorlarından biri də İmamverdi Bağırov
idi.
1956-cı ildən fasiləsiz olaraq on doqquz il Musiqili komediya Teatrında maraqlı yaradıcılıq
yolu keçib. Mürəkkəb dramatik səciyyəli və satirik çalarlı, ictimai-sosial mahiyyət daşıyan
personajların istedadlı ifaçılarından sayılıb. Onun teatrda uğur qazandığı rolların ən səciyyəviləri
bunlardır: Möhsün ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Həsənqulu bəy və Rza bəy
("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Xosrov bəy, Orduxan bəy ("Evliykən subay" və "Əlli
yaşında cavan", Zülfüqar bəy Hacıbəyov), Dərviş və Naçalnik ("Hacı Qara", Mirzə Fətəli
Axundzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Şəmsi Bədəlbəyli. Bəstəkarlar Ramiz
Mustafayev və Vasif Adıgözəlov), Bəbirli ("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman
Ələsgərov), Molla Manaf ("Təzə gəlin", Seyfəddin Dağlı və Cahangir Cahangirov), Cəlilov,
Əliimran ("Nənəmin şahlıq quşu" və "Boşanaq, evlənərik", Əliağa Kürçaylı və Vasif Adıgözəlov),
Camal dayı ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanovla Nəriman Məmmədov),
Aslan ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və Şəfiqə Axundova), "Dağlar qoynunda", Ədil
İsgəndərov və Əşrəf Abbasov), Şəmsizadə ("Qaçırılmış qız", Cahangir Məmmədov və Ramiz
Mirişli).
İmamverdi Bağırov 1964-cü il iyun ayının 29-da Azərbaycan Respublikasının əməkdar
artisti fəxri adı ilə təltif olunub. 6 may 1985-ci ildə Bakıda vəfat edib.
Dostları ilə paylaş: