quruluşlar verib. Əsas işləri "Toy kimindir?" (1940), "Gözün aydın" (Məhərrəm Əlizadə və Fikrət
Əmirov), "Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov. 1957), "Məmmədəli kurorta gedir" (Atif
çalışıb, komediyanın satirik çalarlarının əlvanlığından istifadə etməyi xoşlayıb.
Vaqif Ağayev. Mingəçevir DDT-də baş rejissor işləyib, ADİİ-də pedaqoji fəaliyyət göstərib.
Bir müddət MKT-də bir neçə tamaşanın hazırlanmasında ikinci rejissor kimi çalışıb Oqtay
Kazımovun "Dəcəl çəpişlər" (1975), Əliağa Kürçaylı və Vasif Adıgözəlovun "Boşanaq, evlənərik"
(1976), Adil Babayev və Tofiq Bakıxanovla Nəriman Məmmədovun "Qız görüşə tələsir" (1978),
Rauf Hacıyevin "Bəbirlinin kələkləri" (1989) musiqili komediyalarının tamaşaları onun müstəqil
rejissor quruluşlarıdır. Kompozisiya
bütövlüyünə səy göstərib, xor və balet rəqslərindən bacarıqla,
tamaşanın ümumi ruhuna uyğun tərzdə istifadə edib.
Ağakişi Kazımov. Yaradıcılığı əsasən MDT və GTT ilə baghdır. Az müddət (22.9.1974 -
30.12.1975) Musiqili komediya Teatrının baş rejissoru kimi çalışıb. Bu teatrda 1975-ci ildə
Seyfəddin Dağlı və Cahangir Cahangirovun "Təzə gəlin" (26 aprel), İsaak Dunayevskinin
"Xoşbəxtliyə gedən yol" (12 aprel) və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (5 iyun)
operettalarına quruluş verib. Monumental realist teatr estetikasının xüsusiyyətlərini musiqili
komediya janrının prinsiplərinə uyğunlaşdırmaqda cəsarətli addımlar atıb.
Vaqif İbrahimoğlu (Həsənov). "Yuğ" Dövlət Teatrının yaradıcısı və bədii rəhbəridir. MKT-
də əvvəllər dəvətlə tamaşalar hazırlayıb. 1982-1989-cu illərdə bu kollektivdə baş rejissor olub.
Teatrda Ruhəngiz Qasımovanın "Məzəli əhvalat" (rejissor Ramiz Həsənoğlu ilə birgə. 1980),
Rüstəm İbrahimbəyovla Valentin Yejov və bəstəkar Leonid Vaynşteynin "Səhranın bəyaz günəşi"
(1981), Cənnət Səlimova və Oqtay Kazımovun "Danabaş kəndinin əhvalatları" (Cəlil
Məmmədquluzadənin eyni adlı əsəri əsasında. 1982), İsgəndər Coşqun və Rəşid Şəfəqin "Tü1kü
həccə gedir" (1982), Eldar Mansurovun "Canlı musiqi" (1982), Akif Məhərrəmov və Oqtay
Kazımovun "Sıravi Seyfullanın xidməti əziyyətləri" (Sultanməcid Qənizadənin "Xor-xor" məsxərəsi
əsasında. 1983), Rüfət Əhmədzadə və Emin Sabitoğlunun "Bildirçinin bəyliyi" (1983) və "92 dəqiqə
gülüş" (1987), İohan Ştrausun "Yarasa" (1984), "Məşədi İbad" (1985), "Gözün aydın" (1986)
əsərlərinə rejissorluq edib. Quruluşları forma orijinallığı və üslub əlvanlığı, satirik kəsəri, janrın yeni
estetik xüsusiyyətləri ilə seçilib. Maraqlı və çoxqatlı, ifadəli və gözoxşayan kompozisiyalar
qurmaqda səriştəlidir.
Cənnət Səlimova. Bakı kamera Teatrının yaradıcısıdır. Yaradıcılığının ən qaynar dövrü Rus
Dram Teatrı ilə bağlıdır. MKT-də "Filumena Martirano" (Eduardo de Flippo və Fərəc Qarayev.
1991), "Həftənin axırında şən şam yeməyi" (Jan Puaro. 1994), "Məşədi İbad" (1998), "Şən dul
qadın" (Ferents Leqar. 1999) operettalarına quruluş verib. Klassik Avropa operetta janrının poetika
göstəricilərinin səhnə təcəssümü ənənələrinə üstünlük verir.
Teatrda Rauf Kazımovskinin "Hacı Kərimin Aya səyahəti" (Qulamrza Cəmşidi ilə Əbülfəz
Hüseyni və Azər Rzayev. 1962), Vaqif Abbasovun "Yertutanlar" (Faiq Mustafayev və Adil Bəbirov
(1981), Fuad Hacıyevin "Ana, mən evlənirəm" (Rauf Hacıyev. 1977), Rafiq Atakişiyevin "Qızıl toy"
(Ramiz Heydər və Oqtay Kazımov. 1980), kollektivdə baş rejissor (1989 - 1992) işləyən Cahangir
Novruzovun "Qız anası" (Georgi Xuqayev və A.Ovanov), Ələkbər Kazımovskinin "Özümüz bilərik"
(Şıxəli Qurbanov və Süleyman Ələsgərov. 1993) quruluşları forma axtarışlarında müəyyən cəhdləri
ilə yadda qalıblar.
Son on ildə teatrda rejissorlardan Yusif Əkbərov, Faiq Zöhrabov, Ədalət Ziyadxanov daha
məhsuldar işləyirlər.
* * *
Dostları ilə paylaş: