Yusif Bağırov (20.1.1924 - 19.9.1995). Gəncə teatrına gəlişinin əvvəllərində (müəyyən
fasilə ilə) quruluşçu rejissor kimi çalışıb. 1966 - 1995-ci illərdə isə teatrın baş rejissoru olub. Yunan
kiassik dramaturgiyasını teatrın səhnəsinə ilk dəfə o gətirib.
Karl Myufkenin "İldırımlı yollarla" (Piter Abrahamsın romanı əsasında, İlyas Əfəndiyevin
"Atayevlər ailəsi", "Mənim günahım" və "Unuda bilmirəm", Məmmədhüseyn Təhmasibin "Çiçəkii
dağ", Məmmədəli Nəsirovun "Tariyel" ("Pələng dərisi geymiş pəhləvan"), Sabit Rəhmanın "Nişanlı
qız" və "Küləklər", Şıxəli Qurbanovun "Sənsiz", Evripidin "Medeya", Əbdürrəhim bəy
Haqverdiyevin "Bəxtsiz cavan", Qurban Musayevin "Odlu illər", Vilyam Şekspirin "Otello",
Aleksandr Ostrovskinin "Quduz pullar", Cəfər Cabbarlının "Oqtay Eloğlu", İmran Qasımov və
Həsən Seyidbəylinin "Uzaq sahillərdə", Altay Məmmədovun "Ulduzlar görüşəndə", Mixail
Lermontovun "İki qardaş", Sofokiun "Antiqona", Mustay Kərimin "Odu atma, Prometey!", Orxan
Kamalın "72-ci kamera", Nazım Hikmətin "İvan İvanoviç var idimi?..", Səttar Zərdablının "Əli
Məmməd Dilbəri" pyeslərinin tamaşaları Yusif Bağırovun teatrda əsas rejisor işləridir.
Dostları ilə paylaş: |