Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə392/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   388   389   390   391   392   393   394   395   ...   470
ƏŞRƏF YUSİFZADƏ  

(5.12.1906- 7.3.1963) 

 

Romantik aktyor məktəbinin qabil sənətkarlarından olub. Realist səpkili tamaşalarda da 



romantik monumentalizmə meyil göstərib. 

Coşğun səhnə ehtirası, daxili temperamenti, gur səsi, qaynar psixoloji aləmi, pafoslu danışıq 

ahəngi kiassik faciə obrazlarının və çağdaş romantik duyğulu xarakterlərin səhnə  təcəssümündə 

daha qabarıq nəzərə çarpıb. 

Qəhrəman surətlərdə qazandığı nailiyyətlərlə yanaşı, mürəkəb psixoloji personajları da 

məharətlə oynaya bilib. 

Daxili aktyorluq harınoniyasını plastik hərəkətlərdə ustalıqla təcəssüm etdirməyi bacarıb. 

Zəngin mimika ifa vasitələri mənimsəmişdi. Romantizmi və emosionallığı  həssaslıqla öz 

oyununda çuğlaşdırırdı. 

Yaradıcılığının  ən parlaq mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan Əşrəf Əmrah 

oğlu Yusifzadə 5 dekabr 1906-cı ildə Şərur rayonunun Sərxanlı kəndində doğulub. On dörd yaşma 

kimi kənddə yaşayıb.  Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub (1921 - 1925). Ədəbiyyata, 

dramaturgiyaya coşğun həvəs göstərən Əşrəf məktəbdəki dram dərnəyinin fəallarından olub. 

Beşillik təhsilini uğurla başa vuraraq müəllimlərinin tövsiyəsi ilə  İrəvana gəlib. Burada 

iyirminci illərdə bütün SSRİ-də  dəbdə olan "Rabfaka" (fəhlə fakültəsinə) daxil olub. Təhsilinə 

davamiyyətli şəkildə yiyələnən Əşrəf Yusifzadə eyni zamanda İrəvanda Azərbaycan teatrının canlı 

klassiklərindən olan Yunis Nurinin dram dərnəyinə gedib. Burada epizodik rollar oynayıb, kütləvi 

səhnələrdə iştirak edib. 

Fəhlə fakültəsini iki ilə başa vuran Əşrəf Yusifzadə Yunis Nurinin zəmanəti ilə İrəvandam 

Azərbaycan teatr dəstəsinin aktyor heyətinə  qəbul olunub. 1928-ci ildə bu kollektivin əsasında 

İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaranıb və kollektiv Jan Batist Molyerin "Zorən təbib" 

komediyası ilə fəaliyyətə başlayıb. Aktyor bu tamaşada nökər rolunu ifa edib. Əşrəf Yusifzadə dram 

truppasında və Dövlət Teatrında hazırlanmış  Cəfər Cabbarlının "Aydın" (Dövlət bəy), Qabriel 

Sundukyanın "Pepo" (Pepo) əsərlərinin tamaşalarında əsas rollarda oynayıb. 

1930-cu ildə  Əşrəf Yusifzadə teatr sənətindən ayrılaraq Bakıya ali təhsil almağa gəlib. 

Burada Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olub. Məşhur aktyor Rza 

Təhmasiblə, şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr sənətinə bağlayıb. 1932-ci 

ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Kollektivlə birgə 1933-cü ildə 

Gəncəyə gəlib və ömrünün sonun qədər Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. 



1936-cı ildən müstəqil binada fəaliyyət göstərən Gəncə DDT-nin repertuarının əsas ağırlığını 

cəsarətlə  çəkən, demək olar, bütün qəhrəman və  əsas rolları oynayan barınaqla sayılacaq aparıcı 

aktyorlardan biri də Əşrəf Yusifzadə idi. O, Gəncə tamaşaçılarının rəğbət və məhəbbətini, ehtiram 

və hörmətini qazanmışdı, kollektivin populyar aktyoru kimi sevilirdi. 

Teatrda tamaşalar hazırlamış rejissorlardan Həbib İsmayılovun, Mehdi Məmmədovun, Həsən 

Ağayevin, Yusif Yulduzun, Hüseyn Sultanovun, Tofiq Kazımovun, Nəsir Sadıqzadənin, Yusif 

Bağırovun, Vaqif Şərifovun, Əşrəf Quliyevin bədii cəhətdən daha kamil quruluşlarında əsas rolları 

Əşrəf Yusifzadə ifa etmişdir. 

Məşhur aktyorun zəngin və əlvan yaradıcılıq xəzinəsinin aydın və parlaq mənzərəsi belədir: 

Mirzə  Rəhim ("Özgə  uşaqları", Vasili Şkvarkin), Balarza, Atakişi, Mirzə Rza, Aqşin, General-

qubernator, Dövlət bəy ("Almaz", "Sevil", "Nəsrəddin şah", "Od gəlini", "1905-ci ildə" və "Aydın", 

Cəfər Cabbarlı), Məktəb naçalniki ("Üzləşdirmə", Tur qardaşları  və Lev Şeynin), Frans Moor 

("Qaçaqlar", Fridrix Şiller), Vaqif və Qacar, Xosrov ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), 

Dəmirçi   Musa,   Mirzə   Qərənfil,   Gülümov,   Qasım   ("Toy", "Xoşbəxtlər",   "Aşnalar"  və   

"Nişanlı  qız",  Sabit Rəhman), Yaqo ("Otello", Vilyam Şekspir), Veysəl və Qaya ("Bahar", 

Məmmədhüseyn Təhmasib), Hacı Fərəc ("Hacı Fərəc", Nəcəf bəy   Vəzirov),   Nizami   ("Nizami",   

Mehdi   Hüseyn),   Tofiq ("İntizar",  İlyas  Əfəndiyev və Mehdi Hüseyn), Əhmədi Biqəm, Məşədi 

Hüseyn ("Məhəbbət" və "Həyat", Mirzə  İbrahimov), Hacı Qara ("Hacı Qara",  Mirzə  Fətəli 

Axundzadə),  Xosrov Atayev,  Nəcəf ("Atayevlər ailəsi"  və  "Bahar suları", İlyas Əfəndiyev), Con 

Rayt ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Şeyx  Nəsrulla  ("Ölülər",   Cəlil  Məmmədquluzadə),   

Vilyams ("Kəllə", Nazim Hikmət), Qurban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Los və 

Muradov ("Böyük ürək",  İmran Qasımov və  Həsən Seyidbəyli), Sultan Zöhrabov ("Vicdan", 

Bəxtiyar Vahabzadə), Şeyx Sənan və Özdəmir, Keykavus ("Şeyx Sənan"   və   "Səyavuş",   Hüseyn   

Cavid),   Ezop   ("Tü1kü   və üzüm", Gilerma Fiqeyredu), Səməd Vurğun ("Komsomol poeması", 

İsgəndər Coşqun). 

Əşrəf Yusifzadənin parlaq istedadının pərəstişKarları  Gəncədən başqa  Şəmkirdə, Qazaxda, 

Tovuzda, Yevlaxda, Şəkidə, Lənkəranda, İrəvanda, Ağdamda, Şuşada, Füzulidə, Laçında... da çox 

idi. Çünki teatr bu rayonlarda uğurla qastrol tamaşaları göstərib. 

Romantik aktyor, cəfakeş teatr xadimi, gənclərin qayğıkeş hamisi Əşrəf Yusifzadə 17 iyun 

1943-cü ildə Azərbaycan espublikasının  əməkdar artisti və 30 aprel 1955-ci ildə xalq artisti fəxri 

adları ilə təltif olunub. 

Əşrəf  Əmrah oğlu Yusifzadə 1963-cü il mart ayının 7-də  Gəncə  şəhərində  vəfat edib və 

buradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında dəfn olunub. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin