Həbib İsmayılov. Moskva Teatr Sənəti Texnikumunu bitirib. BTİT-də və Gəncə DDT-də
rejissor işləyib. MKT-nin ilk bədii rəhbəridir. Teatrda Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib"
operasına (1939), Boris Aleksandrovun "Molinovkada toy", Məmməd Səid Ordubadi və Səid
Rüstəmovun "Beş manatlıq gəlin" (1940) musiqili komediyalarına quruluşlar verib. Peşəkarlığa
çalışıb, janrın əsas xüsusiyyətlərini aktyor oyunlarda təcəssüm etdirməyə səy göstərib.
Həsən Əliyev. Əvvəllər müxtəlif rayon teatrlarında, GTT-də işləyib. İxtisasca müəllimdir.
MKT-nin ilk rejissorlarındandır. Həbib İsmayılovdan sonra bədii rəhbər işləyib. Teatrda Üzeyir bəy
Hacıbəyovun "Məşədi İbad" (1939 və 1941), "Ər və arvad", Rauf Hacıyevin "Çarleyin xalası"
(Brandon Tomasın eyniadlı əsəri əsasında libretto işləyəni Mustafa Mərdanov. 1939), Məhərrəm
Əlizadə və Ağası Məşədibəyovun "Toy kimindir?" (1940), Məhərrəm Əlizadə və Soltan
Hacıbəyovun "Qızılgül" (1941) əsərlərinin quruluşçu rejissoru olub. Rejissurasında mətnlə
musiqinin tam şəkildə səhnədən səsləndirilMəsmə əsas diqqət yetirib.
Dostları ilə paylaş: |