Ağa Məmmədov
Əməkdar artist olub. Teatrın yaradıcılığı xarakter rolların ifasında formalaşan aktyorlarından
idi. Truppaya teatrın fəaliyyətinin ilk illərində daxil olub və bir müddət Tiflis teatrında çalışıb.
Təmkinli yumoru, yığcam, lakin mənalı ifadə vasitələri, tipik ştrixləri ilə oynadığı obrazlara şuxluq
və canlılıq gətirirdi.
Gəncə teatrıda əsas rolları: Kərəm əmi ("Bahar", Məmmədhüseyn Təhmasib), Mirzə Salman,
Əliqulu, Sadıq ("Nişanlı qız", "Əliqulu evlənir" və "Xoşbəxtlər", Sabit Rəhman), Vəzir və Şeyx Alı
("Vaqif", Səməd Vurğun), Qratsiano ("Otello", Vilyam Şekspir), Abdulla Sadıq ("Qərq edilmiş
daşlar", İlo Mosaşvili), Jezlov ("Xərçənglər", Sergey Mixalkov), Ağa Hüseyn, Balaxan, Məhəmməd
xan ("Solğun çiçəklər", "Aydın" və "Nəsrəddin şah", Cəfər Cabbarlı), Sadıqov ("Atayevlər ailəsi",
İlyas Əfəndiyev), İrandust Cabbar ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Mirbağır ağa
("Ölülər", Cəlil Məmmədquluzadə), Muradov ("Böyük ürək", İmran Qasımov və Həsən Seyidbəyli),
Pişxidmət ("Səyavuş", Hüseyn Cavid), Hüseyn Ağabacı ("Kişilər", Altay Məmmədov), Oroz
("Şikayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Ağalarov ("Şərqin səhəri", Ənvər
Məmmədxanlı), Roman Timofeyeviç ("Sabahın xeyir!", Viktor Rozov), Hacı Salah ("Lənkəran
xanının vəziri", Mirzə Fətəli Axundzadə), Riçard Sterlinq ("Sarı ƏlCək", Əfqan Əsgərov), Don
Hernimo ("Aldanmış adaxlı", Riçard Şeridan), Şah Ələmgir ("Əlvida, Hindistan!", Qeybulla
Rəsulov), Qəlyanalı ("Adı sənin, dadı mənim", Seyfəddin Dağlı), Vano Laitadze ("Ürək yanarsa...",
Teymur Məmmədov), Hacı bəy ("Qatır Məmməd", Zeynal Xəlil), Muradov ("Böyük ürək", İmran
Qasımov və Həsən Seyidbəyli), Cənab Piçem ("Üç qəpiklik opera", Bertolt Brext), kadiryan
Yabaqayev ("Aygül diyarı", Mustay Kərim), Baş senator ("Otello", Vilyam Şekspir), Balbazov,
Zaman xan ("Həmyerlilər" və "Ulduzlar görüşəndə", Altay Məmmədov).
Dostları ilə paylaş: |