Yaradıcılığının üslubu və estetik prinsipləri həm romantik, həm də realist aktyor
Coşğun ehtirasa,
daxili temperamentə, çoxçalarlı səsə malik olan aktyorun psixoloji ifadə
vasitələri, oyun üslubu-nun fəlsəfi-estetik mahiyyəti realizmın güclü zəmininə əsaslanıb.
İsmayıl Məmmədəli oğlu Talıblı 21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində
doğulub. Adi ibtidai təhsil alıb. Ancaq taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər
Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən
Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq edib. Həmin yaxınlıq da İsmayılın həyatda sənət seçimi
yolunu müəyyənləşdirib.
1919-cu ildə onu yenicə yaranmış Hökumət Teatrosuna (hazırki Akademik Milli Dram
Teatrı) qəbul ediblər. 1924-cü ilin sonuna qədər o, Milli Dram Teatrında qırxa yaxın müxtəlif
xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan obrazlara
səhnə ömrü verib.
Amplua baxımından yaradıcılığını sərbəst istiqamətləndirməyi məharətlə bacaran, faciə,
dramatik, satirik və komik obrazların ifasında böyük uğurlar qazanan İsmayıl Talıblı 1924-cü ilin
axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı kollektivinə göndərilib. Bu kollektiv altı aydan
sonra Bakı Türk İşçi və kəndli Teatrı adlanıb. Təbiəti etibarilə coşğun, yaradıcılıq ehtiraslı və oyunu
sirayətedici olan İsmayıl Talıblı qısa müddətdə teatrın aktyor ansamblma uyuşa bilib. Ona bir-
birinin ardınca sanballı rollar tapşırılıb.
Aktyor yeni sənət ocağında Luis Sinkierin "Yüz faiz" (Mak Qurmik), Aleksey Tolstoyun
romanı əsasında "Roma-novların son günləri" (Dmitri Pavloviç və General Alekseyev), Vasili
Şkvarkinin "Casus" (Stradvorski), Vladimir Marqaretin "Fahişə" (Dormua), Cəlil
Məmmədquluzadənin "Anamın kita-bı" (Mirzə Məhəmmədəli), Mirzə Fətəli Axundzadənin "Müsyö
Jordan və Dərviş Məstəli şah" (Hatəmxan ağa), Viktor Hüqonun "Notrdam kilsəsi" (Qvazimoda),
Jan Batist Molyerdən təbdil olan "Cancur Səməd" (Nüsxəbənd Abbasəli), Cəfər Cabbarlının "Sevil"
(Atakişi) pyeslərinin tamaşalarında maraqlı rollarda çıxış edib.
Bakıda yaşayan və dövlət idarələrinin mühüm ideoloji sahələrində yüksək vəzifələr tutan
əcnəbi millətlərin nüma-yəndələrinin fitnəkarlığı ilə 1932-ci il dekabrın 28-də Bakı Türk İşçi
Teatrının Gəncə şəhərinə köçürülMəsmə qərar veril-di. Halbuki həmin dövrdə Gəncədə yerli
gənclərdən, maarif-pərvər ziyalılardan ibarət güclü teatr truppası vardı və onların qüvvəsi ilə şəhərdə
Dövlət teatrı yaratmaq mümkün idi. 4 və 5 yanvar 1933-cü ildə İşçi Teatrının bütün kollektivi Gən-
cəyə köçdü. Bir müddət sonra truppanın ədəbi hissə müdiri Süleyman Rüstəm, rejissoru Abbasmirzə
Şərifzadə, qabaqcıl aktyorları Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Qədri və başqaları
Bakıya qayıtdılar, lakin İsmayıl Talıblı doğma kollektivdən ayrılmadı. O, ömrünün sonunadək Cəfər
Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. Hətta 1942 - 1943-cü illərdə teatrda
direktor da olub.
İsmayıl Talıblı Gəncə teatrında yaradıcılığının yetkinlik və müdriklik dövrünün parlaq
nümunələrini yaradıb. Onların daha sanballıları və yaradıcılıq baxımından daha zənginləri bunlardır:
Hacı Səməd ağa ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Jorj Danden ("Jorj Danden", Jan
Batist Molyer), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Yaqo ("Otello", Vilyam Şekspir),
Səttarxan ("Dumanlı Təbriz", Məmməd Səid Ordubadi), Əbdüləli bəy, Aqşin, Hacı Əhməd, Rəhim
xan, İmamyar, Balaxan ("Sevil", "Od gəlini", "A1maz", "Nəsrəddin şah", "Yaşar" və "Aydın", Cəfər
Cabbarlı), Bələdiyyə rəisi ("Müfəttiş", Nikolay Qoqol), Azər baba, İbrahim xan ("Fərhad və Şirin"
və "Vaqif", Səməd Vurğun), Süleyman ("Həyat", Mirzə İbrahimov), Kərəmov, Usta Segah,
Səməndərli ("Toy", "Xoşbəxtlər" və "Aşnalar", Sabit Rəhman), Qivami ("Nizami", Mehdi Hüseyn),
Naçalnik, Hatəm-xan ağa, Mirzə Həbib ("Hacı Qara", "Müsyö Jordan və Dərviş Məstəli şah" və
"Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Aslan kişi ("Böyük ürək", İmran Qasımov və
Həsən Seyidbəyli), Jan Qrubek ("Praqanın şabalıd ağacları altında", Konstantin Simonov), Hacı
Fərəc ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Xəlifə ("Babək", Əbil Yusifov), Rüstəm ("Səyavuş",
Hüseyn Cavid), Qoca ("Şlkayət qəbul olunmur", Toktobolat Əbdülmöminov), Cəmilzadə ("Kişilər",
Altay Məmmədov), Göyüş dayı ("Qatır Məmməd", Zeynal Xəlil), Yoxanes Rayesmık ("Azmış
oğul", Eqon Rannet), Alxan ("Bahar suları", İlyas Əfəndiyev), Qriqori Stepanoviç ("Sabahm xeyir",
Viktor Rozov), Riçard Sterlinq ("Sarı ƏlCək", Əfqan), Cahangir bəy ("Nəriman ata", Atif Zeynallı).
"Nəriman ata" pyesini tamaşaya Bakıdan dəvət olunmuş rejissor Tofiq Kazımov hazırlayıb.
İlk tamaşa 4 fevral 1967-ci ildə göstərilib. Cahangir bəy rolu İsmayıl Talıblının son tə-zə səhnə
obrazı olub. Xəstəliklə əlaqədar may ayından daha səhnəyə çıxmayıb.
Milli səhnə sənəti tariximizə teatr aktyoru kimi daxil olan İsmayıl Talıblının kinoda ən bitkin
yaradıcı işi "Onu ba-ğışlamaq olarını?" filmində Mirzə Veysəl roludur.
İsmayıl Talıblı teatrda işləməklə yanaşı, Gəncə alimlər evində dram dərnəyinin və sonralar
xalq teatrının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. Neçə-neçə istedadlı gənc onun qayğıneşliyi
ilə həvəskarlıqdan peşəkar səhnəyə ayaq açmışdır.
Məşhur aktyor sənətdəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti (4
dekabr 1938) və xalq artisti (23 fevral 1940) fəxri adları ilə təltif olunub.
İsmayıl Talıblı 23 iyul 1967-ci ildə Gəncə şəhərində vəfat edib və oradakı qədim Səvzəkar
(Sərdabəli) qəbiristanlığında torpağa tapşırılıb.
Dostları ilə paylaş: