Gəncədə doğulub. Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasında oxuyub
ocağında ən yaxşı rolları bunlar sayılır: Eldar, Doktor Söhbət ("Vaqif" və "Xanlar", Səməd Vurğun),
Nəcəf bəy ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Otello ("Otello", Vilyam Şekspir), Yuri
("İki qardaş", Mixail Lermontov), Sərsəm Sem ("İldırımlı yollarla", Karl Myufken), Saatsaz
("Kreml saatı", Nikoİay Poqodin), Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Mindilli ("Nişanlı qız",
Sabit Rəhman), Bərbərzadə ("Xoşbəxtlər", Sabit Rəhman), Aydın, İmamyar ("Aydın" və "Yaşar",
Cəfər Cabbarlı).
Məmmədrza Şeyxzamanov 1954-cü ilin ortalarında Gəncədən Bakıya gəlib və Akademik
Milli Dram Teatrının aktyor truppasına daxil olub.
Dostları ilə paylaş: