(1912 - 1980)
Əməkdar artist idi. Yaradıcılığının ən parlaq illəri Gəncə teatrı ılə baglıdır. Tipik və
psixoloji epizod rollar ustası kimi tanınıb. Əsasən Məmməd Cəfər imzası ilə tanınıb.
Gəncə Dövlət Dram Teatrında oynadığı əsas səhnə surətləri: İvanov ("Özgə uşağı", Vasili
Şkvarkin), Zakon Güləli, Gümüşov, Xacə Mübarək ("Kişilər", "Həmyerlilər" və "U1duzlar
görüşəndə", Altay Məmmədov), Dönməz, Əbdül, Aftil ("Od gəlini", "Solğun çiçəklər" və "Almaz",
Cəfər Cabbarlı), Bəxtiyar ("Şərqin qalası", Qurban Musayev), Mirzə Aşa ("Babək", Əbil Yusifov),
Əli bəy və Vidadi ("Vaqif", Səməd Vurğun), Dato ("Vətən namusu", Georgi Mdivani), Mirzə
Hüseyn və Kərəmov, Xəlil, Hüseyn ("Toy", "Əliqulu evlənir" və "Aşnalar", Sabit Rəhman), Əliş
("Qatır Məmməd", Zeynal Xəlil), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Lüd-viq
("Praqanın şabalıd ağaclarının altında", Konstantin Simonov), Şair və Sərsəri ("Kəllə", Nazim
Hikmət), İqnas ("Qəribə dilənçi", Yan Saloviç), Cabbar ("Xəyanət", Həsən Bicari və Qulamrza
Cəmşidi), Əli ("Qaynana", Məcid Şamxalov), Həsənağa ("Göz həkimi", İslam Səfərli), Atobba
("Vicdan", Bəxti-yar Vahabzadə), Kamran ("Məhəbbət nişanəsi", Səttar Axundov), Fenardo
("Kələkbaz sevgili", Lope de Veqa), Belek ("Şikayət qəbul edilmir", Toktobolat Əbdülmöminov),
Polkovnik İqnatyev ("Qaya", Ədil İsgəndərov), İsaq Mendosa ("Aldanmış adaxlı", Riçard Şeridan),
Fərəcov ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Bornoq ("Bura gəlin", Əziz Nesin), Cənab
Piçem ("Üç qəpiklik opera", Bertolt Brext), Qasım ("Nişanlı qız", Sabit Rəhman), Qratsiano
("Otello", Vilyam Şekspir), Karpe ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli).
Dostları ilə paylaş: