olan Ələkbər Seyfulla oğlu Seyfinin yaradıcılığı öz səmimiyyəti, realist boyalarının emosionalhğı,
otuzuncu illərində psixoloji teatr ünsürlərindən cəsarətlə bəhrələnən ilkin aktyorlar sırasında
Ələkbər Seyfinin də adını çəkmək olar. Aktyor bütün yaradıcılığı boyu bu istiqamətdə axtarışlarını
Ələkbər Seyfi Novruz bayramının axır çərşənbəsində 19 mart 1901-ci ildə Tiflis şəhərində
və alman dilləri tədris edilirdi. Məktəb mütərəqqi tədris proqramı əsasında dərs keçirdi. 1914-cü ilin
əvvəllərində Hüseyn Ərəblinski və Əbülfət Vəli Tiflisə növbəti qastrola gəliblər. Bakı aktyorlarının
"Dəmirçi Gavə" (Şəmsəddin Sami) tamaşasında Ələkbər Seyfi Bəhram rolunda ilk dəfə səhnəyə
çıxıb. 1917-ci ildə "İbrət" dram dərnəyinə üzv olub. Tezilklə o, xeyli rol oynayıb.
1928-ci ildə Bakıya, Türk İşçi Teatrında işləməyə dəvət edilib. Ələkbər Seyfinin
nizam-intizam səriştəliliyi, yüksək səhnə etikasma malik olması Bakı İşçi Teatrında da özünün
səmərəli nəticələrini verib. Aktyor kimi tamaşalarda oynayan Ələkbər Seyfi yüksək təşkilatçılıq
bacarığına görə 1930 - 1931-ci il teatr mövsümündə kollektivə direktor təyin olunub. 1933-cü ildə
Gəncəyə köçüb. Bu sənət ocağında Ələkbər Seyfinin yaradıcılığının yeni mərhələsi başlayıb.
Ələkbər Seyfinin müəyyən uzun və qısa fasilələrlə Gəncə Dövlət Dram Teatrında oynadığı
əsas rollarını bu ardıcıllıqla sadalamaq olar: Katib ("Fahişə", Vladimir Marqaret), Şeyx Əbülqasım
("Qanlı səhra", Ələkbər Seyfinin təbdili), Lu Quy ("Tufan", Tsao Yuy), Şeyx Kəbir, Piran ("Şeyx
Sənan" və "Səyavuş", Hüseyn Cavid), Şeyx Əhməd ("Ölülər", Cəlil Məmmədquluzadə), Mirzə
Sadıq xan, Belokurov, Ocaqqulu ("Nəsrəddin şah", "Yaşar" və "Almaz", Cəfər Cabbarlı), kapitan
Bernardo ("Kələkbaz sevgili", Lope de Veqa), ksanf ("Tü1kü və üzüm", Gilerma Fiqeyredu), Dəllək
Yaqub ("Həmyerlilər", Altay Məmmədov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy
Haqverdiyev), Karlo Plkkio ("Aygül diyarı", Mustay Kərim), Mirzə Əliabbas ("Küləklər", Sabit
Rəhman), Qratsiano ("Otello", Vilyam Şekspir), Müfəttiş ("Qatarlar səhər gedir", Raymond
kauqvern), Dmitri Petroviç ("İki qardaş", Mixail Lermontov), Naçalnik ("Hacı Qara", Mirzə Fətəli
Axundzadə), Alı kişi və Naçalnik ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Sarvan kişi ("Kəndçi qızı",
Mirzə İbrahimov), Həsən bəy Zərdabi ("Mirzə Fətəli", Şəfayət Mehdiyev), Abdulla ("Vicdan",
Bəxtiyar Vahabzadə).
Ələkbər Seyfinin güclü və peşəkar tərcüməçilik səriştəsi vardı. Yaradıcılığının mahiyyəti,
üslub səciyyələri, bədii-estetik prinsipləri, poetika göstəricilərinin xüsusiyyətləri ba-xıınından realist
aktyor məktəbinin nümayəndəsi olan Ələkbər Seyfinin bir neçə ekran obrazı da var. O,
"Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Səhər" (Mürəttib), "Qanun naminə" (Qoca
kəndli), "Uşaqlığın son gecəsi" (İsmayıl dayı), "Mən ki, gözəl deyildim" (Hesabdar) rollarına
çəkilib.
Milli səhnə mədəniyyətimizin tərəqqisindəki xidmətlərinə görə Ələkbər Seyfi 20 may 1958-
ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 14 dekabr 1961-ci ildə xalq artisti fəxri adları ilə
təltif olunub.
15 dekabr 1977-ci ildə Gəncədə vəfat edib və şəhərin Bağbanlar məhəlləsindəki Fəxri
xiyabanda dəfn olunub.
Dostları ilə paylaş: