1965-1966-cı illərdə Gəncə teatrında baş rejissor işləyib və müxtəlif vaxtlarda qısa fasilələrlə
quruluşçu rejissor kimi çalışıb. Dəvətlə də tamaşalar hazırlayıb. Cəfər Cabbarlının "Aydın", Mirzə
İbrahimovun "Kəndçi qızı", Viktor Rozovun "Sabahın xeyir" (1962), Yusif Əzimzadənin
"Nəsrəddin", Aleksandr Şirvanzadənin "Cinli", Toktobolat Əbdülmöminovun "Şikayət qəbul
edilmir" (1963), Əziz Nesinin "Bura gəlin" (1965), Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Otiya
İoselianinin "Araba hələ aşmayıb" dram əsərlərinə (1976) müxtəlif janrlarda səhnə quruluşları verib.
Dostları ilə paylaş: