GƏNCƏ DÖVLƏT DRAM TEATRI
Gəncə şəhərində teatr sənətinə ilk maraq on doqquzuncu əsrin sonlarında yerli ziyalılar
tərəfindən göstərilib. 1899-cu ildə burada "Teatr" adlanan bina həvəskar aktyorların ixtiyarına
verilib. Yerli ziyalı, müəllim, dramaturq, milli teatrşünaslıq elmimizdə ilk kitabçanın müəllifi Mirzə
Məhəmməd Axundzadə (Axundov. 1876 - 1923) teatr prosesinin canlanınasında səmərəli işlər
görüb. Onun "Səd Vəqqas" ("Səd ibn Vəqqas") pyesi Bakı və Tiflis teatr truppalarında da oynanılıb.
Teatr həvəskarlarının əsas məqsədləri maarifçilik ideyalarını təbliğ etmək, şəhərdəki məktəblərdə
oxuyan kasıb şagirdlərə yardım göstərmək, kitabxanalara mətbuat nümunələri və kitablar almaq
üçün vəsait toplamaq idi.
Ziyalıların təşəbbüsü ilə 1906-cı ildə həvəskarlardan ibarət "Gəncə müsəlman dram məclisi"
teatr truppası yaradılıb. 1909-cu ildən başlayaraq Bakı aktyorları Hüseyn Ərəblinskinin, Sid-qi
Ruhullanın, Hüseynqulu Sarabskinin, Cəlil Bağdadbəyovun yığcam dəstələrlə Gəncəyə qastrol
səfərləri teatr prosesini daha da canlandırıb. Belə mədəni əlaqələr sayəsində Gəncədə yaşayan
Məşədi Cəmil Əmirov "Seyfəlmülk" operasını yazıb.
1920 - 1932-ci illərdə truppanın fəaliyyətində yeni mərhələ başlayıb. Repertuarda Mirzə
Fətəli Axundzadənin "Hacı Qara", "Xırs quldurbasan" və "Molla İbrahimxəlil kimyagər", Nəcəf bəy
Vəzirovun "Müsibəti-Fəxrəddin", "Pəhlivanani-zəmanə" və "Ağa Kərim xan Ərdəbili", Əbdürrəhim
bəy Haqverdiyevin "Millət dostları", "Ağa Məhəmməd şah Qacar", "Pəri cadu" və "Ac həriflər",
Nəriman Nərimanovun "Nadir şah", "Bahadır və Sona" və "Dilin bəlası" ("Şamdan bəy"), Hü-seyn
Cavidin "Maral", "İblis", "Şeyx Sənan" və "Knyaz", Cə-fər Cabbarlının "Aydın", "Vəfah Səriyyə",
"Oqtay Eloğlu", "Sevil" və "Od gəlini", Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və
Kərəm", "Şah Abbas və Xurşid banu", "Ər və arvad", "Məşədi İbad" və "Arşın mal alan", tərcümə
pyeslərin-dən Şəmsəddin Saminin "Dəmirçi Gavə", Jan Batist Molyerin "Don Juan" və "Vasvası
xəstə", Vano Mçedaşvilinin "Qaçaq Kərəm", İvan Turgenevin "Pulsuzluq" dram, faciə, komediya,
opera və operetta əsərləri mühüm yer tutub. Qadınlar, dəmiryolçular, həmkarlar klublarında güclü
dram dərnəkləri olub.
1920-ci illərin sonlarında peşəkarlıq baxımından nailiyyətlər qazanan həvəskarlar arasında
Ədil İsgəndərov, İbrahim Həmzəyev, Barat Şəkinskaya, Qulam Qoşqarlı, Mikayıl Davudov, Kərim
Sultanov, Əsəd Şeyxzamanov, Abbas Məmmədov, İsmayıl Əfəndiyev kimi gələcəyin böyük sənət
ustaları vardı. Hətta Ədil İsgəndərovla İbrahim Həmzəyev Bakı Teatr Məktəbində təhsil almışdılar.
Onlar 1932-ci ildə Gəncədə Hüseyn Ərəblinski adına Dövlət Dram Teatrı açmaq üçün təşəbbüs
göstərmiş və bir neçə tamaşadan ibarət maraqlı repertuar hazırlamışdılar. Lakin 1932-ci il dekabrın
28-də respublika mətbuatında Bakı Türk İşçi Teatrının Gəncəyə köçürülməsi barədə geniş
materiallar verilib və bu, həvəskarların təşəbbüslərini başqa formada reallaşdırıb.
BTİT-nin yaradıcı heyəti Gəncəyə 1933-cü ilin yanvarında gəlib. Müxtəlif texniki avadanlıq,
dekorasiyalar, rekvizit və butafor ehtiyatı yanvarın 4-də və 5-də gətirilib. Teatr üçün şəhərdə
əlverişli bina yox idi, nisbətən yararlı klub isə təzə kollektiv üçün yanvar ayından təmirə
dayandırılmışdı. Buna görə də "Sınema" kinoteatrı DDT-yə verilib. Teatrın yaradıcı heyətinə yerli
həvəskarlardan da xeyli istedadlı gənc qəbul olunub. Teatrın Bakı repertuarının əsas tamaşaları yeni
aktyorlar əlavə olunmaqla bərpa edilib. Teatrın baş rejissoru Abbasmirzə Şərifzadə iki ay yarım
ərzində Hüseyn Cavidin "Şeyx Sənan", Cəfər Cabbarlının "Yaşar", Aleksandr Şirvanzadənin
"Namus" dramlarını tamaşaya hazırlayıb. Bu əsərlərdən, həmçinin bərpa olunmuş "Hind qızı"
(Əbdülhəq Hamid), "Özgə uşağı" (Vasili Şkvarkin), "Cancur Səməd" (Jan Batist Molyer), "Fahişə"
(Viktor Marqaret) tamaşalarından ibarət repertuarla teatr 1933-cü ilin mart ayında ilk pərdələrini
tamaşaçılara açıb.
Elə bu il teatrın nəzdində aktyor studiyası təşkil edilib. Həmçinin məktəb şagirdlərinin və
yeniyetmələrin teatr sənətinə maraqlarını formalaşdırmaq məqsədilə truppanın daxilində Gənc
Tamaşaçılar Teatrı Şöbəsi təşkil edilib. Gənc aktyor Əjdər Sultanov oraya bədii rəhbər təyin olunub.
Şöbə tezliklə öz repertuarını qurub və burada oynanılan pyeslər əsasən Bakıdakı GTT-nin
repertuarından götürülüb.
Təmir olunan bina 1935-ci ilin sonlarında təhvil verilib və bu münasibətlə teatrın təzə
məkanında dekabr ayının 25-də təntənəli iclas keçirilib. Səhərisi gün isə teatra yenicə baş rejissor
təyin olunmuş Yusif Yulduzun quruluşunda Cəfər Cabbarlının "Od gəlini" qəhrəmanlıq dramının ilk
tamaşası göstərilib.
1942-ci ilin payız teatr mövsümünə qədər Həbib İsınayılov, İsmayıl Əfəndiyev, Ağəli
Dadaşov, Həsən Ağayev teatrda müxtəlif müddətlərdə baş rejissor işləyiblər. Bu müddətdə teatr
tamaşaçılara Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", Cəfər Cabbarlının "Almaz",
"Sevil", "1905-ci ildə", Cəlil Məmmədquluzadənin "Ölülər", Mirzə İbrahimovun "Həyat", "Madrid",
Səməd Vurğunun "Vaqif", "Fərhad və Şirin", Sabit Rəhmanın "Toy", "Xoşbəxtlər", Qurban
Musayevin "Şərqin qalası", Məmmədhüseyn Təhmasibin "Bahar", Jan Batist Molyerin "Jorj
Danden", Mixail Lermontovun "İki qardaş", Fridrix Şillerin "Qaçaqlar", Aleksandr Puşkinin "Daş
qonaq", Vilyam Şekspirin "Otello", Lev Şeynin və Tur qardaşlarının "Üzləşdirmə", Georgi
Mdivaninin "Vətən namu-su" pyeslərinin müxtəlif janrlarda hazırlanan tamaşalarını və neçə-neçə
digər səhnə əsərini təqdim edib.
1942-ci ildə teatrın sıravi rejissoru Mehdi Məmmədov Gəncə DDT-yə baş rejissor təyin
olunub. O, iki il əvvəl Moskvada ali rejissor təhsili almışdı. Mehdi Məmmədovun dörd ilə yaxın baş
rejissorluq fəaliyyəti teatrın müasirlik axtarışlarını yeni məcraya salıb, onun poetika göstəricilərinin
əsas estetik prinisiplərini formalaşdırıb. Yeni yaradıcılıq üslubunu yaradaraq onu inkişaf etdirən
teatr 1950-ci illərin sonlarına kimi həmin istiqamətdə müəyyən yaradıcılıq uğurları qazanıb. Bəzi
zəif və qüsurlu səhnə əsərləri ilə yanaşı, monumental ro-mantik və qəhrəmanlıq xarakterli psixoloji-
dramatik əsərlərə üstünlük verən teatr Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Nəcəf bəy
Vəzirovun "Hacı Qəmbər", Əbdürrəhim bəy Haq-verdiyevin "Pəri cadu", Cəfər Cabbarlının "Oqtay
Eloğlu", "Aydın", "Solğun çiçəklər", Süleyman Sani Axundovun "Eşq və intiqam", Mehdi Hüseynin
"Nizami", Sabit Rəhmanın "Nişanlı qız", Zeynal Xəlilin "Qatır Məmməd", İlyas Əfəndiyevin "Bahar
suları", "Atayevlər ailəsi", İslam Səfərlinin "Göz həkimi", Hüseyn Muxtarovun "Ailə namusu", İlo
Mosaşvilinin "Qərq edilmiş daşlar", Karl Myufkenin "İldırımlı yollarla" (Piter Abrahamsın romanı
üzrə), Nikolay Qoqolun "Müfəttiş", "Evlənmə", Vilyam Şekspirin "Otello" (yeni quruluşda), Lope
de Veqanın "Nə yardan doyur, nə əldən qoyur", "Kə1əkbaz sevgililər", Jan Batist Molyerin "Jorj
Danden", Karlo Haldoninin "İki ağanın bir nökəri", Konstantin Simonovun "Praqanın şabalıd
ağacları altında", "Rus məsələsi" tamaşaları ilə yaradıcılıq axtarışlarını gücləndirib.
Gəncə teatrı 1958-ci ilin may ayında Banıya ilk qastrol səfərinə gəlib. Repertuarda "Ölülər"
(Cəlil Məmmədquluzadə), "Qanq qızı" (Rabindranat Taqorun "Fəlakət" əsəri əsasında), "Kəllə"
(Nazim Hikmət), "Bahar" (Məmmədhüseyn Təhmasib), "Böyük ürək" (İmran Qasımov və Həsən
Seyidbəyli), "Xəyanət" (Həsən Bicari və Qulamrza Cəmşidi) tamaşaları olub. Kollektivin ilk
imtahanı uğurlu keçib və teatrın qabaqcıl rejissor və aktyorlarına respublikanın müxtəlif fəxri adları
verilib.
1960-cı illərdən başlayaraq teatr müasir mövzulu ictimai-sosial problemləri təcəssüm etdirən
əsərlərə üstünlük verib. Gəncə teatrında müəyyən səhnə təcrübəsi olan Həsən Ağayev, Hüseyn
Sultanov, Nəsir Sadıqzadə, Yusif Bağırov, gənc rejissor Vaqif Şərifov Bakıdakı AMDT-də uğur
qazanan lirik-psixoloji üslubda maraqlı tamaşalar hazırlaya biliblər. Yaradıcılıq cəhdləri həmişə
səmərəli alınınasa da, teatr prosesində gedən estetik yeniləşmə, fəlsəfi dərinlik, psixoloji mahiyyət
istiqamətində uğurlar qazanılıb. Teatr eyni zamanda ənənələrinə sadiq qalaraq romantik-
monumental üslubda da tamaşalar hazırlayıb.
Belə çoxşaxəli yaradıcılıq cəhdlərinin nəticəsində afişalarda yeni-yeni milli dramaturqların
adları görünməyə başla-yıb. Gəncə teatrı Azərbaycanda ilk dəfə olaraq Evripidin "Medeya",
Sofokiun "Antiqona", Riçard Şeridanın "Aldanınış adaxlı", Eqon Rannetin "Azmış oğul", Gilerma
Fiqeyredunun "Tü1kü və üzüm", Əziz Nesinin "Bura gəlin", kita Buaçidzenin "Həyətdə qapan it
var", Otiya İoselianinin "Araba hələ aşmayıb", Vilyam Şekspirin "111 Riçard", Nazim Hikmətin
"İvan İvanoviç var idimi?", Orxan Kamalın "72-ci kamera", Aurel Baranqanın "İctimai rəy", Osvald
Zaqradnikin "Zəngli saat", Maksim Qorkinin "Qoca", Mustay Kərimin "Aygül diyarı", Raymond
kauqverin "Qatarlar səhər gedir", Yan Saloviçin "Qəribə dilənçi" əsərlərini öz səhnəsində tamaşaya
hazırlayıb.
1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması, teatrlarda yeni fəaliyyət prinsiplərinin
yaranınası ilə bağlı Gəncə DDT-də yaradıcılıq tərəddüdləri olub. Kollektivin bəzi sənətkarları
teatrdan uzaqlaşıblar. Lakin son bir neçə ildə teatr özünün yaradıcılıq qüvvələrini səfərbər edə bilib
və həmin istiqamətdə axtarış səyləri davam olunur.
Teatrın nəzdində 1979-cu ildə "Zərrabi" Nizami Poeziya Teatrı açılıb. Kollektiv Zərrabi
memarlıq kompleksində yerləşir. Onun repertuarında Nizami Gəncəvinin "Xəmsə"sinin motivləri
əsasında "Şairin gəncliyi", "Xeyir və Şər", "Şair və hökmdar", "Hikmət axşamı", "İsgəndər və
Nüşabə", "Zəhmət dünyası", "Xarəzın gözəlinin hekayəti", "Gül və zəhər" tamaşaları oynanılıb.
Aktyor Telman Əliyev teatrda bədii rəhbər kimi səmərəli yaradıcılıq işləri görə bilib.
* * *
Teatr Bakıdan Gəncəyə köçəndə bir il İşçi Teatrı, az müddət Gəncə İşçi Teatrı kimi fəaliyyət
göstərib və Lavrenti Beriyanın adını daşıyıb. Sənət ocağının adı 1935 - 1938-ci illərdə afişa və
proqramlarda Gəncə Dövlət Teatrı kimi yazılıb. 1939-cu ildən Gəncə Dövlət Dram Teatrı adlanan
kollektivə 1957-ci ildə Cəfər Cabbarlının adı verilib.
Teatr yerli müəlliflərdən Altay Məmmədovun, Fəridə Əlyarbəylinin, Süleyman
Süleymanovun, Məmmədəli Nəsirovun, Abdulla Şərifovun, Əhməd İsayevin, Rövşən Ağayevin,
Nüşabə Məmmədovanın, Elşad Məmmədovun pyeslərini tamaşaya hazırlayıb.
Gəncə DDT-də uzun illər Bəhram Əfəndiyev, Rza Məmmədov, Süleyman Hacıyev kimi
fədakar teatr rəssamları işləyiblər. Gəncədə yaşayan Həsənağa Məmmədov, Asif Məmmədov,
Mübariz Əliyev, Oqtay Qoşqarov, Telman Cəfərov rəngkarlıqla yanaşı, bir sıra tamaşalara səhnə
tərtibatları da veriblər. Məşhur sənətkarlar Nüsrət Fətullayev, Həsən Mustafayev, Fyodor Qusak,
İsmayıl Axundov, Dmitri Tavadze, Yuri Toropov, Elbəy Rzaquliyev, Altay Səidov, Elçin
Məmmədov, Sənan Qurbanov dəvətlə teatrda müxtəlif tamaşalara rəssamlıq ediblər. Belə yaradıcılıq
əlaqələri teatrın forma axtarışlarına imkan genişliyi verib.
Şəhərin bəstəkarları Qəmbər Hüseynli, Bayram Hüseynli, Müzəffər Həsənov, Xəlil Cəfərov,
Şirin Rzayev, müəyyən vaxt burada işləyən Şəmsəddin Fətullayev teatrla sıx yaradıcılıq əlaqələri
yarada biliblər. Ayrı-ayrı rejissorlar məşhur bəstəkarlar Səid Rüstəmova, Niyaziyə, Əfrasiyab
Bədəlbəyliyə, Qara Qarayevə, Süleyman Ələsgərova, Şəfiqə Axundovaya, Fikrət Əmirova,
Cahangir Cahangirova, Azər Rzayevə, Nazim Əliverdibəyova, Vasif Adıgözəlova öz tamaşaları
üçün musiqi sifariş veriblər. Bu ənənə uzun illər davam edib.
Gəncə Dövlət Dram Teatrı dəfələrlə Bakıda, Azərbaycanın əksər rayonlarında, Gürcüstanın
və Ermənistanın azərbaycanlıların qədim yaşayış rayonlarında qastrol səfərlərində olub.
Dostları ilə paylaş: |