Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə363/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   359   360   361   362   363   364   365   366   ...   470
AZƏRBAYCAN  DÖVLƏT RUS  

DRAM TEATRI 

 

Bakida XIX əsrin sonlarından daimi fəaliyyət göstərən rus truppaları olub. Onlardan ən fəalı 

və  ən uzunömürlüsü Polonskinin rəhbərlik etdiyi teatr dəstəsi idi. Bu kollektiv iyirmi ildən çox 

Tağıyev teatrında çalışıb. Özünün sabit repertuarı, zəngin rekvizit və geyim sexləri, çoxlu hazır 

dekor-tərtibatları olan truppa həftədə beş gün tamaşa göstərib. Məhz Polonskinin razılığı və icazəsi 

ilə Tağıyev teatrının binası cümə günləri azərbaycanlıların müxtəlif teatr dəstələrinə kirayə verilib. 

1918-ci ilin fevral ayında bina dəhşətli yanğına məruz qalıb. Bundan sonra truppa dağılmağa 

başlayıb. 

1920-ci ilin yazında Rusiyanın "Yarasa" teatrı Bakıya qastrola gəlib. Aprel ayında Qırmızı 

ordunun Azərbaycanı ilhaq etməsi ilə bağlı "Yarasa" teatrının qastrolu yarımçıq qalıb, kollektiv 

dağılıb. Truppanın bəzi üzvləri vətənə qayıtmayaraq Bakıda qalıblar. Onların və yerli aktyorların 

qüvvələri ilə sovet ideologiyasını  təbliğ etmək məqsədilə Bakıda Dövlət Azad Tənqid və  Təbliğ 

Teatrı ("Satiragit" teatrı) yaradılıb. Yaradıcılıq qayəsi sırf ideologiya üzərində qurulan teatr ilk 

tamaşasını 1920-ci il dekabr ayının 20-də göstərib. Birinci tamaşanın proqramına estrada janrına 

uyğun olan "Lenin rapsodiyası", "Tutuquşu", "Karusel" kiçik həcmli səhnəcik-kompozisiyalar daxil 

idi. Teatrın repertuarı tez-tez dəyişilirdi və onun əsasını  təbliğat xarakterli və kiçikhəcmli pyeslər 

təşkil edirdi. 

Teatr Bakının fəhlə rayonlarına müntəzəm qastrollara çıxırdı. Tədricən yaradıcılıq 

xarakteristikası dəyişilən kollektiv 1923-cü ildə Bakı İşçi Teatrı (bəzən Bakı Rus İşçi Teatrı yazılıb) 

adlanıb. Repertuarda inqilabi xarakterli pyeslər üstünlük təşkil edirdi. Teatr öz repertuarına əsasən 

SSRİ-nin müxtəlif  şəhərlərində  fəaliyyət göstərən eyni xarakterli sənət ocaqlarında   oynanılan   

pyesləri   daxil   edirdi.   Bu   baxımdan "Lyubov Yarovaya" (Konstantin Trenyov), "Zirehli qatar 14 

- 69" (Vsevold İvanov), "Hücum" (Vladimir Bill-Beloserkovski), "Çörək" və "Küləklər  şəhəri" 

(Vladimir Kirşon), "Nikbin faciə" (Vsevold Vişnevski), "Ana" (Maksim Qorki), "Mənim dostum" 

və "Sürət" (Nikolay Poqodin), "İntervensiya" (Lev Slavin), "Platon kreçet" və "Eskadranın məhvi" 

(Aleksandr Korneyçuk), "Şöhrət" (Vasili Qusev), "Çantalı adam" (Aleksey Fayko) tamaşaları teatrın 

yaradıcılığında xüsusi yer tutub. 

İnqilabi ideologiyanın təbliği sahəsində xidmətlərinə və yaradıcılıq uğurlarına görə 1930-cu 

ildə teatra Qırmızı Bayraq ordeni verilib. Teatrın adı afişalarda və tamaşa proqramlarında Bakı 

Qırmızıbayraqlı İşçi Teatrı kimi yazılıb. 

Tədricən yaradıcılıq xarakteristikası dəyişən, mövzu dairəsi, janr axtarışları genişlənən teatr 

1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə kollektivə  şair-dramaturq 

Səməd Vurğunun adı verilib. 

Keçdiyi 85 İllik yaradıcılıq yolunda ADRDT-nin əlvan və zəngin repertuarı olub. Onu şərti 

olaraq üç bölümə ayırmaq olar: 

dünya klassiklərinin məşhur əsərlərinin tamaşaları; 

rus klassiklərinin pyeslərinin tamaşaları; 

çağdaş dünya və rus dramaturqlarının müasir mövzulu dram əsərlərinin tamaşaları; 

Azərbaycanın kiassik və müasir sənətkarlarının pyeslərinin tamaşaları. 

Azərbaycan müəlliflərinin tamaşaya qoyulmuş  və  uğur qazanmış  səhnə  əsərləri: "Xırs 

quldurbasan" və "Lənkəran xanının vəziri" (Mirzə  Fətəli Axundzadə), "Şeyx Sənan" (Hüseyn 

Cavid), "Aydın", "Sevil" və "1905-ci ildə" (Cəfər Cabbarlı), "Vaqif", "Fərhad və Şirin" və "Xanlar" 

(Səməd Vurğun), "Şərqin səhəri" (Ənvər Məmmədxanlı), "Kəndçi qızı" (Mirzə  İbrahimov), "Sən 

həmişə mənimləsən" (İlyas Əfəndiyev), "Sən nə üçün yaşayırsan?..", "Dəniz cəsurları sevir" (İmran 

Qasımov və  Həsən Seyidbəyli), "Xəzər üzərində  şəfəqlər" və "Ömür elə  qısadır ki..." (İmran 

Qasımov), "Sahillər və talelər" (Nəbi Xəzri), "Gecə yarısı kim gələcək?" (Maqsud və Rüstəm 

İbrahimbəyov), "Ultimatum", "Park", "Yaşıl qapı arxasında qadın", "İstintaq", "Qum üzərində ev", 



"Bir ailə üçün yaylaq evi", "Öz yolu ilə" (Rüstəm  İbrahimbəyov), "Şəhərin yay günləri" (Anar), 

"Ah, Paris... Paris!.." və "Mənim ərim dəlidir" (Elçin), "Qətl günü" (Yusif Səmədoğlu). 

Yaradıcılığı formalaşdığı ilk illərdən teatr bədii axtarışlarını, özünün sənət estetikasını 

müxtəlif klassik dramaturq-ların dünya şöhrətli pyesləri hesabına daha da zənginləşdirib. Bu 

səhnədə Vilyam Şekspirin "Otello", "Şıltaq qızın yumşalması", "On ikinci gecə", "Romeo və 

Cülyetta", Karlo Haldoninin "Mehmanxana sahibəsi", "İki ağanın bir nökəri", Lope de Veqanın 

"Kələkbaz sevgili", "Nə yardan doyur, nə əldən qoyur", Jan Batist Molyerin "Tartüf", "Jorj Danden", 

Fridrix  Şillerin "Məkr və  məhəbbət", "Don Karlos", "Mariya Stüart", Viktor Hüqonun  "Paris 

Notrdam kilsəsi",  "Mariya Tüdor", Bernard Şounun "Missis Uorrenin peşəsi", "Milyonçu qadın", 

"Sezar və Kleopatra",  "Piqmalion", Henrix İbsenin "Nora", Bertolt Brextin "Kuraj ana" əsərləri 

tamaşaya hazırlanıb. 

RDT rus klassiklərindən Aleksandr Ostrovskinin "Meşə", "Cehizsiz qız", "Quduz pullar", 

"Günahsız müqəssirlər", "Tu-fan",   "Talantlar və    pərəstişKarlar",   "Beluqinin  evlənməsi", 

"Qurdlar və qoyunlar", "Son qurban", Nikolay Qoqolun "Mü-fəttiş", Mixail Lermontovun 

"Maskarad", Lev Tolstoyun "Anna Karenina",  "Canlı meyit", Anton Çexovun "Vanya dayı", 

"Qağayı", "Albalı bağı", Maksim Qorkinin "Meşşanlar", "Günəş övladları", "Həyatın dibində", 

"Yeqor Bulıçev və başqaları",   "Zikovlar",   "Sonuncular",   Aleksandr  Suxovo-Kobılinin 

"Kreçinskinin toyu", Fyodor Dostoyevskinin "Alçaldılmışlar və  təhqir olunmuşlar", "Cinayət və 

cəza" əsərlərini müxtəlif üslublu rejissorların monumental quruluşlarında oynayıb. 

Müasirlik axtarışları teatrın yaradıcılıq qayəsinin  əsasını  təşkil edib. Həmin istiqamətdə 

Vladimir Mayakovskinin "Hamam", Aleksandr Şteynin "Şəxsi iş", Sergey Mixalkovun 

"Xərçənglər", Vasili Şkvarkinin "Özgə  uşağı", Branislav Nuşiçin "Filosof doktor", Eduardo de 

Flipponun "İnsan və centlmen", "Filumena Marturano", Con Qordonun "Entoni Qrantın cinayəti", 

Epux Remarkin "Son dayanacaq", Nazim Hikmətin "Demoklisin qılıncı", Viktor Rozovun "Qeyri-

bərabər döyüş", Lev Şeyninin "Qaydasız oyun", İsidor  Ştokun "Leninqrad prospekti", Aleksandr 

Vampilovun "Böyük oğul", "Ötən yay Çulimskdə", "Əyalət lətifələri", Aleksey Arbuzovun "Sərt 

oyun", Edmon Rostanın "Sirano de Berjarek", Gilerma Fiqeyredunun "Tü1kü və üzüm" ("Ezop"), 

Aleksis Parnisin "Afrodita adası", V.Blajekin "Təmtəraqlı ziyafət", Mi-xail Bulqakovun "İvan 

Vasilyeviç", Samuil Alyoşinin "Başqa qadın", Leonid Zorinin "Varşava melodiyası", Mixail Zoşşen-

konun "Parusin çanta", Mar Bayciyevin "Duel", Jan Anuyun "Oğruların ziyafəti", "Antiqona", 

Vadim korostılevin "Ko-mandorun addımları", Mixail Roşşinin "Valentin və Valentina", Vasili 

Şukşinin "İşgüzar adamlar", Aleksandr Gelmanın "Mükafat", Henri Borovikin "Buenos-Ayresdə 

müsahibə", Mixail Şatrovun "Mənim Nadejdalarını", Aleksey Kolomiytisin "Vəhşi mələk" 

pyeslərinin tamaşaları müxtəlif dövrlərdə kollektivin mövzu axtarışlarına  əlvanlıq gətirib, üslub 

yenilikləri ilə səciyyəvi olub. 

Azərbaycanlı rejissorlar Ədil İsgəndərov, İsmayıl Hidayətzadə, Tofiq Kazımov, Eldar Əliyev 

RDT-də tamaşalar hazırlayıblar. Məhərrəm Haşımov,  Ənvər Behbudov, Mehdi Məmmədov, 

Gülcahan Güləhmədova, Cənnət Səlimova ayrı-ayrı illərdə teatrda baş rejissor işləyiblər. 

Kollektivdə Sergey Mayorov, Aleksandr Qripiç, Konstantin Stepanov-Kolosov, Aleksandr İvanov, 

Arseni Ridal, David Qutınan, Georqi Georqiyevski, B.Velikanov, Pyotr Yudin, Vladimir Şveytser

Vasili Fyodorov, Yakov Yaroslavski kimi istedadlı rejissorlar çalışıblar. 

Teatrda oynanılan tamaşalara məşhur rəssamlar Sergey Yefimenko, Vyaçeslav İvanov, 

Nikolay Ovçinnikov, Fyodor Qusak, Rüstəm Mustafayev, Nüsrət Fətullayev, Bədurə Əfqanlı, Elçin 

Məmmədov, Tahir Tahirov, Ağarəhim  Əliyev, Yuri Toropov bənzərsiz janrlarda səhnə  tərtibatları 

veriblər. Bəstəkarlar Qara Qarayev, Fikrət  Əmirov, Tofiq Quliyev, Xəyyam Mirzəzadə teatrla sıx 

yaradıcılıq əlaqələri saxlayıblar. 

Səksəli beş illik fəaliyyəti dövründə teatrda sonralar Moskvanın sənət ocaqlarında 

yaradıcılıqlarını davam etdirən, SSRt xalq artisti fəxri adına layiq görülmüş Mixail Jarov, Faina 

Ranevskaya, Boris İlin, Azərbaycan Respublikasının xalq artistləri Antonina Filippova, Viktor 



Şarlaxov, Konstantin Myakişev, Nikolay Şulqin, Viktor Baykov, Yuzef Çarski, Pyotr Jarikov, 

Vladimir Otradinski, E. Tareyeva, Aleksandra Suvirova, Marqarita Annekso, Pyotr Yudin, Kseniya 

Babiçeva, Vera Şirye, Raxil Ginzburq, Sergey Yakuşev, Nina Sarnatskaya, Konstantin Adamov, 

Dina Tumarkina, Anatoli Falkoviç, Mixail Aduşev kimi şöhrətli aktyorlar işləyiblər. 

Məşhur sənətkarlar Fuad Poladov, Lüdmila Duxovnaya, Murad Yegizarov hazırda 

kollektivin truppasında çalışırlar. 

Teatrın baş rejissoru əvvəllər kollektivin aparıcı aktyorlarından olan, xalq artisti Aleksandr 

Şarovskidir. 

 

*  *  * 


 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   359   360   361   362   363   364   365   366   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin