Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


MƏMMƏD BÜRCƏLİYEV (25.4.1914 - 25.11.1994)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə371/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   367   368   369   370   371   372   373   374   ...   470
MƏMMƏD BÜRCƏLİYEV (25.4.1914 - 25.11.1994) 

 

Yaradıcılığı milli gülüş  mədəniyyətimizin, karnaval etikasının, xalq meydan teatrının 

məsxərə  və  məzhəkə janrlarının ifadə xüsusiyyətləri, poetika prinsipləri  əsasında köklənən 

sənətkarlardan biri də  Məmməd Bürcəliyevdir. O, sırf Azərbaycan realist aktyor məktəbinə daxil 

olan sənətkarlardandır. 

Ömrünün son nəfəsinə  qədər teatrdan ayrılmayıb, səhnədə yeni-yeni nailiyyətlər sorağı ilə 

inamla, coşğunluqla çalışıb. Yumorunun hüsnü-təravəti, satirasının kəskinliyi və  şirəliliyi, səhnə 

danışığındakı duzlu, şirəli koloriti, vücudunun göz oxşayan səhnə cazibəsi ilə yadda qalıb. 

Məmməd İsmayıl oğlu Bürcəliyev 1914-cü il aprelin 25-də Nuxa şəhərində (indiki Şəkidə) 

doğulub. Beşillik ibtidai təhsilini burada alıb və 1930-cu ildə Bakıda "Fabrik-zavod məktəbi"nə 

daxil olub. Bir ilə yaxın Bakıda oxuyan Məmməd Bürcəliyev 1933-cü ildə  Şəki Dram Teatrında 

aktyorluq fəaliyyətinə başlayıb. 1935-ci ildə Gəncə Dövlət Dram Teatrına gəlib. Truppaya çox tez 

uyğunlaşan aktyor xarakterik və tiplk rollarda daha böyük sənət uğurları qazanıb. 

İmamverdi və Qubernator, Baloğlan, Xaspolad, Altunbay, Səlim, Cavad xan, Qurban ("1905-

ci ildə", "Almaz", "Oqtay Eloğlu", "Od gəlini", "Aydın", "Nəsrəddin  şah" və "Solğun çiçəklər", 

Cəfər Cabbarlı), Rotsınan ("Qaçaqlar", Fridrix Şiller), Rodriqo ("Otello", Vilyam Şekspir), 

Kərbəlayı Qulam ("Hacı  Fərəc", Nəcəf bəy Vəzirov), Qəşəm Məmişov ("Məhəbbət", Mirzə 

İbrahimov), Kürd Musa ("Vaqif", Səməd Vurğun), Leonido ("Nə yardan doyur, nə  əldən qoyur", 

Lope de Veqa), vəkü, Ohan yüzbaşı, Mirzə Həbib ("Mürafiə vəküləri", "Hacı Qara" və "Lənkəran 

xanının vəziri", Mirzə Fətəli Axundzadə), Mirzə Salman, Səfər ("Nişanlı qız" və "Əliqulu  evlənir",   

Sabit   Rəhman),   Hacı    Baxşəli  ("Ölülər",   Cəlil Məmmədquluzadə),  Şair ("Kəllə", Nazim 

Hikmət),  Əmrah ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Gərşivəz, Bəy, Serqo ("Səyavuş", 




"Maral" və  "Şeyx Sənan", Hüseyn Cavid), Səməndər ("Kişilər", Altay Məmmədov), Likxit ("Üç 

quruşluq opera", Bertolt Brext), Qulu ("Bahar suları",  İlyas  Əfəndiyev), Cavad kişi ("Qız atası", 

Əfqan),  Şəkərlinski ("Kəndçi qızı", Mirzə  İbrahimov), Effer ("Bura gəlin",  Əziz Nesin), Yeqor 

Qulumov ("Quduz pullar", Aleksandr Ostrovski), Qeyza Qaliba ("Qəribə dilənçi", Yan Saloviç), 

karıno Pikkio ("Aygül diyarı", Mustay Kərim), korifey ("Antiqona", Sofoki), Möhsün ("Ata mülkü", 

Əkrəm  Əylisli),  Əjdər Zahidoviç ("Gözıllik ondur", Salam Qədirzadə), Lord Xeytinqs ("111 

Riçard", Vilyam Şekspir), Şəhid atası ("Cavad xan", Nüşabə Məmmədova) rolları aktyorun şövqlə 

yaratdığı səhnə surətləridir. 

Məmməd Bürcəliyev "Azərbaycanfilm"də istehsal olunmuş "Mən ki, gözəl deyildim" 

(Əsgər), "Dəli Kür" (Allahyar), "Gözlə  məni" (Bəy), "Qəm pəncərəsi" (Rəşid bəy), "O dünyadan 

salam" (Hacı Baxşəli), "Köhnə bərə" (kolxozçu), "Firəngiz" (Sürücü) kinolentlərində çəkilib. 

1950 - 1952-ci illərdə teatrda direktor işləyib. Bacarığını quruluşçu rejissor kimi də sınaqdan 

çıxarıb. Cəlil Məmmədquluzadənin "Ölülər", Altay Məmmədovun "Həmyerlilər", "Bəraət", Yusif 

Əzimzadənin "Anacan", Teymur Məmmədovun "Ürək yanarsa...", Rəsul Həmzətovun "Dağlar qızı", 

Şəfaət Mehdiyevin "Mirzə Fətəli", Sabit Rəhmanın "Əliqulu evlənir", Qərib Mehdiyevin "Oxşarlar", 

Abdulla Şaiqin "Tü1kü Həccə gedir" pyeslərini tamaşaya hazırlayıb. 

Altmış ilə yaxın Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında çalışan Məmməd 

İsmayıl oğlu Bürcəliyev 24 iyul 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 may 

1958-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. 

Məmməd Bürcəliyev 25 noyabr 1994-cü ildə vəfat edib. Məzarı Gəncə şəhərində Bağbanlar 

məhəlləsindəki Fəxri xiyabandadır. 

 

 





Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   367   368   369   370   371   372   373   374   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin