Səməd Tağızadə
(1907-17.11.1978)
Səhnədə ilk uğurlarını Şəki teatrında qazanıb. Gəncə teatrının fəaliyyətinin ilk illərindən
truppaya qəbul edilib və kollektivin aparıcı aktyorlarından olub. Azərbaycan Respublikasının
əməkdar artisti fəxri adına layiq görülüb. Yaradıcılığının çiçəkləndiyi dövrdə səsi tutulub və teatrda
truppa müdiri və sairə vəzifələrdə işləyib.
Gəncə DDT-də əsas rolları: Sərvətzadə ("Özgə uşağı", Vasili Şkvarkin), Mirzə Saleh,
Bəhram, Aydın, Baxşı və Eyvaz, İbad ("Nəsrəddin şah", "Solğun çiçəklər", "Aydın", "1905-ci ildə"
və "Almaz", Cəfər Cabbarlı), Keller ("Üzləşdirmə", Lev Şeynin və Tur qardaşları), Kamal
("Qohumlar", Hacıağa Quliyev), Babək ("Babək", Əbil Yusifov), Karl Moor ("Qaçaqlar",
Fridrix Şiller), Vaqif ("Vaqif", Səməd Vurğun), Surxay ("Toy", Sabit Rəhman), Seyran ("Namus",
Alensandr Şirvanzadə), Rauf ("Həyat", Mirzə İbrahimov), Tərlan ("Bahar", Məmmədhüseyn
Təhmasib), Şirvan şahı ("Nizami", Mehdi Hüseyn), Otello ("Otello", Vilyam Şekspir), Yusif
("Məhəbbət", Mirzə İbrahimov), İldırım Atayev ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Hacı Həsən
ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Lenin ("Nəriman ata", Asif Zeynallı).
Dostları ilə paylaş: |